Buğa - iş üçün bu gün tamamilə yararsızdır. Əgər təsadüfən işdən yayınıb özünüz üçün istirahət günü təşkil edə bilsəniz, o zaman vacib işləri bir kənara qoyub məhz istirahət etməyə cəhd göstərin. Amma işləmək lazımdırsa, o zaman danışıqları təxirə salın. Nəbadə rəhbərliyin və sizin karyeranızın asılı olduğu insanların gözünə görünəsiniz.Yaxınlarınızla dil tapmaq çox çətindir, çünki heç siz özünüz özünüzü başa düşmürsünüz. Vacib məsələləri müzakirə etməyin. Ümumiyyətlə, bütün bu cür işləri daha yaxşı vaxta qədər təxirə salın.
Əkizlər - kommersiya fəaliyyəti üçün münasib gündür. Demək olar ki, bütün sövdələşmələr uğurlu olacaq. Əcnəbilərlə görüşlər yaxşı keçəcək. Xaricə səfər ümidlərinizi doğruldacaq. Sahibkar Əkizlər öz bizneslərini beynəlxalq miqyasda genişləndirə biləcəklər.Yaxınlarınızda aranızda gərginlik yaranır. Yerində deyilməyən istənilən sözdə, zarafatda incimək üçün bir bəhanə tapırsınız. Yaxınlarınızla pul və ya uzaq gələcək barədə planları müzakirə etməyin, vahid fikrə gələ bilməyəcəksiniz.
Xərçəng - asan gün deyil, amma siz dözümlüsünüz, istənilən zərbəyə sinə gərirsiniz, bu səbəbdən də uğurlarınız çoxdur. Əks cəbhənin dostları sizə öz köməklərini təklif edə bilərlər. Sizə təklif olunandan yararlanın, amma ehtiyatı əldən verməyin.İşdə və evdə münaqişələr ola bilər, əsas məsələ odur ki, siz bunları şişirtməyəsiniz. Xırda alış-veriş, istirahət əhvalınızı yüksəldəcək. Alkoqoldan imtina edin.
Şir - bu günün əksər hissəsini öz qorxu və zəifliklərinizi yenməyə sərf edir, bir çox fürsətləri əldən qaçırırsınız. Bir çox Şirlər bu günü daxili vurnuxma, əzablar, narahatlıq içində keçirəcəklər. Ən pisi də odur ki, bunların səbəbini də bilmirsiniz.Amma hamı bir deyil. Bəzi Şirlər özlərini ələ ala biləcəklər. Onlar üçün gün yaxşı keçəcək, həm dostları, həm həmkarları və rəhbərlik, həm də ailə üzvləri ilə yola gedəcəklər.
Qız - zərərli vərdişlərdən imtina etmək məsləhətdir. Qrafikdə dəyişiklik edərək yeni ritmə uyğunlaşmaq gərəkdir.Təəssüf ki, mənfi tendensiyaların təsirini tamamilə azaltmaq mümkün deyil. Bu səbəbdən yaxın insanlar arasında mübahisələr yaranır, ailə münaqişələri aktuallığını qoruyur. Amma bu, o demək deyil ki, dərhal təslim olmaq lazımdır. Aranızda qara pişik oturubsa, onu qovun, bir-birinizi itələməyin.
Tərəzi - uğursuz gündür, hər addımda bir problem yaranır. Rəhbərlik və iş ortaqlarınızla münasibətlər o qədər qeyri-sabitdir ki, peşəkar gələcəyinizin uğuruna şübhə etməyə başlayırsınız. Şəxsi simpatiya və antipatiyanız işləri gərəkdiyi qaydada aparmağınıza mane olur.Yaxın dostlarınızdan hərəkətlərinizi təqdir etmələrini gözləyirsiniz. Onların öz rəyi olduğu barədə isə düşünmürsünüz. Nəticədə yeni-yeni münaqişələr yaranır. Bunların öhdəsindən gəlmək isə asan deyil.
Əqrəb - evdəki problemləri evdə qoyun, bütün fikrinizi işə yönəldin, o zaman uğurlu ola bilərsiniz. Şəxsi və işgüzar münasibətləri bir-birinə qatmayın. İşdə məhəbbət macərası nədir, hətta kiməsə isti nəzərlərlə baxmağı da unudun!Gərəksiz xərclər mümkündür. Hansısa maliyyə fırıldağında iştirakınıza görə sonra çox peşman olacaqsınız. Avtomobil almaq və ona minib uzaq səfərlərə çıxmaq qətiyyən məsləhət deyil. Səfər etmək həvəsiniz böyükdürsə, dənizdə (çayda, göldə) gəzintiyə çıxın.
Oxatan -aktiv fəaliyyət, məqsədə doğru irəliləmək üçün uyğun gündür. Yaxşı formadasınız, hətta artan gərginlik də sizi yormayacaq. İdmanla, fiziki işlə məşğul olmaq, uzaq səfərlərə getmək olar. şəxsi münasibətlərdə təşəbbüskar olun. Hisslərinizi etiraf edə bilərsiniz.Unutmayın, dünyanı əla da olmasa, bir az daha yaxşı edə bilərsiniz. Gün evinizi abadlaşdırmaq, imicinizi dəyişmək üçün münasibdir.
Oğlaq -günün əksər hissəsi başınız məişət işlərinə, ailə qayğılarına qarışacaq. Bütün işlərə vicdanla yanaşırsınız. Odur ki, istənilən problemin həlli adətən olduğundan daha çox vaxt alır. Müştərək fəaliyyət məsləhət deyil - tez-tez özünüzdən çıxır, insanlara əsəbləşirsiniz.Bu gün zədə almaq ehtimalınız böyükdür. Yorucu fiziki işdən, ekstremal idman növlərindən, uzaq səfərlərdən çəkinmək gərəkdir. Günün ikinci yarısı sevdiyiniz insanla açıq danışmağa çalışın - müzakirə etməli çox mövzu var.
Dolça - gün çox şey vəd edir. İşgüzar aktivliyiniz çox yüksəkdir. Qeyd etmək yerinə düşər ki, Dolçaların çoxu bu gün şəxsi problemlərinin əlindən baş götürüb işə qaçırlar. Bu səbəbdən işdə böyük entuziazm göstərməyinizi anlamaq asandır. İri sövdələşmələr bağlamaq olar. Daxili narahatlıq, gərginlik və şübhələrin artmasına imkan verməyin. Pis fikirləri başınızdan qovmaq üçün idmanla, aktiv istirahətlə, açıq havada fiziki işlə məşğul olun. Səfərlər yaxşı keçəcək.
Balıqlar - qohumlarla ünsiyyət, ailə bağlarının möhkəmləndirilməsi üçün münasib gündür. Qadınlarla, xüsusən yaşlı xalalarla söhbət sizə xoş təsir bağışlayacaq. Onların həyat təcrübəsi, müdrikliyi son günlərin hadisələrinə başqa nöqteyi-nəzərdən yanaşmağa imkan verəcək.Günün ikinci yarısı xoş sürprizlər mümkündür. Dostlarınızın kefinə sizə baş çəkmək düşəcək. Sevgi etirafları eşidə bilərsiniz. Yaxınlarınızla münasibətləri yalnız sizin zarafatlarınız poza bilər: yumor hissiniz bu gün bir az kobuddur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR