
Gözətrafına hər cür müdaxilə təhlükəlidirQadınların gözəllik uğruna qurban etməyəcəyi heç nə yoxdur. Əgər hər hansı bir prosedurun sonunda mütləq gözəl görünmək varsa, o zaman ən təhlükəli prosedurlar belə qadın üçün su içmək qədər asan olur.
İllər boyu gözəllik xatirinə saçlardan, qaşlardan, təbii dodaqlardan, illərin xatirəsi qırışlardan vaz keçən qadınlar son illər kirpiklərə də müdaxilə edir. Belə ki, son illər müxtəlif qoyma, süni kirpiklərin satışa buraxılması tez bir zamanda da rəğbət qazanıb. Gözəllik salonlarında istifadə olunan kirpiklər o qədər geniş yayılıb ki, bu gün toylarda, hər hansı bir məclisdə süni kirpiksiz qadını nadir hallarda görmək olar.
"Gözəllik qurban tələb edir" deyirlər. Kirpik gözəlliyi də sözün əsl mənasında qurban tələb edir. Belə ki, xüsusi yapışdırıcılarla insanın təbii kirpiklərinin üzərinə yapışdırılan süni kirpiklər ilk baxışdan gözəl görünsə də, məclisdən sonra onları kirpikdən qoparmaq olduqca çətin olur. Kirpiklər zamanla özləri qopsa belə nəticə olaraq təbii kirpiklər də yerindən qopur, qırılır və zədələnir. Prosesdən öncəki təbii kirpiklərlə taxma kirpik sonrası təbii kirpiklər arasında kəskin fərq və azalma da nəzərə çarpır. Yapışdırılan kirpiklərin məclisin ortasında əyilməsi, qopması, sallaması və digər risklər də var. Buna çarəni isə yenə də qadınlar tapır. Belə ki, son illərin dəbinə çevrilən gur kirpikləri indi saç kimi qaynaq etdirmək də mümkündür. Üstəlik tamamilə ağrısız. Lakin...
Hər nə qədər ağrısız və ilk baxışdan gözəl görünsə də kirpik qaynağı və perma-burma heç də məsum bir proses deyil. Üstəlik naşı usta əlinə düşən xanımlar ümumiyyətlə, kirpiklərindən əl üzməli olurlar. Göz problemləri ilə yanaşı psixoloji problemlər də yaşadan süni kirpiklərdən istifadə edənlər və onları burduranlar isə az deyil. Kirpik qaynağı ilə məşğul olan türk usta Sever Gençin sözlərinə görə, elə usta tapmaq olmaz ki, o, kirpik qaynağının mənfi tərəfini desin. Çünki salon üçün ilk pillədə müştəri razılığı və kirpik tətbiqinin sayının çox olmasıdır. Hər 5 qadından 2-ni bu istəkdən daşındırmaq olur. Fikrindən daşındırılmayan və bir növ aldadılan xanımlar kirpik qaynağı etdirdikdən bir müddət sonra həm özü narazı qalır, həm qaynaq etdirdiyi salonun adına xələl gəlir: "Qadın öz üzərindəki ən xırda dəyişimi belə fikrən qəbul etməli, psixoloji olaraq buna hazır olmalıdır. Təcrübə göstərir ki, qadınların böyük bir qismi dəyişimi başqalarında görüb, eynisini öz üzərində etdirir, lakin razı qalmır. Çünki beyin bu dəyişimə hazır deyil. Burda nə salonun, nə ustanın, nə də model olaraq seçilən xanımın günahı var. Günah müştərinindir. Onları başa salmaq isə bizim işimizdir. Məsələn, salona xanım gəlir, qaynaq etdirmək istədiyini deyir. Biz ona qaynaqdan sonra kirpiklərin necə olacağını, necə qulluq ediləcəyini, bu müddət ərzində hansı problemlərlə rastalaşa biləcəyini, ən pis ehtimalla nələr ola biləcəyini izah edirik. Fotolarla göstəririk. Perma-burmanın necə proses olduğunu, kirpiklərin necə burulmasını göstəririk. Xanım buna hazırdırsa qaynaq, eləcə də burma edirik. Yox, yaranacaq problemlərdən çəkinən xanımlar olursa, o zaman presesləri etmirik. Hər bir işdə risk olduğu kimi qaynaq, eləcə də perma-burmada da risk var. Qaynaq artıq bəllidir, burmada isə istifadə olunan dərman məhlulları təmiz olmazsa kirpiklərin tökülməsinə də səbəb ola bilər".
Ustanın sözlərinə görə, qaynaq və perma-burulma olunan kirpiklər adi kirpiklərdən olduqca fərqlənir. Uzunluğu və yaraşığı ilə seçilən kirpikləri vaxtında korreksiya etmək isə həm təbii permalı kirpiyi, həm də qaynaq olunmuş kirpiyi qoruyur: "Qaynaq kirpiklərin uzunluğu müştərinin individual xüsusiyyətlərindən və arzusundan asılıdır. Kirpiklərin rəngini də seçmək olar - ənənəvi qara rəngdən ekzotik al-qırmızı rəngə gədər. Bu təbii ki, istəkdən asılıdır. Təxminən 8-15 mm olan kirpiklərin uzunluğunu müştəri seçir. İpək kirpiklər dəm olar ki, təbii kirpiklərdən də yumşaqdır".
Müsahibimizin sözlərinə görə, tək-tük təbii kirpiklərin dibinə bərkidilən ipək kirpilərin qalma müddəti 2 aydır. Kirpiklərin uzanmasından asılı olaraq 1 aya korreksiya da lazım ola bilər. Uzanan və tökülən kirpiklər özləri ilə birlikdə ipək kirpikləri də tökdüyü üçün korreksiya kirpikdə yaranan boşluqları dolduracaq. Qaynaqdan sonra gözlər qətiyyən ovuşdurulmamalıdır, ağzı üstə yatılmamalıdır. Kirpik boyalarından istifadə edərkən baxmaq lazımdır ki, onlar suya davamlı olmasın, kirpiklərdən rahatlıqla yuyulsun. Ümumən qaynaq edilən kirpiklər nə qədər az boyansa, bəzənsə qalıcılıq müddəti də bir o qədər uzanar. Proses təxminən 1 saat davam edir. Diqqət etmək lazımdır ki, istifadə olunan yapışdırıcılar ucuz, keyfiyyətsiz və dəriyə, gözə ziyanlı olmasın. Perma-burma isə insanın təbii kirpiklərinə də edilə bilər. Gözlər dəfələrlə yuyulsa belə kirpiklərin üzüyuxarı burulmuş görünüşü özünü saxlayır və heç bir makiyajsız kirpiklər gözəl və dik görünür.
Kirpikləri süni yolla uzatmaq yerinə təbii yolla uzatmaq daha faydalı və daha uzun ömürlüdür. Eləcə də daimi olaraq kirpikləri barmaqla yuxarı doğru sığallamaq az da olsa perma effekti verir. Bunun üçün də xüsusi ev şəraitində istifadəyə yararlı alətlər satılır. İstənilən halda, gözəllik üçün gözləri qurban seçmək düzgün deyil.
Mənbə:Milli.az
XƏBƏR LENTİ
Messi Ronaldunu geridə qoydu
Ərdoğan Obama ilə danışdı - 1 saat 10 dəqiqə
Azad Söz (10-cu hissə) SON
Uşaqlarda zərərli vərdişlər
Silahlı soyğunçuları saqqız və qəhvə qutuları ilə qovdu - VİDEO
Cem Yılmaz prezidentin dəvətini qəbul etmədi-SƏBƏB
Bütov Azərbaycan!
Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Prezident İlham Əliyevi təbrik ediblər
Bu avtobusun hərəkət sxemi dəyişdirildi
Azərbaycanda ilk
Cavabsız qalan teleqramlar
Cazibədar donlar
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
ÜST-dən koronavirus açıqlaması: 81 min insan...
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
Azərbaycan əhalisinin sayı artdı
Azərbaycanda koronavirusa görə karantinin sərtləşdirilməsi və SMS-in bərpası XƏBƏRDARLIĞI
Türkiyə prezidenti Uqanda və Keniyaya səfər edəcək
Kəşfiyyatçı erməni tutuldu
Düz qarına sahib olmağın 5 qaydası
10 mart - Milli Teatr Günüdür!
Dırnaqlarımız sağlamlığımızın xəbərçisidir
Hərbçiləmiz Ramştayna gedir
Limonlu çizkek (foto resept)
Doğum günün mübarək, Facebook!
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
Koronavirusla bağlı SON STATİSTİKA
Foqts: "Pul heç vaxt mənim üçün önəmli olmayıb"
Bensu Sorel ən böyük arzusunu açıqladı-FOTO
ABŞ-da şəhər satılır-VİDEO
Böyük Qarabağ sazişi hazırlanır
Dünyada İLK - Həbsxananı xatırladan KAFE - FOTO
Göbələk xəstəlikləri
Düyü kimi incə
Heydər Əliyevin qələbələri xalqın ürəyində əbədi yaşayacaq - Mehriban Əliyeva
Aşura günü bu məscid və ziyarətgahlarda qan verə bilərsiniz
Bakıda sürücülərə və piyadalara "brilliant" veriləcək
Azərbaycanda daha 14 nəfər koronavirusdan öldü: 380 yeni yoluxma
Meqan Markl işçilərini azad edib-SƏBƏB
Neft yenidən ucuzlaşdı
"Uşaq pulu" bərpa edilir? - Nazirlik RƏSMƏN AÇIQLADI
Pəhriz zamanı edilən səhvlər
Azərbaycan tarixindən yüz şəxsiyyət-12
İrem Derici artıq çəkilərini belə gizlətdi-FOTO
Ət bazarında vəziyyət gərginləşəcək
Övladlığa uşaq götürən xarici məşhurlar
Azərbaycanda “Qulaqdibi” xəstəliyi yayıldı
Bağçalar yayda açılacaq? - RƏSMİ AÇIQLAMA
Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU - VİDEO
Turabi ABŞ-da çempiyon oldu-VİDEO














