Ebola virusu bütün dünyaya qorxu və dəhşət saçmaqda davam edir. Hətta Ebola narahatlığı Türkiyədən İtaliyaya gedən bir təyyarəni məcburi eniş etməyə vadar edib. Belə ki, Türk Hava Limanından qalxan təyyarə iki sərnişinin qəflətən hərarətlərinin qalxması və Ebola virusu təhlükəsi ilə Romanın Leonardo Da Vinçi hava limanına təcili eniş etməli olub.
Ebola şübhəsi ilə xəstəxanaya yerləşdirilən iki sərnişində Ebola virusu aşkarlanmasa da, insanların təlaş keçirməsi bu virusla hər an hər yerə rastlaşa biləcəyimiz ehtimalını daha da artırır. Bundan başqa İstanbulda Mərmərə Universiteti Pendik Tədris və Araşdırma Xəstəxanasına Ebola virusuna yoluxduğu ehtimal edilən başqa bir xəstə də gətirilib.
Oktyabrın 15-i axşam saatlarında xəstə gətirildikdən sonra xəstəxananın təcili yardım şöbəsi təxliyə edilərək bağlanıb. Karantinə alınan təcili tibbi yardım şöbəsinə heç bir xəstə qəbul olunmur. Xəstəxana personalı qoruyucu maska taxıb. Ebola virusuna yoluxduğu ehtimal edilən xəstənin Sürəyyapaşa xəstəxanasına köçürüləcəyi bildirilir.
Alaniyada isə BMT-nin Liberiyada ölümcül Ebola virusuna yoluxmuş yüksək vəzifəli əməkdaşı artıq dünyasını dəyişdi. Virusun yayılma qorxusu ilə onun cəsədi yandırılıb. Qeyd edək ki, Almaniyaya müalicə məqsədi ilə gətirilən üçüncü xəstə olan 56 yaşındakı Məhəmməd Almaniyada Eboladan ölən ilk adam olub. Sudanlı BMT çalışanının Qərbi Afrika ölkəsi Liberiyada vəzifəsini icra edərkən Ebola virusu daşıdığı müəyyən edilmişdi.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, Ebola virusundan ölənlərin sayı artıq 4400-ü ötüb. ÜST bu ölümcül virusun qarşısı alınmazsa, dekabr ayınadək hər həftə 5-10 min insanın virusa yoluxa bilmə təhlükəsinin olduğunu bildirib.
Azərbaycan Səhiyyə Nazirliyi isə Ebola virusu ilə bağlı təklif irəli sürüb. Nazirlikdən bildirilib ki, Azərbaycanın sərhəd-keçid məntəqələrindəki Sanitar-Karantin Müfəttişliyinin mütəxəssisləri ölkə ərazisinə gələn bütün insanları sorğu etməli, virusun Azərbaycana yalnız xaricdən gətirilə bilmə mümkünlüyünü nəzərə alaraq, bu məsələyə çox diqqətli yanaşmalıdır. Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov “Trend”ə bildirib ki, Ebola virusuna yoluxma əsasən bir neçə Afrika ölkəsində qeydə alınıb, digər ölkələrdə isə virusa yoluxan az sayda xəstə var: “Heç bir ölkə deyə bilməz ki, Ebola virusu bizə daxil ola bilməz. Çünki xəstə insanlarla təmasda olan və ona yoluxan insanlar 21 günlük inkubasiya dövründə dünyanın hər hansı ölkəsinə gedə bilər. Və heç kim də xəstəliyin gizli mərhələsində insanın virusa yoluxduğunu təyin edə bilməz. Yalnız gizli dövr keçəndən sonra insanda xəstəliyin əlamətləri özünü göstərə bilər”.
Ş.Qurbanovun sözlərinə görə, Azərbaycanın sərhəd-keçid məntəqələrində quraşdırılmış xüsusi aparatlar da Ebola virusuna yoluxmuş və xəstəliyin gizli mərhələsində olan insanlarda bunu aşkarlaya bilməz. Bu aparat yalnız insanların hərarətini qeyd edir. O, əlavə edib ki, xəstəliyin geniş yayıldığı Afrika ölkələri ilə Azərbaycanın ticarət, mədəni əlaqələri aktiv deyil. Ancaq həmin ölkələrdən gələn insanlar Azərbaycan sərhədini keçdikdə sərhəd-keçid məntəqələrindəki Sanitar-Karantin Müfəttişliyinin mütəxəssisləri tərəfindən qeydiyyata alınmalı, onların hansı ünvanlara getdikləri öyrənilməlidir. Daha sonra isə həmin şəxs barədə əraziyə baxan poliklinikaya məlumat verilməli, onlar inkubasiya dövründə nəzarətdə saxlanılmalıdırlar.
Ş.Qurbanov onu da qeyd edib ki, Azərbaycanda indiyədək Ebola virusu ilə əlaqədar şübhəli şəxs aşkar edilməyib: “Bu xəstəlik Azərbaycana yalnız xaricdən gətirilə bilər. Ona görə də sərhəd-keçid məntəqələrində məsələyə qarşı çox diqqətli olmaq lazımdır”.
Bu arada Avropa Birliyi üzvü olan ölkələrin səhiyyə nazirləri Ebola epidemiyasına qarşı görüləcək tədbirləri müzakirə etmək üçün Brüsseldə toplantı keçirmək qərarına gəliblər. Bəs Eboladan necə qorunmalıyıq?
Özü və ya yaxınları beynəlxalq hava yollarında, turizm sektorunda çalışanlar, tez-tez xəstəliyin yayıldığı ölkələrə gedib gələnlərin bu virusa yoluxma ehtimalı daha böyükdür. Xəstəliyin əlamətləri 5-7 gündə ortaya çıxır. Amma bu müddət 21 gün də ola bilər. Xarici mətbuatın yazdığına görə Ebolanın ilkin əlamətləri baş, oynaq və əzələ ağrısı, boğazda qıcıqlanma və halsızlıqdır. Ebolanın ilk əlamətləri adətən qripi xatırladır. Ancaq daha sonra ishal, qusma, qaşınma və qarın ağrısı əlavə olunur. Böyrəklərin və qaraciyərin işi dayanır. Xəstədə daxili qanama başlayır, sonrakı mərhələlərdə xəstənin qulağından, ağzından və gözündən qan gəlir.
XƏBƏR LENTİ
Ölkəmizdə bir günlük istirahətin qiyməti - ARAŞDIRMA
Günün ulduz falı - 14.09.2013
Bakı nə günə düşəcək?
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Azərbaycanda hansı sosial şəbəkə daha populyardır?
Hər kəs xəstə atasına qulluq edən 6 yaşlı uşaqdan danışır-FOTO
İlham Əliyev, Putin və Paşinyan arasında görüş başladı - YENİLƏNİB + VİDEO
ABŞ-da müxbir canlı yayıma şalvarsız çıxdı – VİDEO
Yeni il qabağı avtomobillərə qadağa
Yaşadıqca...
Bu sezonun eynək modelləri
Xəstəlik aktyoru tanınmaz hala saldı
Avropada ilk transfer bombası partladı
Direktorlara kurs keçiləcək
Plastik istifadəsini azaltmağın yolları
Ana bətnində mübarizə
İnstagram fenomeninin sirri məlum oldu-FOTO
Səməd Vurğun dünyası rənglərin işığında
DİM 24-25 iyunda keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ
Həyatımızı asanlaşdıracaq kiçik məsləhətlər
Paltardan pomidor ləkəsini necə çıxarmalı?
Ermənistana daha bir sarsıdıcı zərbə: Düşmənin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə məhv edildi - VİDEO
Bilməkdə fayda var...
Azərbaycan millisi irəlilədi
Maşın bazarında canlanma - QİYMƏTLƏR
Çinlilər “iPhone X”in tam oxşarını yaratdı
Bayram bazarlığı: Əliniz cibinizdə olsun!
Abituriyentlərinin nəzərinə!
Ebola Azərbaycanda yayıla bilər?
Millət vəkili Ramil Səfərovun evində
Azərbaycanda süni mayalanma halları artıb
"Naznaz" peraşkisi (foto resept)
Ən uzaq kosmik cism tədqiq ediləcək
Damarları təmizləyən qidalarla tanış olun!
BAKI 2015: Bu komandamız ən güclü oldu
Hər mövsümün tərzinə çevrilən, ağ şalvarlar
Balıq kotleti (foto resept)
Dünyanın ən iri teleskopu tikilir
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə
DİN Gəncədə məsciddəki əməliyyatla bağlı açıqlama verdi
Klaviaturanın sirləri (Dərs4)
Günün ulduz falı
Suda doğuşun faydaları
Mayli Sayrus xəstəxanalıq oldu-SƏBƏB
Kralın səhər yeməyi pudinqi (foto resept)
Ac qarına bunları etməyin!
Buraxılış imtahanlarının vaxtı bilindi
2013-cü ilin ən uğursuz filmləri
Arvadını öldürdü, koronavirusdan vəfat etdiyini dedi
Cehiz alış-verişi
- ŞƏRHLƏR