Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Məhəmməd Canah Pəhləvan
(1175-1186)
Azərbaycan Atabəyləri dövləti (Eldənizlər dövləti) tariximizdə ən möhtəşəm dövlətlərdən biri olmuşdur. Görkəmli sərkərdə və uzaqgörən siyasi xadim olan Şəmsəddin Eldəniz çətin hərbi-siyasi vəziyyətdə nəinki öz dövlətinin müstəqilliyini təmin etmiş, hətta az vaxt ərzində bir çox iri feodalların özbaşınalığına son qoyaraq bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirmişdir. Naxçıvan şəhəri bu dövlətin paytaxtı olmuşdur. Naxçıvanın Şərqin ən gözəl şəhərlərindən birinə çevrilməsi məhz Şəmsəddin Eldənizin adı ilə bağlıdır. 1161-ci ildə İraq sultanlığının taxtında nümayəndəsini oturdan Şəmsəddin Eldəniz bu dövləti də idarə etmişdir. Onun böyük oğlu Məhəmməd Cahan Pəhləvan İraq sultanının xacibi təyin edilmişdi. O dövrdə xacib sultanın köməkçisi olmaqla dövlətin vəzirindən də yüksək vəzifə hesab edilirdi. Şəmsəddinin kiçik oğlu Qızıl Arslan İraq sultanlığı qoşunlarının baş komandanı olmuşdur. Belə ki, Azərbaycan Eldənizlər sülaləsinin hakimiyyəti altında olan İraq sultanlığı faktik olaraq Eldənizlər dövlətinin tərkib hissəsi hesab edilmişdir. Şirvanşahlar dövləti də Eldənizlərdən asılı vəziyyətdə olmuşdur. Beləliklə, Azərbaycanın vahidliyi təmin edilmişdir. Şəmsəddin Eldənizin hakimiyyətinin sonuna yaxın Eldənizlər dövləti Dərbənd şəhərindən İran körfəzinədək olan əraziləri əhatə etmişdir.
1175-ci ildə Şəmsəddin Eldənizin vəfatından sonra böyük oğlu Məhəmməd Cahan Pəhləvan hakimiyyət başına keçir. Atasının peşəkar sərkərdələrindən hərbi dərslər almış, dövlət xadimlərinin rəhbərliyi altında dövlətçiliyin sirlərini öyrənmiş, elm və mədəniyyətlə yaxından maraqlanan Cahan Pəhləvan hakimiyyətə gələndə artıq hansı tədbirləri həyata keçirəcəyini yaxşı bilirdi. Hələ İraq sultanının xacibi işlədiyi zaman o anlamışdı ki, iri feodallar dövlətin dayaqları olsalar da, onları nəzarətsiz qoyanda dövlət zəifləyir. İri feodalların arasında baş verən münaqişələr ucbatından son nəticədə dövlətin ordusu və iqtisadiyyatı tənəzzülə uğrayır. Məhz bu səbəbdən də o, əsas diqqətini mərkəzi hakimiyyətin gücləndirilməsinə verir, bir sıra düşündüyü tədbirlər kompleksini həyata keçirir. Bütün vacib vəzifələrə o öz şəxsi məmlüklərini təyin edir. Həmçinin iri şəhərlərə və vilayətlərə də məmlüklərini başçı qoyur. Qeyd etmək lazımdır ki, "məmlük" sözü şəxsi qul mənasını versə də, o məmlüklər bizim "qul" kimi qəbul etdiyimiz anlayışdan fərqlənirdi. Belə ki, məmlük kimi qeydə alınmış gənc mütləq 5 illik təlim-xidmət mərhələsi keçirdi. Yalnız bundan sonra o, tam hazırlıqlı döyüşçü hesab olunurdu. Belə məmlüklər hökmdarın şəxsi mühafizə dəstəsinə götürülür, onun və ailəsinin, həmçinin dövlətinin xəzinəsinin təhlükəsizliyini təmin edirdi.
Belə döyüşçülər arasından ən yaxşıları seçilir və onların təlimi davam etdirilirdi. Təlimin altıncı ilində məmlüklər xüsusi rəmz kimi badə alaraq hökmdar sarayına daxil olmaq və burada xidmət etmək səlahiyyəti qazanırdılar. Beləliklə, məmlük saray qayda-qanunları ilə qonaq qəbul etmə, şikayətçilərlə münasibət saxlama və s. proseslərlə yaxından tanış olurdu. Yeddinci xidmət ilində məmlük hökmdarı əhatə edən şəxslər sırasına daxil edilir, ona "hökmdarın silahdan", "hökmdarın mehtəri", "hökmdarın paltar qoruyanı" və s. vəzifələrindən biri verilsə də, əslində, bütün dövlət əhəmiyyətli işlərdə iştirak etməyə başlayırdı. Bu zaman dövləti idarə etmək qanunları ilə tanış olur, bəzi hallarda məsləhətlər vermək hüququna malik olurdu. Beləliklə, 35 yaşına çatmış və bütün göstərilən mərhələləri keçmiş məmlük sipəhsalar, yəni qoşun komandanı təyin edilə bilər, 37 yaşına çatdıqda isə əmir titulunu ala bilərdi. Əmir titulu almış məmlük iri inzibati vahidlərə başçı və vacib dövlət vəzifələrini icra edən şəxs təyin edilmək hüququ qazanırdı. Vilayət başçıları və vəzifəli şəxslər məmlüklərdən təyin edildikdə vəzifəni layiqincə icra edirdilər. Buna onların keçdiyi zəngin həyat dərsi imkan verirdi. Hərtərəfli hazırlıqdan başqa, məmlüklərin bir üstünlüyü də var idi. Onlar uşaq ikən kasıb ailələrdən seçilir və ya qul bazarlarından alınır, bu səbəbdən də onların qohum-əqrabası olmurdu. Bu, bir-birləri ilə qohum olan iri, güclü feodal nəsilləri ilə hökmdarın apardığı mübarizədə vacib məqam idi. Doğrudan da, Məhəmməd Cahan Pəhləvanın məmlükləri bütün hallarda ona sədaqətlə xidmət etmiş, onun vəfatından sonra isə onun qardaşı və oğullarına xidmət göstərmişdilər.
Yüksək peşəkarlığı və hərtərəfli hazırlığı ilə seçilən məmlüklər təbəqəsinin yaradılması mərkəzləşmiş dövlət quruculuğu yolunda feodalizm dövrü üçün vacib nailiyyət idi. Məmlüklərə arxalanan Cahan Pəhləvan itaət göstərməyən, daim müstəqilliyə can atan və bununla dövləti parçalamağa çalışan bəzi iri əmirlərin müqavimətini qətiyyətlə qırır.
Dövlətinin mərkəzi olan Azərbaycanı idarə etməyi Məhəmməd Cahan Pəhləvan qardaşı Qızıl Arslana tapşırır. Bununla Eldənizlər dövlətinin siyasi, iqtisadi, mədəni həyatında Azərbaycanın aparıcı rolu təmin edilir. Qızıl Arslan həm də Məhəmmədin oğulları Əbu Bəkr və Özbəyin tərbiyəçisi olmuşdur.
Məhəmməd Cahan Pəhləvan isə özünü İraq sultanı azyaşlı III Toğrulun atabəyi elan edərək onun adından sultanlığı idarə etməyə başlayır. Belə ki, III Toğrul Naxçıvanda yaşayır, Cahan Pəhləvanın məmlükləri isə onun adından sultanlığı idarə edirdi.
Silahlı qüvvələrin əsası 50 minlik daimi qoşundan ibarət idi. Feodallıq dövrünün ən zəif cəhətlərindən biri də daimi qoşun hissələrinin əvəzinə yerlərdən yığılan pərakəndə qoşunların mövcud olması idi. Belə qoşun qəfil düşmən hücumunun qarşısını ala bilmir, daxildə qiyamları yatırmaqda çətinlik çəkirdi. Daimi qoşun isə həm mərkəzi hakimiyyəti gücləndirməyə, həm də müstəqillik və ərazi bütövlüyünü təmin etməyə imkan verirdi.
Eldənizlər dövlətinin ərazisinə əl-Cibal, İraq, Gilan, Mazandaran, İsfahan, Rey, Həmədan daxil edilmişdi. Xilat, Diyarbəkir, Fars, Xuzistan, Mosul, Kirman və Təbəristan vilayətlərinin başçıları da bu dövlətdən asılı idilər. Dövlətin ərazisi böyüdüyündən paytaxt Naxçıvandan Həmədana köçürülür.
Dövlətdə sənətkarlıq və ticarətin tərəqqisinə, kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilirdi. Təsadüfi deyil ki, "Azərbaycan Renessansı" kimi tanınan mədəni oyanış məhz bu dövlətin mövcudluğu dövrdə baş vermişdir.
1186-cı ildə Məhəmməd Cahan Pəhləvanın vəfatından sonra hakimiyyətə gələn Qızıl Arslan atası Şəmsəddinin və qardaşı Məhəmmədin yolunu davam etdirir.
XƏBƏR LENTİ
Şeyma Subaşı Ev aldı-FOTO
Cazibədar alt paltarları
Azərbaycanda sərin hava şəraiti nə vaxtadək davam edəcək?
Dünyanın ən "bədbəxt" ölkələri seçildi
Qrip olan ana körpəni necə əmizdirməli?
Beren Saat və Kənan Doğulu Tətildən qayıtdılar-FOTO
İki rayona QAR YAДћDI
Şahzadənin əkizləri oldu
Hande və Murad bir-birini sildi
Azərbaycanda ən çox yayılan xəstəliklər hansılardır?
Şahzadə babasının burnundan yapışdı - FOTO
Boşanmaların sayı çoxalıb - RƏQƏMLƏR
Çində tibbi maska çatışmazlığına görə yeni çarəyə tapdı
Leyla Əliyeva internat məktəblərində - FOTO
Son bir gündə dünyada rekord sayda koronavirusa yoluxma təsdiqlənib
Gökçe Yıldırım İrem Dericinin xəyanətindən danışdı-FOTO
Yağ ləkəsini aradan qaldıran 2 üsul
12 yaşındakı oğlu üçün 21 adamı balta ilə öldürən Baltalı Hano
"Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf yoluna çıxması, iqtisadi cəhətdən güclənməsi və tanınması üçün çox böyük işlər gördü"
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"
İstehlak cəmiyyətinin psixoloji travmaları
Putini yerə yıxacam
“Barselona” üç qolla qalib gəldi
Yaddaş bəlası: gözümü yummaq, onu unutmaq istəyirəm
Ronaldo Paylaşımı ilə Diqqət çəkdi-FOTO
“Google Chrome” bu smartfonlarda işləməyəcək
Kişilər cinsi əlaqədən əvvəl nə düşünürlər?
Məşhur rejissor koronavirusdan öldü
“Çukur”un Vartolusundan xanımına sürpriz - FOTO
İlham Əliyev xalqa müraciət etdi
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Azərbaycan ailəsində yeni problem: bəylə gəlin anlaşmazsa...
Bakıda nəhəng enerji obyekti tikilir
"Çukur"da yeni aktyor
Hamilələr üçün evdə hazırlaya biləcəyiniz içkilər
Parlaq saçlar üçün 10 praktik üsul
Hind yağının 6 faydası
Birinci Xanım fotolarda
Uşaqlarına Keykül, Qirəndə kimi adlar qoymaq istədilər
ABŞ-ın Konqres kitabxanası
Mayli Sayrusdan QALMQALAlı paylaşım
Qastriti olanlar necə qidalanmalıdır?
Kreditlər hansı halda silinə bilər?
Gün işığı insanı kor edə bilər
Sinqapurda yeni super otel tikiləcək
Gün ərzində qaşlarınızı çatsanız...
Ermənilər Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub - RƏSMİ
Rihannanın yeni sevgilisi var-FOTO
Kəsmikli və ərikli bulkalar (foto resept)















- ŞƏRHLƏR