Paytaxtın bir neçə rayonunda abadlıq işlərinin aparılması, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, keçən ilin fevral ayında Nazirlər Kabineti 86 saylı qərar qəbul edib.
Milli.Az sputnik-ə istinadən xəbər verir ki, qərara görə, 5 il müddətində paytaxtın 9 rayonunda köhnə binalar sökülərək yeniləri ilə əvəz ediləcək.
Qərarda bildirilir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması həyata keçirilsin.
Qərara görə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmalıdır. Və qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etməlidir. Bununla bağlı Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayon icra hakimiyyətlərinə xüsusi tapşırıq da verilib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Müasirliyi sevən xanımlar üçün qol saatları
Azərbaycanda 1 kiloqramlıq UŞAQ DOДћULDU
Dekabra manat bahalaşa bilər
Dopamin çatışmazlığı halsızlığa səbəb olur
Çiyələkli tort (foto resept)
Günün ulduz falı
Koronaviruslu şəxslə kontaktda olan hər kəs karantindədir
Filtre makiyaj necə olur?
Yanvar ayının qalibləri!
İcbari tibbi sığortadan istifadə etmək istəyənlərin NƏZƏRİNƏ
Professor İlham Rəhimovun kitabı təqdim olunub
Dondurucu soyuq şəkillərdə
BÜRCLƏR bizə nə vəd edir? -26 İyun
Bakıda adrenalin artıran məkandan fotoreportaj
Komendant saatında saxlanılan şəxsləri nə gözləyir? - VİDEO
Manat qiymətdən düşür: krediti olanların qazancı nədir?
Snoudendən şok iddia
Qadın öz dəfn mərasimində ayıldı-FOTO
İlham Əliyev yaralı əsgərlərlə görüşdü
Vətəndaşlar pulsuz müayinədən keçdi
Bakı Olimpiya Stadionunda toy
Vətən həsrəti dediyim…
Qırxayağın neçə ayağı var? – CAHİLLİKLƏR KİTABI
Balqabaqlı kürəciklər (foto resept)
Deadpool 2 filminin yeni traileri-VİDEO
Məşhur aktrisa səfir oldu
At quyruğu modelləri
Müəllimlər İnstitutunun 4 filialına tələbə qəbulu dayandırılır
Atatürk Bakıda anıldı
Yay meyvələrinin bilinməyən faydaları
Bunlar səhvən icad olunub
Daşaltı əməliyyatında şəhid olanlar yad edildi
Mikayıl Cabbarovdan rektorlara sərt xəbərdarlıq
Hər kəs bu körpədən danışır-FOTO
Hava haqqında
Rəngarəng divar rəsmləri
Azərbaycanlı həkimlər unikal əməliyyat həyata keçiriblər
Məşhur cütlük Sevgililər günündə nişanlandı-FOTO
HAVA necə olacaq?
Bu qız saç rezini sayəsində milyoner oldu-FOTO
Ancelina Coli necə arıqlayır? - Siz də yoxlayın...
Orta internet sürətlənir
Həyatını dağıdan insan: bu kitabı oxuyubsunuz?
Valehedici tortlar
Meryem Üzerli Dominikdə belə görüntüləndi-FOTO
Bergüzar və Halit doğulacaq körpədən danışdılar
Bu gün ixtisas seçimi başa çatır
Modelin yaşını bilənlər-TƏƏCCÜBLƏNİR-FOTO
“Microsoft” korporasiyası “Tiktok” üçün 30 milyard dollar ödəyə bilər
Parlaq dərinin sirri














