Nazirlər Kabineti Bakı şəhərinin Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərar verib.
ANS PRESS-in məlumatına görə, qərar Binəqədi və Qaradağ rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə verilib.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə 5 il müddətinə aşağıdakıları həyata keçirmək tapşırılıb:
1.1 mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən Binəqədi rayonu üzrə 1247 ailə yaşayan 49 çoxmənzilli yaşayış binalarının, həmçinin Biləcəri bələdiyyəsi ərazisində yeraltı qaz sızması aşkar olunmuş zonadakı 166 fərdi yaşayış evinin və Qaradağ rayonunun Lökbatan, Sahil, Puta, Qızıldaş və Ələt qəsəbələrində XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 10960 nəfər yaşayan 274 qamış və taxta yaşayış binalarının, habelə Binəqədi və Qaradağ rayonları ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini;
1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan, söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını;
1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını;
Görülmüş işlər barədə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat verilməlidir. Bu qərarın 1-ci hissəsinin icrasına nəzarət tikinti və kommunal təsərrüfatı şöbəsinə və regionların inkişafı şöbəsinə tapşırılıb.
anspress.com
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Günəş vannaları dəri xəstəlikləri yarada bilər
Hitlerin timsahı öldü
Hərbi hissələr qış mövsümünə necə hazırlaşıb?
2016-ci ilin seçilmiş saç modelləri
Qoç bürcünün 5 əsas xüsusiyyəti
Qanunsuz tikililərlə bağlı müvafiq qərar qəbul olunacaq
Dünyanın ən böyük sabunu İsmayıllıda - FOTO
Təhsil nazirindən I siniflərlə bağlı VACİB XƏBƏR
Obama bu hərəkətləri ilə interneti "sökür"
Təmizliyə kömək edən vasitələr
9 lotoreya aldı, hər biri qalib oldu
SON DƏQİQƏ: Koronavirusla bağlı ŞAD XƏBƏR AÇIQLANDI
Soğan dolması (foto resept)
Güzəştli kreditlərin verilməsi şərtləri açıqlandı
Bakıda ev tikərkən sənəd, yoxsa "uçastkovunun payı"?
Ən çox radiasiya yayan smartfonlar - SİYAHI
Günün ulduz falı - 09.10.2013
İbrahimoviçdən şok açıqlama
"Qızıl top"un sahibi bilindi
Wikipedia internetsiz də olacaq
Toxunma çantalar
116 ildir yanan lampanın QƏRİBƏ HEKAYƏSİ
Göz rənginə görə makiyaj
Mükəmməl saçlara xüsusi qulluq
Tarkandan bayram təbriki
Öldüyü deyilən aktyor: "Səhhətim əvvəlki günlərlə müqayisədə yaxşıdır"
Doğru geyim alın
Qan qrupunuz xarakteriniz barədə nə deyir?
Bakının piyada kamikadzeləri
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Super Mario Bros oyununu 30 minə alıb 100 min dollara satdı
Novruz süfrəsinin bəzəyi plov (foto resept)
Allahşükür Paşazadə İordaniyaya səfər edəcək
QMİ-dən bayraq açıqlaması
Gənc yaşda milyarder olmağın yolları
Dünyanın ən gözəl Universitet kitabxanaları
Soğan dolması (foto-resept)
Hamilə qalmazdan əvvəl uşağını dinləyir
Cırıq qaloşlar muzeyə qoyuldu
Ronaldo tarixə düşdü
Yeyə bilməyəcəyiniz çörəklər
Bütün kalorilər yansın!
Toyuq ətindən kabab (foto resept)
3144 velosiped
Xəzərin kefallarında virus tapılmadı
Ermənilər Azərbaycanın içində düşmən yaratmaq istəyirlər
Gigi Hadid ilk dəfə hamiləlik şəkillərini paylaşdı
İt uşağı qəzəbli ananın əlindən belə aldı
Cessika Simpson paylaşdığı FOTO ilə sevənlərini qorxutdu
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]