Baş nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb.
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bəzi məhdudiyyətlər tətbiq ediləcək.
Bildirilib ki, bu iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılacaq:
1. Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
2. İctimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
3. Muzey və sərgi zallarının fəaliyyəti;
4. Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
5. Təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);
6. Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.
Bundan başqa, qərarda xidməti vəsiqələri əsasında hərəkətinə icazə verilən şəxslərin siyahısı açıqlanıb:
1. Prezident Administrasiyasının, Prezidentin İşlər İdarəsinin, Azərbaycan Respublikası Tibb Xidmətinin, Nazirlər Kabineti Aparatının və Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;
2. Milli Məclisin deputatları və Aparatının əməkdaşları;
3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
4. Dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
5. Hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).
Qeyd edilir ki, sadalanan qurumlardan başqa digər dövlət orqanlarının əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə- könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin, bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının toplanması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə məlumatlar işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə isə onlar barəsində məlumatlar Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
Yuxarıda adları qeyd olunan sahələrdə çalışanlardan başqa şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə bu hallarda yol verilir:
1. Təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;
2. Ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin, açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;
3. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
Yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə həmin şəxslər 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər (SMS – məlumatlar ödənişsizdir).
SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir:
1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).
Qərarda bildirilir ki, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin, şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
SMS - icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.
Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı onların üzərlərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.
Bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Bildirilir ki, beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.
Həmçinin qeyd olunur ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.
XƏBƏR LENTİ
Çimərlik həvəskarlarına şad xəbər
Endirimlərə inanaqmı?
Ermənilər Ağdamda yanğınlar törədiblər
Rusiyada vulkan püskürdü - VİDEO
Süleyman Dəmirəlin vəziyyəti ağırlaşdı
Nəhəng uzunqulaq-FOTO
Dərini gözəlləşdirən şaftalı
Yuxu haqqında
Körpə döş əmmək istəmirsə
Rusiya yenə hədələdi
Psixoloji xəstəliklə mübarizə aparmış məşhurlar
Küçədən rəsm əsəri aldı dəyəri milyonları aşdı-FOTO
1/4 finalda 4 Avropa, 4 Amerika yığması qaldı
Ulduzlar pişik obrazında-FOTO
İyunun 10-dək şimşək, yağış...
Azərbaycanın işğaldan azad etdiyi ərazilərin interaktiv xəritəsi - VİDEO
Övladlarını ac saxlayıb müğənniyə hədiyyə alan qadın cəzalandırıldı- FOTO
Arıqlamaq istədi, ölümdən döndü - FOTO
Çobanyastığı ilə gözəlləşək
Duzlu tort salatı
Hava necə olacaq?
Şəxsiyyətimiz necə formalaşır?
Keçmişdən bu günə - 1 May
Yeni il üçün quzu piroqu(foto resept)
Siyasətə yumurta da qarışdı
Məşhur aktyor xəstəxanaya yerləşdirildi-SƏBƏB
ABŞ-dan Cənubi Qafqaza vəd
Mətbəx masaları
Bakıda daha bir "yol ələyi" yaradılır
Üzdəki tüklər üçün MASKA
Gürcü sərhədçiləri Ermənistana qanunsuz silah daşınmasının qarşısını alıblar - FOTO/VİDEO
"Yunan-Roma" güləşü üzrə ənənəvi respublika turniri başladı
Dahilərdən gözəl sözlər - 4
Nəhəngliyi ilə seçilən 10 gəmi
Pakistan mediası Xocalı faciəsindən yazdı
İrəvandan geriyə addım
Şəfalı heyvanlar
Rəhbərlik bunları sevmir
Qafqaz Alban Kilsəsinin dünyada tanıdılması erməni saxtakarlığının qarşısını alacaq
Makiyaj çantanızda nələr var?
Nebahat Çehre Canan Karataydan üzr istədi-SƏBƏB
Dolu Gürcüstanın rayonunu viran qoydu
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü: 25 yeni yoluxma aşkarlandı
Çin qızılgülünə qulluq
Türkiyə “Facebook” və “Instagram”a rəqib yaratdı
Bu ayaqqabılar zövqünüzcədirmi?
Heç bir xəstəliyi olmayan 5 yaşlı uşaq koronavirusdan öldü-FOTO
Elif Şafakdan 5 sözlə eşq
Neymardan daha bir şou -VİDEO
Cennifer Lopez öz kosmetik brendini yaradıb