Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Əcəmi Əbubəkr oğlu Naxçıvani
(XII əsrin 20-ci illəri-XII əsrin sonu)
Naxçıvan şəhərini dövlətinin paytaxtı elan etmiş Şəmsəddin Eldəniz onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirməyi qarşısına məqsəd qoyur. Tikinti işlərinə böyük vəsait ayıran Şəmsəddin burada möhtəşəm saraylar, dəbdəbəli imarətlər, valehedici məscidlər tikdirir. Onun bu işini oğlanları Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan davam etdirirlər. Memarlıq işlərinə göstərilən dövlət qayğısı çox çəkmir ki, bəhrəsini verir. Azərbaycan Atabəyləri dövlətinin (Eldənizlər dövləti) ən məşhur memarı Əcəmi Əbubəkr oğlu olmuşdur. Onun uşaqlığı və gəncliyi barəsində məlumat, demək olar, yoxdur. İnşa etdirdiyi abidələr üzərində "Əcəmi Əbubəkr oğlu Naxçıvani" yazılması göstərir ki, o əslən Naxçıvandan imiş. Alimlərin ehtimallarına görə, ilkin təhsilini başa vurduqdan sonra mühəndis təhsili almışdır, çünki o dövrdə mühəndis təhsili olmayan şəxs, nə qədər yaxşı usta olursa-olsun, dövlət və dini binaların inşasına buraxılmırdı.
Əcəminin bizim dövrə qədər gəlib çatmış ilk müstəqil işi Yusif ibn Küseyir türbəsidir.
1162-ci ildə inşa olunmuş bu türbə adından da göründüyü kimi Yusif ibn Küseyir adlı şəxsin şərəfinə ucaldılmışdır; yəni həmin şəxs bu türbədə dəfn olunmuşdur. Xalq arasında türbəyə "At-ababa türbəsi" deyilir. Türbə iki hissədən ibarətdir: yeraltı və yerüstü. Yeraltı hissə sərdabə formasında düzəldilib və burada mərhum dəfn olunub. Sərdabənin tavanı tağvan formadadır. Türbənin yerüstü hissəsi xatirə abidəsi və ibadət yeri hesab edilmiş və olduqca möhtəşəm formada inşa olunmuşdur. Yerüstü hissə səkkizbucaqlıdır, kərpic və gəclə işlənib. Bucaqlar qabarıq şəkildə, divarlar isə onlara nisbətən dərində işlənilib. Abidənin giriş hissəsi baştağlıdır. Maraqlıdır ki, yerüstü hissənin iç tərəfdən tavanı günbəz şəklindədir, damı isə çöl tərəfdən piramidanı xatırladır.
Türbənin divarları çöl tərəfdən kərpiclərdən qurulmuş mozaika xarakterli ornamentlərlə bəzədilib. Ornamentlər arasında kitabələr yerləşdirilib ki, onların da üzərində Qurandan ayələr həkk olunub. Korpusun üst xətti boyunca enli zolaq şəklində qurulan kitabələr binanın möhtəşəmliyini sanki bir daha təsdiqləyir.
Alimlərin fikrincə, Yusif ibn Küseyir türbəsi göstərir ki, Əcəmi binaların inşasında arxitektonik sxemə üstünlük vermişdir. Bu sxem əsasında bir prinsip dururdu: inşa edilən binaların korpusu bucaqlar vasitəsilə sanki böyük həndəsi hissələrə bölünürdü. Ömrünün axırınadək Əcəmi bu sxemə sadiq qalmış, abidədən-abidəyə onu daha da kamilləşdirmişdir. Türbənin quruluşu sübut edir ki, Əcəmi riyaziyyatı çox yaxşı bilirmiş və inşa edəcəyi abidənin bütün göstəricilərini əvvəlcədən hesablayırmış. Geniş dünyagörüşü, dərin və zəngin biliyi, gözəl zövqü ona möhtəşəm abidələr inşa etməyə imkan vermişdir.
Naxçıvanda Atabəylərin "Darül-mülk" adlanan sarayını da xalq arasında daha çox "memar Əcəmi" kimi tanınan Əcəmi ibn Əbubəkr inş etmişdir. Səyyahlar onun ümumi gözəlliyi, günbəzinin möhtəşəmliyi barəsində çox yazırlar, lakin bu abidə bizim dövrə qədər gəlib çatmamışdır. Memar Əcəminin digər monumental əsəri Naxçıvan şəhərinin Cümə məscididir. Səyyahların yazdıqlarına görə, qoşa minarələr ilk dəfə məhz bu məsciddə inşa olunmuşdur. Bu abidə də bizim dövrə qədər gəlib çatmamışdır.
Memar Əcəminin inşa etdiyi abidələrin şöhrəti uzaq Suriyadan başlamış Hindistanadək olan ərazilərə yayıldığından hər yerdən yanına tələbələr gəlir və ondan memarlığın sirlərini öyrənirmişlər. Dövrün mənbələrində Əcəmiyə "Şeyxül mühəndisin", yəni "bütün mühəndislərin başçısı" deyilir. O isə təvazökarcasına özünü "bənna" adlandırırmış.
Onun yaratdığı abidələr memarlıqda tamamilə yeni istiqamət olmuşdur və sonralar alimlər bu istiqamətə "Naxçıvan memarlıq məktəbi" adını vermişlər. Əcəmidən dərs almış şagirdləri də binalarını Naxçıvan memarlıq məktəbinin qanunları əsasında inşa etmişlər. Belə abidələr Naxçıvanın Qarabağlar kəndində, Bərdədə, Cənubi Azərbaycanın Marağa, Səlmas şəhərlərində indiyədək qorunur. XVI əsr məşhur osmanlı memarı Sinan xüsusi olaraq Naxçıvana gəlmiş və Əcəminin abidələri ilə tanış olmuşdur.
1186-cı ildə memar Əcəmi sənətinin zirvəsi sayılan Mömünə xatın türbəsinin inşasını başa çatdırır. Bu abidə indiyədək öz gözəlliyi ilə insanları valeh edir.
Mömünə xatın türbəsi Məhəmməd Cahan Pəhləvanın əmri ilə arvadı (bəzi mülahizələrə görə, atasının arvadı, yəni Cahan Pəhləvanın anası) Mömünə xatının şərəfinə inşa edilmişdir. Türbə iki hissədən ibarətdir: yeraltı və yerüstü. Yeraltı hissə sərdabə formasındadır və burada mərhumə dəfn olunub. Sərdabənin tavanı tağvaridir. İçəridə ortada böyük sütün qurulub və hər on divardan ona doğru tağlar aşırılıb.
Türbənin yerüstü hissəsi xatirə abidəsi və ibadət yeri hesab edilir və olduqca möhtəşəmdir. Yerüstü hissənin hündürlüyü 34 m-dir və onbucaqlıdır; kərpic və gəclə işlənib. Bu hissənin alt tərəfi qırmızı rəngli diorit qaya parçaları ilə hörülüb. Yusif ibn Küseyir türbəsindən fərqli olaraq burada bucaqlar aydın seçilmir və sanki ornament lentləri altında gizlədilib. Formaların yumşaqlığı pilləkənvari stalaktitlərin qurulması ilə təmin edilib. Abidənin giriş hissəsi baştağlıdır. Türbənin divarları çöl tərəfdən kərpiclərdən qurulmuş mozaika xarakterli ornamentlərlə bəzədilib. Ornamentlər arasında kitabələr yerləşdirilib ki, onların da üzərində Qurandan ayələr həkk olunub. Kitabələrin ümumi uzunluğu 500 metrə bərabərdir. Ornamentlər firuzəyi rəngli kaşıdan qurulub. Ornamentlərdə həndəsi fiqurlar kufi ərəb xətti ilə böyük ustalıqla birləşdirilib.
Alimlərin fikrincə, əvvəllər türbənin damı çadırvari olmuşdur, lakin dövrümüzə qədər gəlib çatmayıb. Yerüstü hissənin iç tərəfdən tavanı günbəz formasındadır. İçəridə ortada böyük sütün qurulub və hər 10 divardan ona doğru tağlar aşırılıb. Bu üslubda binalar Avropada XIII əsrin sonu-XIV əsrin əvvəllərində inşa edilib və "qotik abidələr" adı ilə tanınır. Tavan üzərində mərkəzdə dəyirmi ornament, yanlarda daxillərində yazılar olan dörd medalyon, tavanla divarlar arasında isə kufi yazılar mövcuddur.
XIX əsr səyyahlarının rəsm və fotoşəkilləri sübut edir ki, türbənin yanında əvvəllər tağvari keçidlə birləşdirilən qoşa minarə olmuşdur. Həmçinin türbədən bir az aralı böyük məscid və mədrəsə binaları varmış. Lakin onlar dövrümüzə qədər gəlib çatmamışdır. Abidənin inşası zamanı memar yenə də arxitektonik sxemə vurğunluğunu nümayiş etdirmişdir. Lakin eyni zamanda Yusif ibn Küseyir türbəsinə nisbətən Mömünə xatın türbəsinin kompozisiyası daha təkmil, memarlıq formaları daha incə, ornamentlər isə daha təmtəraqlıdır.
Mömünə xatın türbəsi öz dövrü üçün şedevr əsərlərdən hesab edilirdi.
Təsadüfi deyil ki, Mömünə xatından sonra Şərqdə bu üslubda oxşatma binalar inşa edilməyə başlanmışdır. Onların sırasında Marağada Qunbad-e Kabud və Qunbad-e Surx türbələri, Dəmavənddə Şeyx Şibli türbəsi, Axanqanda (Məşhəd yaxınlığında) türbə, Əlincə çayı üzərində Şeyx Xorasan türbəsi indiyənədək qalmaqdadır.
Şərq memarlığı və incəsənəti üzrə məşhur mütəxəssis M.V.Alpatov demişdir: "XII əsr ustalarının Naxçıvanda yaratdıqları Mömünə xatın türbəsi nadir gözəllik və zəriflik abidəsidir. Mömünə xatın türbəsi Şərqin ən gözəl klassik əsərləri-Firdovsinin "Şahnamə" və Nizaminin "Leyli və Məcnun" əsərləri kimi əbədidir".
Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Əbubəkr oğlu Naxçıvani memarlıq sənətimizə riyazi təfəkkürlə bərabər, zəriflik, oynaqlıq, bədilik gətirmişdir.
XƏBƏR LENTİ
Dünya mətbəxi - Yunanıstan
Apple Yaponiyada uduzdu
Günün ulduz falı
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Miqren
BÜRCLƏR bizə nə vəd edir?- 8 Dekabr
Ölkələrini bəyənməyənlərin sayı açıqlandı
Ayaqqabılara qulluq
Gözəl bijuteriyalar 2
Güclü qar Gürcüstanın avtomobil yollarını iflic etdi
Deyirlər ki, Allah Yezidi bir daha dirildəcək
Girovlarımızla yeni görüş
Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Lənkəranda 61 abuturiyent arzusundan vaz keçdi
Gimnastika və onun sağlamlaşdırıcı əhəmiyyəti
Əhaliyə XƏBƏRDARLIQ edildi
Qayınana da anadır, gəlin də...
Fonetika - Hərflər (1)
Tiflis Ermənistanı mühasirəyə salır
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI
Qiymət müxtəlifliyi, yoxsa süni qiymət artımı?
Sabahın HAVAsı
Azərbaycanda yağış yağacaq
Bəzi məktəblər summativlərin sayını artıra biləcəklər
Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı
Sızanaq yaranmasının qarşısını necə almaq olar?
İnstaqramda YENİLİK!
HAVA necə olacaq? 29 MAY
5G zəif inkişaf edir
Uşaqlar üçün hamam xalatları
Milli Təhlükəsizlik Nazirliyində ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçirildi
Kayli Cennerin FOTOsu diqqət çəkdi
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə
Ev şəraitində yığa biləcəyiniz saç modelləri
Məşhur aktrisa koronavirusa yoluxdu-FOTO
Bürclərin üzükləri
Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpasına başlayıb
Uhanda yeni koronavirus epidemiyası başlaya bilər
Öd kisəsi müalicəsi
Saqqallı kişilər daha çox xəyanət edir
Münasibətdə 3 böyük xəta
Abort qadağan edildi
Günün qoroskopu:Bədxərclik etməyin!
İsrail koronavirus peyvəndi hazırlayır
Duanın insana faydası
Kolleclərin ixtisas seçimi başa çatır
Hicablı makiyaj ustası
Şuşaya yeni polis rəisi təyin edilib
Bakıda Dağıstan Mədəniyyəti Günləri başlandı
- ŞƏRHLƏR