Qoç - Bir çox problemlərin həllinə başlaya bilərsiniz. Daxili energetikanız sizə ən çətin müşkülləri çözməyə imkan verəcək. Təcrübəli, bilikli insanların məsləhətlərini qulaqardına vurmayın. Maraqlı həmsöhbətlə qarşılaşacaqsınız.
Günün ikinci yarısında mövcud çətinliklərin aradan qaldırılması üçün alternativ yollar arayın. Axşam saatları romantik ünsiyyət üçün əlverişlidir.
Fəqət, hisslərin köləsinə çevrilməyin.
Buğa - Rəsmiyyətə qapılmayın. Stereotipləri yaşam tərzinə çevirməyin. Həyatınızı yaşayın. Yeni imkanlara doğru qorxu, xof və təlaş olmadan addımlayın. İmicin yenilənməsi şəxsiyyətinizin daha uğurlu izharına imkan verəcək.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların rəğbətini qazanmaq üçün konkret addımlar atın. Yararlanmadığınız imkanlarınızdan, "yatmış" potensialınızdan istifadə edin. Əzmkar olun. Fəaliyyət sahəsini dəyişə bilərsiniz.
Macəra arayın. Bir sözlə - tənbəllik etməyin.
Əkizlər - İşlərə yaradıcı yanaşma irəliləyişin başlıca şərtidir. Fəaliyyət prosesindəki müxtəlif eksperimentlər təbii təkan rolunu oynayacaq. Qəfil sonuclar və gözlənilməz nəticələr sizi çaşdırmasın, ruhdan salmasın.
Bədbinləşməyin, süstləşməyin.
Günün ikinci yarısında mövqelərinizi bir daha yoxlayın. Planlarınızı təftiş edin. Şəxsi münasibətlərdə harmoniya yaradın. Sevdiyiniz insanla təmaslarda qarşılıqlı anlaşma, sayğı və məhəbbət ən önəmli nüanslardır.
Xərçəng - Hadisələrin intensiv, perspektivlərin yaxşı olduğu zamandır. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün nəzərdə tutduğunuzdan daha artıq qüvvə və resurs sərf etməyə hazırlaşın.
Tərəqqi, inkişaf istəyirsinizsə, diqqətli davranın. Detallara fikir verin.
Günün ikinci yarısında təfərrüatların önəmi artacaq. Optimallaşdırma və modernləşdirmə ilə məşğul olmaq olar. Maliyyə baxımından vəziyyət pis deyil.
Axşam saatlarında yaxın ətrafınızdakı insanlarla fikir ayrılıqlarını təmkinlə aradan qaldırın.
Şir - Ümumən pozitiv zamandır. İşdə və münasibətlərdə ən yaxşı keyfiyyətlərinizi, üstün məziyyətlərinizi nümayiş etdirin. Yaradıcılıqla məşğulsunuzsa, ilin ən əlverişli günlərindən biridir.
Xarici görkəminizə fikir verin.
Günün ikinci yarısında alış-verişdə trivial olmayan nəsnə, məhsul ala bilərsiniz. Parlaq, statuslu imic qazanın.
Yaxınlarınıza problemlər, başağrısı bəxş etməyin. Onların qayğısına qalın.
Axşam saatlarında stressdən qurtulmaq üçün sınanmış vasitələrdən istifadə edin.
Qız - Maliyyə, karyera və işlə bağlı məsələlərdə gərginlik yaranacaq. Bələd olduğunuzu düşündüyünüz situasiyanın yeni təfərrüatları üzə çıxacaq. Risklərdən çəkinməyərək hüququnuzu müdafiə edin. Yaramaz, yaltaq, qorxaq insanın hiylə və məkrini işə salaraq sizi üstələməsinə qətiyyən yol verməyin.
Günün ikinci yarısında ilk baxışdan müşkül təsir bağışlayan problemin həllinə yaradıcı yanaşın. Vərdiş etdiyiniz metodları hələlik unudun, yeni yollar arayın.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Tərəzi - Zamanla ayaqlaşın. Situasiyanın dinamikliyindən yararlanaraq fəal olun. Özünüzə qapılmayın, tərki-dünya insan təsiri bağışlamayın. Arzuladığınız əşyanı almağa, xəyallarınızdakı məqsədə çatmağa çalışın. Siz kimsədən zəif və ya əskik deyilsiniz.
Günün ikinci yarısında bədgüman davranmayın. Rəqabətin sərtləşməsi sizdən təcrübə və bilikərin artırılması, informasiya bazasının genişləndirilməsini tələb edir.
Yaxınlarınızdan birini hədiyyə ilə sevindirin.
Əqrəb - Yeni, təcili işlərdən, fövqalədə tapşırıqlardan qorxmayın. İntensiv fəaliyyət tempi sizə problemlərin öhdəsindən daha tez gəlməyə imkan verəcək. Bütün çətinliklər müvəqqətidir. Ruhdan düşməyin.
Günün ikinci yarısında məqsədə aparan yoldan sapmayın. Hər məsləhətə qulaq asmayın. Sayıq olun, təklifləri real dəyərləndirin. İşləməklə yanaşı, prosesdən məmnun qalın.
Köhnə dostlardan və ya tanışlardan birinin qayğıya, diqqətə ehtiyacı var.
Qohumlara baş çəkməyə vaxt tapın.
Oxatan - Kənar təsirlər altına düşməyin. Aktual məsələlərin çözülməsində süstlük etməyin. Aktiv davranın ki, rəqiblər sizi üstələməsinlər. Cəsarətli olun, dürüst taktika seçin.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı strategiyanı müəyyənləşdirin. Riskin səviyyəsini artırmayın. Təcrübəli və bilikli olmadığınız sahələrdə də uğur əldə edə bilərsiniz.
Yaradıcılıq təşəbbüsləri üçün yaxşı zamandır.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - Günün ilk yarısı müsbət emosiyalar və hisslər bəxş edəcək. Tapşırıqlar və sifarişlərin öhdəsindən gəlmək üçün yaxşı əhval, nikbinlik xüsusi əhəmiyyət kəsb edir. Şərtləri nəzərə alın, problemlərin uğurlu həlli üçün ənənəvi üsullarla metodların çərçivələrindən kənara çıxın.
Günün ikinci yarısında fantaziyanızı işə salın. Texnika və avadanlıqla davranışda ehtiyatlı olun.
Axşam saatları sevdiyiniz insanlarla mehriban ünsiyyət vəd edir.
Dolça - Peşəkar fəaliyyət sahənizdə inkişaf, irəliləyiş üçün yaxşı imkanlar yaranıb. Şansları dəyərləndirin. Sayıq olun, ən müxtəlif variantları nəzərdən keçirin. Mübahisəli məqamlarda obyektiv olmağa çalışın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla səmimi, qayğıkeş olun. Məsləhətləri qulaqardına vurmayın. İnandığınız insanla yeni layihəyə başlamaq olar.
Situasiyaya uyğun hərəkət edin. Bu və digər məsələnin həlli üçün duruma uyğun vasitələr seçin.
Balıqlar - Risk və avantüralar üçün yaxşı gündür. Yaradıcılıqla məşğul olursunuzsa, yeni variantları sınaqdan keçirin. Daha qətiyyətli, iradəli olun. Məqsəd və istəkləriniz barədə açıq danışın.
Günün ikinci yarısında hədəfə doğru sürətlə irəliləyin. Belə taktika peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə də effektiv olacaq.
Pullarınızı etibarlı yerə yatırın. Maliyyə vəsaitinizlə risk etməyin.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək