Uşaqlarda bir sıra zərərli vərdişlərə rast gəlmək olur. Bunlar ən çox vaxtında və kifayət qədər qida almayan, başqa sözlə ac qalan uşaqlarda, suni qida ilə qidalanan körpələrdə müşahidə edilir.
Kiçik yaşlı uşaqlarda zərərli vərdişlərdən: baş barmağı, bir neçə barmağı, dili, əmziyi, dodaqları, yanağı sormaq, dırnağı, yad cisimləri dişləmək, yuxu zamanı başı düzgün qoymamaq, yumruğu üzün altında qoymaq və s. hallarına daha tez-tez rast gəlinir. Diş-çənə sisteminin formalaşdığı dövrdə vərdişlər uzun müddət davam etdikdə diş sıralarının deformasiyasına səbəb olur.
Barmağın və bir neçə barmağın sorulması, barmağın hansı vəziyyətdə sorulmasından və sorulma müddətindən asılı olaraq üst və alt çənənin normal inkişafını pozur. Nəticədə diş sıraları deformasiyaya uğrayır. Barmaqların sorulması zamanı nəfəs ağızla alındığına görə yüksək damağın əmələ gəlməsi, burun çəpərinin əyilməsi üçündə şərait yaradır.
Uşaq başını arxaya doğru əyərək yatmağa vərdiş etdikdə uşağın alt çənəsi inkişafdan qalır. Əksinə başını sinəsinə sıxaraq yatdıqda alt çənə daha çox irəli çıxır.
Yatarkən uşaq yumruğunu yanağı altında qoyursa belə uşaqların çənə sümüklərinin simmetrik inkişafı pozulur və çəp dişlərin yaranmasına səbəb olur.
Dili dişlərin arasında sıxmaq vərdişi üst diş sırası ilə alt diş sırası arasında boşluq yaranmasına gətirib çıxarır. Barmaqları, yanağı, müxtəlif əşyaları həmişə çənənin bir tərəfində sormaq, dişləmək vərdişi çənələrin assimetrik inkişafına, onların deformasiyasına getirib çıxarır. Bu hal açıq və ya çəp dişlər əmələ gətirir.
Aparılmış müayinələrdən məlum olmuşdur ki, 4-5 yaşlı uşaqların 40%-i bu və ya digər zərərli vərdişlərə malikdir. Və onların 70-75%-də müxtəlif diş-çənə anamaliyaları müşahidə edilir.
Zərərli vərdişlərin diş-çənə sisteminə mənfi təsiri ilk vaxtlarda az nəzərə çarpır. Bu mərhələdə onlar tərgidilməsə proses dərinləşir və nəticədə diş-çənə deformasiyaları aydın görünməyə başlayır. Odur ki, uşaqlarda zərərli vərdişlərin olduğunu gördükdə elə ilk vaxtlardan onun tərgidilməsinə çalışmalı və belə uşaqları diqqət mərkəzində saxlamalıyıq.
XƏBƏR LENTİ
Bu şəxslərə təqaüd verilməyəcək - QƏRAR
Bu gün Yel çərşənbəsidir!
Ermənilər Bakıda məğlub oldular
"Hüseynağadan bir dənəydi..."
Ağ saçlı cazibədar qadınlar
İştah açır, ancaq doymaq olmur
Çində qəribə intihar-FOTO
İran təyyarəsində UNO həyəcanı
Məsamələri təmizləyən 3 üsul
Azərbaycanda necə QİÇS xəstəsi var?
Şagirdlərin maskadan istifadəsi məcburi olmayacaq
Bir zamanlar lağ obyekti olub, indi isə...-FOTO
Noutbuk satışı dünyada azalıb, Hindistanda iki dəfədən çox artıb
Təəccübləndirən modellər
Dollara Putin "silləsi"
Regionlardakı hotellərin fəaliyyəti necə tənzimlənəcək? - AÇIQLAMA
Yanğınla bağlı operativ qərargah yaradıldı
İki rəngli piroq (foto resept)
Ürək xəstəsinin ideal tətili necə olmalı
Gözəlliyin düşmənləri
121 illik şəkil gündəm yaratdı - FOTO
25 min nəfər "Facebook"u məhkəməyə verdi
Azərbaycanda bir sıra işçilərin əməkhaqları artırıldı
Pomellolu meyvə salatı (foto-resept)
Bank açıqladı, dollar bahalaşdı
Ezgi Mola sevgilisinə sataşdı
Dilqəmin məktubu çatdı
Bakı yolları belə avtomobillər görməyib
Gəlin birlikdə hazırlayaq-2
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 167 yeni yoluxma
Çörəyin qiymətində niyə qiymət artımı olmalıdır ki?
Qadınların yeni sevimlisi
Daşıyıcı analıq
Selana Gomezi ötüb keçdi-FOTO
Dünya Çempionatının TƏQVİMİ
Suriyanın kimyəvi silahları dənizlərdə məhv edilə bilər
DİN-dən əhaliyə çağrış
EVlilik təklifi etdi HƏBS olundu-SƏBƏB-VİDEO
Günün ramazan təqvimi (10 iyul)
Yeni planşet satılır
Pensiyanın bir növündən başqa növünə keçmək mümkün olacaq
“Euronews” Dağlıq Qarabağdan yazdı
Alimlər koronavirus peyvəndini öz bədənlərində sınayıblar - İDDİA
Model dərisinin qeyri-adi rəngi ilə təəccübləndirdi
Qeyri-adi üzüklər
"Facebook"dan YENİLİK
Məşhur aktyor səfir oldu
Gündəlik geyimlər
Bu gənc həyat yoldaşını ölkədən qovmağa çalışır-SƏBƏB
Azərbaycan qış rejiminə vaxtından əvvəl keçəcək?















- ŞƏRHLƏR