Büdcədən 110 milyon manat investisiya xərci almış qurumun fəaliyyəti paytaxt sakinlərini qane etmir.
Havalar soyuduqca çoxmənzilli binaların və məktəblərin istiliklə bağlı problemləri gündəmə gəlir.
"Azəristiliktəchizat" ASC hər il qış vaxtına noyabrın 15-də keçir, bu tarixdən binalara istilik verilməyə başlayır. Amma noyabrın 2-si günün ikinci yarısından 3-ü səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi əsib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub. Noyabrın 2-də minimal temperatur Bakıda və Abşeron yarımadasında 4-8, Aran rayonlarında 1-7, dağlıq rayonlarda 2 dərəcəyədək, Naxçıvan MR-da 4 dərəcəyədək isti təşkil edib.
Proqnozlara görə, bu gün gecə Bakıda havanın temperaturu 2 dərəcə istiyədək enəcək.
Bakı şəhəri və ətraf qəsəbələrin istilik təchizatı üçün büdcədən 2006-cı ildən bu yana 110 milyon manata yaxın vəsait ayrılıb. Bu qədər sərmayə yatırılmış qurum əhalinin istiliklə təminatını vaxtında və keyfiyyətlə yerinə yetirə biləcəkmi?
Bakı şəhər sakini Hüseyn Kərimov deyir ki, binalarından meyit çıxmayınca istilik vermək niyyətində deyillər: "Memar Əcəmi metrostansiyası yaxınlığında yaşayırıq. Daha dəqiq deyim Cavadxan küçəsində. Oradakı binalara istilik hər il Sovet dövründən qalma qayda-qanuna əsasən noyabrın 15-də verilir. Soyuqlar isə artıq başlayıb. Nə qədər deyirik ki, bu tarixi bir az tezləşdirin, xeyri yoxdur. Noyabrın 15-dən bir gün də tez vermirlər. O vaxta qədər də biz soyuqdan donuruq. Bayırda 4 dərəcə istilik var. Hələ günortadır. Axşama temperatur daha da enəcək. Ancaq "Azəristiliktəchizat"ın vecinə deyil. Gərək soyuqdan kimsə ölə ki, istiliyi tez verələr!?".
"Azəristiliktəchizat" ASC-dən "BİZİM YOL"qəzetinə bildirildi ki, onlar mənzilləri və digər obyektləri istiliklə təmin etməyə tam hazırdırlar:
"Nazirlər Kabinetinin əmrini gözləyirik. Sənəd üzərində noyabrın 15-də keçilir qış vaxtına. Yəqin bu il havaların daha tez soyumasını nəzərə alıb bir az tezləşdirərlər. Ancaq yenə də deyirəm, qanunla noyabrın 15-də keçilir qış vaxtına".
O ki qaldı noyabrın 15-i tarixinin gələcəkdə dəyişdirilib dəyişdirilməyəcəyinə, "Azəristiliktəchizat" əməkdaşı bildirdi ki, dəyişiklik etməyi onlar yox, millət vəkilləri təklif etməlidir: "Qanunlara dəyişiklik etmək onların işidir. Ancaq onu da deyim ki, qayda-qanunla noyabrın 15-də qoşulmalıdır istilik. Ancaq havaların soyuq keçdiyinə görə adətən 7-si, 8-də qoşuruq. Heç vaxt 15-nə qalmır".
"Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, noyabrın 3-dən internat evlərində, xəstəxanalarda, uşaq bağçalarında və orta məktəblərdə istilik sistemi işə salınmasına başlanıb. Onun sözlərinə görə, artıq ölkənin dağlıq ərazilərində istilik sistemi işə düşüb: "Müvafiq qanunvericiliyə görə, Azərbaycanda istilik sistemi ilə təchizat beş ay nəzərdə tutulub. Noyabrın 15-dən aprelin 15-nə qədər. İndi havalar soyuduğundan göstəriş vermişik ki, dağlıq ərazilərdə artıq istilik təchizatına başlansın". Mənzilləri istilik sistemi ilə təmin edən qazanxanaların işə salınması isə bundan sonra olacaq. Rafiq Əliyev deyir ki, uşaq bağçalarının üstündə yerləşən yaşayış binalarına istilik veriləcək:
"Çünki qazanxana birdir, uşaq bağçasına istilik veriləndə bağçanın üstündəki yaşayış binasını ayırmaq olmur. Digər yaşayış binalarına da istilik verilməsi mərhələli şəkildə həyata keçiriləcək".
R.Əliyev bu il qış aylarında Bakıda bütün evlərin isti olacağını deyib. ASC-nin balansında olan bütün yaşayış binaları istilik sistemlərilə tam təmin olunub. Onun sözlərinə görə, bu il Bakıda 264 bina istilik sisteminə qoşulub. 37 yeni istilik qazanxanası tikilib: "Baxmayaraq ki, rəsmi olaraq qış fəsli noyabrın 15-dən başlayır, artıq "Azəristiliktəchizat" ASC qabaqlayıcı tədbirlər görüb. Bakıda 3142 yaşayış binası, 275 məktəb, 156 uşaq bağçası, 147 səhiyyə obyekti və 428 digər sosial obyekt istiliklə təmin edilib. İstilik mənbələrinin sayı 200 ədəd, 83 % artıb. 73 qazan aqreqatı əsaslı təmir olunub, 363 qazan mexaniki üsulla təmizlənib. 90 elektrik mühərriki əsaslı təmir olunub".
Qeyd: "Azəristiliktəchizat" ASC ölkənin müxtəlif dövlət obyektlərinin, binaların istilik sistemi ilə təchizat vəziyyətinin yaxşılaşdırılması üçün 2005-ci il Nazirlər Kabinetinin sərəncamı ilə yaradılıb.
2006-2013-cü illərdə dövlət büdcəsindən bu quruma 110 milyon manat ayrılıb. 2013-cü il üçün bu quruma 25 milyon manat vəsait yönəlib. Onun -10,3 milyonu Bakı şəhərində qazanxanalarda, yaşayış evlərində və sosial obyektlərdə istilik təchizatı sistemlərinin təmir-bərpasına,
- 10 milyon manatı isə "2011-2013-cü illərdə Bakı və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş təchizatın yaxşılaşdırılması tədbirlərinə,
- 4,7 milyon manatı Xətai rayonu, Əhmədli yaşayış məntəqələrində 10 ədəd istilik paylayıcı məntəqələrin yenidən qurularaq məhəllə qazanxanalarına çevrilməsinə xərclənib.
Büdcədən ayrılıb, xərclənən bu qədər vəsaitə baxmayaraq istilik sistemindən narazı, istiliyin vaxtlı-vaxtında verilməməsindən şikayətçi olanlar var. Üstəlik, bu gün şəhərin əksər binalarında istilik sistemi qurğuları yoxdur.
XƏBƏR LENTİ
Saatınız irəli çəkildi? - BUNLARA ƏMƏL EDİN
Rəngli corabları nə ilə geyməli?
Mayonez maskası
Azərbaycan dilinin informasiya bazası yaradılacaq
Ədəbiyyata adı qızıl hərflərlə yazılan şairimiz
İşğaldan azad olunan torpaqlarımızda “həyat əlamətləri”: Yeni layihələrə start verildi
BÜRCLƏR bizə nə vəd edir? - 4 MAY
Dünyanın ən yağışlı yeri
Amerikanı nə öldürür?
Sarkisyan təyyarədə müsahibə verdi
Gəlinlərlə qaynanalar niyə yola getmir?
Sinəsinin böyüklüyündən bezən qadın danışdı-FOTO
Bu gün Messinin 1 yaşı tamam oldu
16 tibb bacısı eyni anda hamilədir-FOTO
Can Yaman və Demet BARIŞDI-FOTO
"Zövq" tortu (foto resept)
Ərdoğan qalibdir, amma...
Dünyanın ən yaraşıqlı kişiləri: o vaxt və indi
Tuba İMİCİNİ DƏYİŞDİ-VİDEO/FOTO
Günün qoroskopu: Pozitiv olun!
Günün ulduz falı
Neyləyim? (Etiraf)
Azərbaycanda avtomobil krediti probleminə yeni həll tapıldı
Brokolinin faydaları
Şumaxer komadan ayıldı
Gün ərzində enerjili olmaq üçün sadə vərdişlər
Bülent Ersoy 30 dəqiqədə 30 min xərclədi
Hazır qidaların zərərləri
Pəncərə kənarındakı möcüzə-Kalanxoe-2
Yaşlıları yalnız buraxmayın!
İranda dərman böhranı hələ də davam edir
Ən balaca evlər
Kristina Bazan
İsrail 74 məscidi viran qoydu
Ən Məyus Edici Xəbər...
Güzgülü evlər
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Avropa geri çəkildi
Məhərrəm ayında saça rəng qoymaq, saç kəsdirmək, kosmetikadan istifadə etmək olarmı?
Ət soyutması (foto resept)
Leşkər qalaçası"nda arxeoloji qazıntılar öz nəticəsini verib
Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda nevroloji patologiyalar artıb
Kişilər hansı makiyaji sevir?
Keti Perrinin çəkiliş vaxtı ürəyi getdi-FOTO
Tələbələr məşhur tablo kostyumlarında
Mart ayının qalibləri!
Rusiyanın NTV telekanalının Türkiyədə tutulan jurnalistləri casusluqda ittiham oluna bilər
Can Yamanın yeni serialı bəlli oldu-FOTO
İmtahan verəcək şagirdlərin nəzərinə!
Qadınlara da hərbi bilet veriləcək
- ŞƏRHLƏR