Yeni doğulan körpələrdə süd problemlərindən biri ananın südünün körpə üçün yetərli olmamasıdır.
Əgər ana südü uşağınıza çatmırsa nə etməlisiniz?
Bax, bu sualın cavabını yazımda tapa bilərsiniz.
Uşağınız gündə altı dəfə sidiyə gedirsə, südünüz kifayət edicidir. Dörd gündə bir tərəzi üzərinə çıxaraq çəkinizi ölçün. Əgər iki çəki arasında artış varsa, südünüz körpə üçün yetərlidir. Hər əmizdirmə ən az 15 dəqiqə olmalıdır. Əgər körpə əmərkən yatırsa, oyadıb südü yeməyini davam etdirin. Əmizdirərkən rahat bir yer seçin, körpəni artıq geyindirməyin, əmizdirməyə başlamazdan əvvəl meyvə şirəsi və ya ilıq şəkərli su için. İlk 6 ay ana südü verin, əlavə qidaya 4-6 aydan sonra başlayın. Normal qidalanmağa çalışın, menyunuzdan qatıq, süd, pendir, yumurta və əti əskik etməyin. Əlavə olaraq, yaşıl yarpaqlı tərəvəzlər, noxud, mərci, doşab və şəkərli bol maye məsləhət görülə bilər. Yuxarıda sadaladıqlarıma riayət etsəniz, uşağınızın normal qidalanacağı qətidir.
Yeni doğulan uşağa nə verilməlidir, ana südündən başqa nə verilir?
Hər körpə üçün ən ideal qida öz anasının südüdür. Körpəyə ilk 4 ayı əlavə bir qidaya ehtiyac yoxdur. Ana südü qəbul edən körpəyə D vitaminindən başqa bir şey verilmir. Ananın ilk südü uşağın ilk peyvəndidir. İLK SÜD HƏR KÖRPƏYƏ MÜTLƏQ VERİLMƏLİDİR. Ana südü körpəni ishal, qrip, sidik yollarının iltihabı və bağırsaq parazitlərindən qoruyur. Normal doğuş edən hər bir anada doğuşdan dərhal sonra körpənin çılpaq olaraq ananın döşləri üzərinə qoyulması ana-uşaq əlaqəsinin dərhal başlamasına, uşağın rahat olmasına, əmmə başlayanda südün daha tez və bol gəlməsinə səbəb olur. Qeysəriyyə üsullu doğuşda anesteziyanın təsirinin davamı və ananın ağrılı olması kimi səbəblər südün gəlməsini bir qədər gecikdirsə də, körpə ən qısa zaman ərzində anasına verilib əmizdirilməyə başlanılmalıdır. Doğumdan sonra körpənin ana ilə bir otaqda qalması əmməsini asanlaşdırır.
Uşağın məmə ucunu əmməyə başlaması ilə hipofiz vəzisindən süd istehsalını təmin edən prolaktin adlı hormon ifraz olunur. Körpə nə qədər çox əmsə, bu hormonun təsiri ilə növbəti əmizdirmədə o qədər çox süd ifraz edilmiş olur. Ananın yeməsi, içməsi, istirahəti daxil heç bir ŞEY SÜD İFRAZATINI UŞAĞIN DÖŞÜ ƏMMƏSİ QƏDƏR ARTIRMAZ.
Ananın uşağını görməsi, onunla birlikdə olması, toxunması, səsini eşitməsi südün salınmasını təmin edərkən uşağından ayrı qalmaq, ağrı, narahatçılıq, südün çatmadığını düşünmək kimi mənfi cəhətlər südün axmasına mane olur. Ana südünün körpəyə çatıb-çatmadığını anlamağın tək yolu uşağın çəkisini ölçərək bilmək olar. Duyğusal münasibətlərlə uşağın doymadığına qənaət gətirərək əlavə qidalara tez keçmək bərabərində bir çox problemi də birlikdə gətirəcəkdir. Əmizdirmə körpə hər istədikcə, gecə və gündüz tez-tez fasilələrlə olmalıdır. Xüsusilə gecə əmizdirmələri körpənin qidalanması və bununla birlikdə inkişaf etməsi üçün əhəmiyyətlidir. İlk iki ayında gecə əmizdirmələrinə əhəmiyyət verilməlidir. Əmizdirmədən əvvəl və sonra döş təmizliyi çox əhəmiyyətlidir. Bişmiş, soyudulmuş su ilə isladılmış tənziflə məmələr hər dəfə yaxşıca təmizlənməlidir. Müşahidələrimizin çoxunda anaların gecə əmizdirmələrində təmizlik məsələsində ərindikləri müəyyən edilmişdir. Nəticədə, ana döşlərində çatlama və yaralar formalaşmaqdadır, ana çəkdiyi əzaba görə əmizdirmir, döşlər südlə dolub şişməkdə və çatlaq və yaraların ağrısına gərginləşmə ağrıları da əlavə edilməkdədir. Ana südünə qovuşmayan körpə isə ac qalır.
Təmizliyə diqqət edilməməsi nəticəsində körpələrin ağzında başlayan ağız kandidozularda (moniliasis) uşağın əmərkən ağrı hiss etməsinə səbəb olur və narahatlıq artır. Hər əmizdirmədə döşdən sona doğru gələn süddə yağ miqdarı artır və bu, körpədə doyma hissi yaradır və körpə süd yeməyi buraxır. bu səbəblə hər əmizdirmədə yalnız bir məmə verilməlidir və o məmə tam boşalmadan digərinə keçməməlidir. Uşaq süd əmmə zamanı döşün ucu ilə birlikdə tünd qəhvəyi hissəsini ağzına almalıdır. Əmməyə hazırlaşan körpə məmə ucunu tutarkən hücum edər kimidir. Məməni dərk etdiyi an sürətlə əmməyə başlayır və məmnunluq hissi ilə döşdən ayrılır. Yeni doğulan, demək olar ki, hər uşaqda gördüyümüz sarılıqların bir qismi ana südünə bağlıdır. Ana südünün 1-2 gün qədər kəsilməsinin sarılığı azaltdığı görülmüşsə də, ana südünün kəsildiyi dövrlərdə uşağın başqa qidalarla qidalanması, ana südünün qoruyucu təsirinin olması və ana südü sarılığının heç bir zaman təhlükəli səviyyəyə çatmaması göz önünə alınaraq SARILIQ OLDUĞU ZAMANLARDA ANA SÜDÜNÜN KƏSİLMƏSİ MƏSLƏHƏT GÖRÜLMÜR. İNƏK SÜDÜ ANA SÜDÜNÜ ƏVƏZ ETMİR!
Süd uşaqlığında ən mühüm allergik qida inək südüdür və yaxınılmalar əsasən ilk 2-3 ayda görülür. Çoxunda qusma, ishal və qarın ağrısı olur. Adətən inək südü ilə qidalananlarda bağırsaq mikro qanaxmaları yaranır və bu da dəmir çatışmazlığına səbəb olur. Ani körpə ölümləri, diş çürümələri, orta qulaq iltihabı, böyümə və inkişaf problemləri inək südü ilə qidalananlarda daha çox rast gəlinir.
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)
- ŞƏRHLƏR