Yevlaxda 31 mart soyqırımının qurbanları anılıb. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri və başqaları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra tədbir Bəşir Səfəroğlu adına Xalq Teatrının binasında davam edib. Çıxış edənlər ermənilər tərəfindən zaman-zaman xalqımıza qarşı həyata keçirilən soyqırım siyasətindən danışıblar. Məktəblilər soyqırım gününə həsr olunan kompozisiya nümayiş etdiriblər.
31 Mart Azərbaycanlıların Soyqırımı Günü Saatlı rayonunda da qeyd olunub. Soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi önündə düzənlənən tədbirdə şəhidlərin ruhuna dualar oxunub. Bildirilib ki, erməni daşnakları uşaqdan böyüyədək dinc əhalini qətlə yetiriblər. Təkcə Bakı şəhərində 12 mindən artıq azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızlıqla məhv edilib.
Azərbaycanlıların qətliamı Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə də aparılıb. İnsanların diri-diri divarlara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdikləri şəhər xəstəxanasında yandırılmaları bu dəhşətli faktlar sırasındadır. Ümumilikdə bir həftəyədək davam edən qətliamda 50 min azərbaycanlı erməni terrorunun qurbanı olub.
31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə bağlı Mingəçevir şəhərində icra strukturlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəsissə və təşkilatların kollektivləri, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının nümayəndələri soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər.
Sonra Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında “Tarixin Qan Yaddaşı” adlı tədbir keçirilib. Soyqrımla bağlı film nümayiş olunub. Erməni millətçilərinin zaman-zaman Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətlər yada salınıb. Ermənilərin “böyük ermənistan” yaratmaq kimi sərsəm fikirlərinin heç vaxt reallaşmayacağı vurğulanıb.
Mingəçevir şəhərində 31 Mart soyqırımının gənclər tərəfindən təbliğ olunmasına və öyrənilməsinə dair tədbir keçirilib. Ermənilərin törətdiyi soyqırımların gənc nəsillərə öyrədilməsinin vacibliyindən bəhs edilib. Bu cür tədbirlərin keçirilməsinin önəmli olduğu vurğulanıb.
Göyçay sakinləri də ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınları bir daha yada salıblar. Çıxış edənlər bildiriblər ki, Göyçay da xalqımıza qarşı həyata keçirilən soyqırım siyasətinə şahid olublar. Çünki onlar Göyçay ərazisində də qırğınlar törədiblər.
Ağcabədi rayonunda da soyqırım qurbanları anılıb. Çıxış edənlər ermənilərin tarixən azərbaycanlılara qarşı törətdikləri soyqırım faktlarına toxunublar. Eyni zamanda martın 31-nin azərbaycanlıların soyqırım günü kimi qeyd edilməsinin əhəmiyyəti vurğulanıb. Sonda erməni vəhşiliklərini özündə əks etdirən film nümayiş olunub.
31 mart azərbaycanlıların soyqırım günü Sabirabad rayonunda da qeyd edilib. Əvvəlcə soyqırım abidəsi ziyarət olunub. Sonra yığıncaq keçirilib. Ermənilərin tarix boyu xalqımızın başına gətirdiyi müsibətlər tarixi faktlarla sadalanıb. Tədirin sonunda ədəbi- bədii kompozisiya nümayiş olunub.
Kanal S (Region TV) xəbər verir ki, Zaqatalada da soyqırımı qurbanlarının xatirəsi yad edilib. Tədbir iştirakçıları “Azərbaycanlıların soyqırımı” xatirə kompleksini ziyarət edib, abidə önünə tər çiçəklər düzüblər. Çıxışlarda azərbaycanlılara qarşı aparılan soyqırım siyasəti ətraflı təhlil edilib, erməni millətçilərinin xalqımıza qarşı sistemli şəkildə apardıqları düşmənçiliyin iki yüz ildən artıq tarixi olduğu vurğulanıb. Bu siyasət nəticəsində azərbaycanlıların əzəli torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru özününküləşdirən ermənilərin başqa xalqlara qarşı düşmənçilik və nifrət ideologiyası gec-tez uğursuzluğua düçar olacaq.
Şəkidə də soyqırımın ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Şəki Regional Ədliyyə Şöbəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə qətliam qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda sovet dönəmində faciə ilə bağlı faktların tarixdən birdəfəlik silinməsi istiqamətində səy göstərildiyi qeyd olunub. Lakin bu cəhdlər boşa çıxıb.
Ulu öndən Heydər Əliyevin sərəncamı ilə soyqırımın ildönümü hər il qeyd olunmağa başlayıb. Azərbaycanla yanaşı, xarici ölkələrdə də erməni vəhşiliklərinin tanıdılması əhəmiyyətli işlərin görüldüyü diqqətə çatdırılıb. Faciəyə düzgün siyasi və hüquqi qiymət verilməsi, onu beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılmasında diasporanın üzərinə böyük məsuliyyət düşdüyü bildirilib. Şəkinin təhsil işçiləri də bu günü qeyd ediblər.
Çıxışlarda 31 martın son yüz ildə Azərbaycan tarixində baş vermiş ən faciəli hadisələrdən olduğu və xalqın yaddaşında qanlı izlər buraxdığı bildirilib. 20 minə yaxın günahsız insanın, o cümlədən qoca, qadın və uşaqların öldürülməsinin insanlığa sığmayan bir hərəkət olduğu diqqətə çatdırılıb. Əsrlər boyu erməni təcavüzkarları Azərbaycanın qədim torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə bir sıra vəhşiliklər törədiblər. 20-ci əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən erməni daşnakları 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törədiblər.
Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının qərargahında konfrans keçirilib. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər. Tədbirdə xalqımıza qarşı əsrlər boyu davam edən soyqırım siyasətinin mahiyyəti və tarixi kökləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Konfransda çıxış edənlər erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsi və bu sahədə beynəlxalq ictimaiyyəti ikili yanaşmaya son qoymasına çağırıblar. Tədbirdə Azərbaycanlıların soyqırımına dair film nümayiş etdirilib.
Oğuzda da soyqırım gününə həsr olunmuş tədbir keçirilib. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda bildirlib ki, ermənilərin xalqımıza qarşı düşünülmüş şəkildə həyata keçirdiyi genişmiqyaslı soyqırım hadisələri nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qəddarcasına öldürülmüş, bir milyondan çox insan evindən, öz el-obasından didərgin düşmüşdür. Gec, ya tez, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi, bu problemin sülh yolu ilə ədalətli həll olunacağına əminlik ifadə olunub.
İsmayıllıda bu münasibətlə "Ana harayı" abidəsinə yürüş keçirilib. Yürüşə minlərlə rayon sakini qoşulub. Tədbirdə çıxış edənlər ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin dəhşətlərindən danışaraq, bu faktları gələcək nəsillərə və dünya xalqlarına çatdırmağın vacib olduğunu diqqətə çatdırıblar. Çıxış edənlər ermənilərin “Böyük Ermənistan” yaratmaq iddialarının azərbaycanlılara qarşı soyqırımlarla müşayiət olunduğunu, qırğın faktlarının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəldiyini qeyd ediblər.
Faciənin ildönmü Qobustanda da qeyd olunub. Bu münasibətlə rayonun Acıdərə kəndi ərazisində yerləşən türk zabitinin məzarı ziyarət edilib. Bildirilib ki, Şamaxı qəzasının tərkibində olan Qobustanın 30-a yaxın kəndində qırğınlar törədilib. Bütün bu hadisələrdən 97 il ötməsinə baxmayaraq, həmin hadisə indi də böyük hüznlə anılır. Həmin hasidələrdə insanlar diri-diri yandırılıb. Vəhşiliklər bununla bitməyib. Nabır və Sündü kəndlərində yaşlı və körpələrə amansız işgəncələr verilib.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO
- ŞƏRHLƏR