
Zamanında müalicə olunmayan kəkələmə ömür boyu insanı təqib edir
Kəkələmə danışmanın axıcılığında müşahidə edilən, normadan artıq maneələrdir. Lakin kəkələmə xəstəlik və ya davranış pozğunluğu deyil. Kəkələmə problemində danışma axıcılığı və ritmində dayanmalar, təkrarlar və bədən hərəkətləri müşahidə edilir.
Kəkələməyin dərəcəsi fərdə görə dəyişir. Kəkələmək zamanla müşahidə edildiyi kimi, birdən-birə də ortaya çıxa bilər. Mütəxəssislərin fikrincə, kəkələmə kişilərdə qadınlara nisbətən daha çox müşahidə edilir.
Loqoped Arzu Məlikovanın sözlərinə görə, kəkələməyin müxtəlif növləri olmasa da, dərəcə müxtəlifliyi var. Belə ki, kəkələmə danışıqda 3,10, 25 faiz ola bilər. "Məsələn, 10 faizlik kəkələmə dərəcəsi adamın söylədiyi 100 hecadan 10-da ilişməsi deməkdir. Fərdlərdə kəkələməyi müşahidə edən zaman təkraraların əvvəl, uzatmaların isə daha sonra gəlməsi müşahidə edilir. Blokların çoxluğu isə insanlarda kəkələməyin uzun müddət mövcudluğunu büruzə verir".
Kəkələməyin müxtəlif formaları yoxdur, amma danışma axıcılığında fərqli pozğunluqlar müşahidə edilə bilər.
Kəkələmədə təkrarlar əhəmiyyətli göstəricidir. Ümumiyyətlə, ikidən çox təkrarlamalar kəkələmə adlanır. Səs təkrarları (qqqqqq qələm), heca təkrarları (ma-ma-ma-maşın), söz təkrarları (gəl, gəl, gəl) və s. müşahidə edilir. Bir səsin uzadılaraq (ppppendir) deyilməsi də təkrarlar arasındadır.
Loqoped bildirir ki, danışma əsnasında səs və hava axının kəsilməyə uğramasına bloklama deyilir. Kəkələməyə nəzər yetirdikdə görərik ki, təkrarlamalar əvvəldə edilir, uzatmalar isə sonra görülür. Bloklamaların çoxluğu kəkələməyin çoxluğuna işarədir: "Kəkələyən insan zamanla ilişmələrin fərqinə vardıqdan sonra ilişmələrdən xilas olmaq üçün göz qırpma, baş yelləmə kimi hərəkətlər də edir. Kəkələmə adətən 2-2,5 yaşlarında yaranır və 6-7 yaşlarına qədər uzanır. Bu primer kəkələmə adlanır. Bu yaşlarda kəkələmə davamlı olmur, epizodlar halında özünü göstərir. Uşaq bu dövrdə kəkələməyinin fərqində olmur, ümumiyyətlə, danışmaqdan qaçmır və axıcılıqda olan problemlər onu narahat etmir. Bu dövr fizioloji kəkələmə dövrüdür".
Bəzi uşaqlarda kəkələmə 7 yaşından sonra ortaya çıxır. Bu yaşda uşaq danışındakı pozğunluqların fərqinə varmış olur və bu da ona psixoloji təsir edir. Yaş artdıqca bu, uşağı daha çox narahat etməyə başlayır. Bu dövrün kəkələməyi müalicə tələb edir. Uşaq kəkələdiyini başa düşdüyü üçün dilindəki qüsuru aradan qaldırmağa çalışır, amma bu təsir etmədiyi üçün o, əlavə əl-qol hərəkətləri etməyə başayır. Və zamanla bu, davranış pozğulunğuna çevrilir.
Həkimin sözlərinə görə, belə kəkələmə sonradan hansısa bir hadisənin təsiri ilə yaranır. Belə ki, ilk aylarda normal danışan uşaq yaşadığı bir hadisədən sonra ilişərək kəkələməyə başlayır. Kəkələməlik əgər hər hansı bir təbii pozuğluğa bağlı deyilsə, psixoloji mənşəlidir və davranış pozuqluğu kateqoriyasında qiymətləndirilir. Bu iki qrup kəkələmə fərdi qaydada müalicə edilir: "Kəkələmə problemi yaşayan insanlar bəzi vəziyyətlərdə daha çox həyəcanlandıqları üçün kəkələmə dərəcəsi də artır. Belə ki, bu kəslər stress altındaykən, telefonda danışarkən, izdiham qarşısında danışmağa çalışarkən, lətifə danışarkən daha çox kəkələyirlər".
Həmsöhbətimizə görə, kəkələmə problemi vaxtında müalicə olunmasa, bu, vərdiş halına çevrilə bilər. Kəkələmə insanlarda özünə qarşı inamsızlıq, müvəffəqiyyətsizlik, qorxu, işə bağlanma problemi, dəyərsizlik hissi və depressiya yaradır.
Kəkələməni müalicə etmək üçün ilk növbədə loqoped həkimlərə müraciət etmək lazımdır. Kəkələmə danışma ilə müalicə olunur. Zamanında müalicə edilməyən kəkələmə ömür boyu insanı təqib edir. Yaş keçdikcə isə bu, qarşısıalınmaz problemə çevrilir.
XƏBƏR LENTİ
Azərbaycan tarixindən yüz şəxsiyyət-42
Uzun ziyafət donları
“Mona Liza” 3D olarsa
Bu yerə gedən adamlar ölür-FOTO
Qəza keçirdi, hamilə qaldı
Demet Akalın Amerikaya getdi-FOTO
Azərbaycanda nə qədər qadın sürücü var?
Gənclərin xalçaçılıq sənətinə marağının azalmasının səbəbi nədir?
“Simpsonlar”da koronavirus izləri aşkarlandı - VİDEO
Yaşlıları yalnız buraxmayın!
Rusiya prezidenti Putin tətildədir-FOTO
Bu sezonun rəngi müəyyənləşdi
Heyvanlara divan tutulan yer: zoopark, yoxsa ölüm məkanı?
Murat Hande üçün oxudu-FOTO
Qlobal istiləşmə - Afrikada rekord istilər
Gəlin, birlikdə gülək
Azərbaycanda qeyri-adi toy karvanı
Yay hamilələrinə tövsiyələr
Günün ulduz falı
Bakıda təhlükəli prospekt: hər an başınıza düşə bilər.
Sinan Özenin yeni doğulan qızı iki dəfə əməliyyat olundu
Putinə yenə "yox" dedilər
Əvəlik haqqında bilmədiklərimiz
Sumqayıtda başlayacaq, Lənkəranda bitəcək
Google Chrome-da valideyn nəzarəti olacaq
Hindistanda ikibaşlı ilan aşkar edilib - VİDEO
Qəribə geyim və aksesuarlar
Göbələkli içliklə doldurulmuş qabaq(foto-resept)
Hadisə bu fotolara görə lağa qoyuldu
Bədəndəki toksinləri atmaq üçün çay
Meqanın atası qızının bədbəxt olduğunu dedi-VİDEO/FOTO
Milli Məclis bu qanunları dəyişdirir - SİYAHI
Gələn il Qarabağa səfər təşkil ediləcək
Həftə sonunun HAVAsı
ABŞ-dan Azərbaycana jest
Cazibədar görünüşün 6 elementi
Beşinci dəfə Ceyms Bond olacaq-FOTO
Reynmendən ACUNA AДћIR SÖZLƏR-VİDEO
Ağ şokoladlı truff (foto resept)
Neslihan və Kadiri otelə buraxmadılar-SƏBƏB
Zəngilan şəhərinin kosmosdan çəkilmiş görüntüsü yayıldı - FOTO
“Samsung” parçalana bilər
Gəlinlik modelləri
Azərbaycanda daha bir pivə təhlükəsi
Bakıda 4 gün satış yarmarkaları keçiriləcək
Putin ümid verdi: "İki ildən də tez!"
Xəmirdə plov (foto-resept)
Gəlinlik modelləri
CeyLonun bu hərəkəti türkləri əsəbiləşdirdi
Şahzadənin toyundan FOTOlar














