Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və yüksək amallar naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Siz Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə tutduğunuz mövqe, bərabər hüquqlar və imkanlar üçün göstərdiyiniz səylər, həmçinin mötəbər qurumlarda təmsil olunmağınız fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdir. Adınız ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə uca tutulmuşdur. Qədim keçmişimizin hər bir səhifəsi müdrikliyinizin, fədakarlıq və qəhrəmanlığınızın parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik mədəni-mənəvi dəyərlərin, doğma ana dilinin və adət-ənənələrin bu günlərədək layiqincə yaşadılması sizin misilsiz xidmətinizdir.
Mədəniyyət salnaməmizə, ədəbi-ictimai və elmi fikir tariximizə öz istedadı və zəkasıyla yeni səhifələr yazmış maarifpərvər Azərbaycan xanımlarının yolunu siz bu gün də şərəflə davam etdirirsiniz. Nəsillərin varisliyini qoruyaraq ötən əsr boyunca sosial-mədəni fəaliyyətin genişləndirilməsi istiqamətindəki müvəffəqiyyətlərinizi müasir mərhələdə vətəndaş cəmiyyətinin təşəkkülü və əsaslarının möhkəmləndirilməsi prosesində yaxından iştirakınızla daha da zənginləşdirmisiniz. Məmnunluq hissi ilə bildirirəm ki, müstəqilliyimizin bərpasından sonrakı müddət ərzində milli dövlət quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna rolunuz vardır.
Azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik ideallarına sədaqət, vətənə məhəbbət ruhunda formalaşmış gənclik ölkəmizə ən böyük töhfənizdir. İnanıram ki, istedad və bacarığınızı ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatımızda bundan sonra da gerçəkləşdirərək, Azərbaycanın davamlı inkişafı naminə var qüvvənizlə çalışacaqsınız.
Bayramınız mübarək olsun!".
XƏBƏR LENTİ
HAVA necə olacaq?
"YouTube"dan dəqiqədə 400 dollar qazanmağın yolu
Bakıda çəkiliş zamanı koronaviruslu xəstənin vəziyyəti ağırlaşdı - VİDEO
Ərdoğanın oğlu həbs edilə bilər
Sankt-Peterburq-Qəbələ aviareysi təxirə salındı
1400 əkizimiz var
Hava haqqında
Azərbaycanda verilən rəqəmsal imzaların sayı artıb
Adelin necə arıqladığı məlum oldu-FOTO
Təkrar istifadə olunan maskaların təhlükəsi - VİDEO
Tanış olun: bürclərin sevgi cədvəli
Azərbaycanda zəlzələ olub
4 gün iş olmayacaq
Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
3 yaşlı körpəni "ölüm yuxusu"ndan bu mahnı oyatdı-VİDEO
Yayla bağlı ilkin HAVA PROQNOZU
Venera planeti
Evin kimyəvi havasını təmizləyən bitkilər
Baldız - cuvalduz...
2021-ci ildə dəbdə olacaq saç rəngləri
Fahriye Evcen yeni şəkillər paylaşdı
Leyla Əliyeva: "Sənə ilk baxışdan vuruldum"
Gün var əsrə bərabər: ötənləri yada salaq
Yazı yazmaq təkcə ruhu dincəltmir
Risk qrupunda olan müəllimlərin əməkhaqları ilə bağlı nazirdən AÇIQLAMA
İnsanlar nə üçün tez məğlub olur?
Yeni “Batman”in “Coker”i o olacaq
Rublu xilas edirlər
Azərbaycanda mülayim hava şəraiti davam edəcək
Şahzadə Çarlz koronavirusa qalib gəldi
Avropa Parlamentinin Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının tərkibi müəyyənləşib
İnstaqram üçün necə şəkil çəkdirməli?
Şərbətli piroq (foto resept)
Müharibədə iştirak etmiş yazıçılar
Dərin mənalı fikirlər...
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
Uşağınızın sizi sevdiyini bildirən 7 işarə
Məşhur aktyor yenidən evlənir-FOTO
Giləmeyvəli sufle
Serial eşqi gerçək oldu-FOTO
Günün qoroskopu: Mübahisə etməyin!
“WhatsApp”dan yenilik – Rəngli olacaq
Ötən gecə ən çox yağıntı Lənkəran ərazisinə düşüb
Seysmoloq Frenk Huqerbitsdən ŞOK praqnoz
Eynşteynin “xoşbəxtlik formulları” şok qiymətə satıldı
Yumurtanın içindən çıxan hamını heyrətləndirdi - FOTO
Rusiya rublunu kim xilas edəcək?
Adriana Lima Metindən AYRILDI-Səbəb
Dollar və avro kəskin ucuzlaşdı
"Güldür Güldür" Şousu faciə ilə bitdi!-FOTO
- ŞƏRHLƏR