1. Başqa fəaliyyətlə məşğul olmayın
Televizor izləyərək və ya kitab oxuyaraq yemək yeməkdən qaçın. Yataqda nəsə yeməməyə diqqət edin. Yeməyi sadəcə qidalanmaq üçün yeyin.
2. Diqqətinizi yeməyə cəmləyin
Yemək yeyən zaman, fikriniz tamamilə yeməkdə olmalıdır və diqqətinizi dağılmamalıdır. Telefonu, kompyuteri, kitabı masadan uzaq saxlayın. Aclıq və toxluq siqnalını anlamaq üçün diqqətiniz yayınmamalıdır.
3. Yavaş yeyin
Yavaş yeyin və yeməyinizi yaxşı çeynəyin. Həzm ilk ağızdan başlayır. Yeməkləri yaxşı çeynəyərək rahat həzm olunmasına kömək edə bilərsiniz. Ağızınızdakı yemək bitməmiş əlinizi boşqaba aparmayın.