Dahi alman bəstəkarı Qeorq Fridrix Handel barokko musiqi janrının ən görkəmli nümayəndələrindən biridir. Həyatının böyük bir hissəsini İngiltərədə keçirmiş olan bəstəkar İohann Sebastyan Bax ilə eyni ildə (1865), eyni ölkədə (Almaniya) anadan olmuşdur. “Almira” adlı ilk operasını 19 yaşında yazan Handel əsərinin uğurla səhnələnməsindən sonra 4 illik müddətə İtaliya səfərinə çıxır. Burada yazdığı kantatalar sayəsində qayıtdıqdan 2 il sonra (1712) gedəcəyi İngiltərədəki uğurunun başlanğıcını qoyur. Yeni ölkəsində (42 yaşında da vətəndaşlığa qəbul olunur) özünü saraya az müddətdə qəbul etdirə bilən Handel 1-ci Qeorqun taxta çıxması ilə bağlı məşhur əsərini – “Suda nəğmə”sini (1714) bəstələyir.
Qeorq Fridrix Handel 1719-cu ildə 8 günlük Halle (Saksoniya, doğulduğu yer) səyahəti təşkil edir. Deyilənə görə, bu vaxt Halle şəhərindən 32 km uzaqlıqdakı Kötendə yaşayan Bax ona olan heyranlığını bildirmək üçün bəstəkarla görüşmək qərarına gəlir. Dostu və şahzadə Leopold belə bu arzunun gerçəkləşməsində kömək üçün ona öz atını verir, lakin müəmmalı səbəblərə görə iki dahi arasında görüş baş tutmur.
1720-ci ildən 1728-ci ilə qədər Handel Kral Musiqi Akademiyasının direktoru vəzifəsində çalışır. Həmin dövrdə kral ünvanına yiyələnən 2-ci Qeorq üçün “Zadok the Priest” (1727) əsərini bəstələyir. İndiyədək İngiltərədə, bütün tacqoyma mərasimlərində bu musiqidən istifadə olunur.
İtalyan opera dalğasının durğunlaşdığı bir dövrdə ingilisdilli oratoriyalara yönələn Handel 6 həftə ərzində yazdığı “Messiah” (“Məsih”, Dublin, 1741) xor üçün oratoriya ilə dünya musiqi sənətində silinməz bir iz qoymuşdur. İsa peyğəmbərin həyatını hekayələşdirən bu əsər geniş xalq kütlələrinin rəğbətini qazanmış, eləcə də kral 2-ci Qeorqun xoşuna gəlmişdi. Deyilənə görə, əsərin London səhnəsindəki performansı zamanı kral özünü tuta bilməyərək “Haleluyah xoru” hissəsində ayağa durmuşdur ki, bu da həmin hissənin ayaqüstə dinlənilməsi adətininin əsasını qoymuşdur.
1753-cü ildə Handel dünya işığından birdəfəlik məhrum olur. Musiqi tarixindəki maraqlı və ironiya dolu hadisələrdən biri də Handel kimi Baxın da sonrakı illərdə görmə ilə bağlı problemlər yaşaması və eyni göz həkimi Con Teylor tərəfindən müalicə edilmələridir. Hər iki proses də uğursuzluqla nəticələnmişdir. Əməliyyatdan sonra gözləri kor halda yalnızlığa çəkilmiş Handel heç vaxt evlənməmiş, heç bir romantik hadisələrdə adı çəkilməmişdir. Bu hadisədən altı il sonra, yəni 1759-cu ilin 14 aprelində Handel Londonda vəfat edir. Bəstəkarın cənazəsi Vestminster abbatlığında torpağa tapşırılır.
Motsartın “O, effektləri hamıdan daha yaxşı qavrayır…”, Bethovenin “O, hamımızın ustadıdır…” dedikləri Qeorq Fridrix Handel həqiqətən klassik musiqi dünyası üçün əvəzsiz simalardan biridir. Aşağıdakı musiqi isə mənşəyi Mərkəzi Amerikadan olan rəqs adıdır: “Sarabande”. Sevimli rejissorum Stenli Kubrikin 1975-ci il tarixli, 4 Oskar qazanmış “Barri Lindon” filminin də əsas soundtreki məhz bu musiqidir.
XƏBƏR LENTİ
Günün qoroskopu: axı hara tələsirsiniz?
“Kobra Pərviz” “Survivor”a davası ilə damğa vurdu - VİDEO
Zərərsiz kontakt linzaları yaradılıb
Məşhur aktrisanın toyu oldu-FOTO
Gülmək zərərlidirmi?
Kirpikləri uzadan bitki mənşəli yağlar
Azərbaycanda uşağa bu adları qoymaq qadağan olundu
Qarın ağrısıyla xəstəxanaya getdi - Eşitdiklərinə inanmadı
Əkiz qardaşların kino kimi taleyi hər kəsi HEYRƏTLƏNDİRDİ-FOTO
“TikTok” istifadəçilərinə BƏD XƏBƏR
Geometrik sırğalar
Həyət evləri üçün icazə almağa ehtiyac qalmadı
Uşağınızdan sizə məktub!
Milla Yovoviç yeni doğulan körpəsinin FOTOlarını paylaşdı
Bella Hadid tərzi
Varikozdan qorunmaq üçün 15 dəyərli addım
Teylor Svift konsertini ləğv etdi-SƏBƏB
Pomidorlu plov (foto-resept)
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Üz üçün məşqlər
Uşaqlara ölümü necə izah etməli?
Tıxacda böyüyən uşaqlar
Türkiyə MN: “Şanlı Ay-Ulduzumuz Azan sədaları ilə birgə Kəlbəcərdə dalğalanacaq”
"P" və "R" hərfləri ilə başlayan adların mənası
Tanış olun: 3 yaşlı taekvondçu qız
Ər öz arvadını yaxın qohumlarının evinə getməyə qoymursa...
48 yaşlı Göksəl yeni şəklini paylaşdı - FOTO
Marsda göl tapıldı
Böyrəyi təmizləyən çay
Evlilik verilişləri bağlanacaq, bütün aparıcılar eyni filmə çəkiləcək
Yol polisindən hava xəbərdarlığı
Azərbaycanda tibb təhsilli bəzi şəxslər üçün təyinat sistemi bərpa edilib
ABŞ professorundan ŞOK AÇIQLAMA: "Koronavirusu biz hazırlamışıq"
Çempionlar Liqasının 4 bəxtəvər komandası
Yadplanetlilərin qalıqları aşkar edildi – UNİKAL TAPINTI
İnstaqram-ın funksiyası WhatsApp-a gəlir - FOTO
Ermənistan ordusu təşvişdə: Yoxlamalar başladı
İlham Əliyev və xanımı ən böyük idman kompleksində
Ronaldu tarixin ən yaxşı futbolçusu oldu - FOTO
Qırmızı lobya salatı (foto resept)
Qızlarına "Evet" adını qoydular - Referenduma görə
Hamiləlik şansını artırmaq üçün 5 tövsiyə!
Ramazan ayında səfərə çıxmaq olarmı?
Bakını işğal edən kompüter oyunu...
Sağlam arıqlamaq üçün velosiped
Polina Qaqarina FOTO paylaşdı tənqid olundu
Soyaya tələbat niyə artır?
Ətli, qaysılı keks (foto resept)
Sınaq imtahanları aprel ayından başlayacaq
İçliklə doldurulmuş üçbucaq blinçiklər (foto resept)















- ŞƏRHLƏR