"Bizi idarə edən beyindir. Onu qoruyun. Beynimiz nəyi sevmir? Əgər siz normal səhər yeməyi yemirsinizsə, ayaqüstü nə isə atışdırırsınızsa və eyni anda da telefonla danışırsınızsa, içki içib, siqaret çəkirsinizsə və bütün günü stress keçirirsinizsə, bilin ki, yavaş-yavaş beyninizi öldürürsünüz. Səhər yeməyi mütləq sakit şəraitdə və zəngin olmalıdır. Çünki bütün günü gümrah qalmaq üçün bizim orqanizmimizə enerji və mikroelementlər lazımdır".
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur neyrocərrah, professor Vlad Siuyera açıqlamasında bildirib.
"Hər gün səhərlər oyanan kimi mütləq elementar səhər idmanı edin. Sonra 2 stəkan su için. Birinci stəkan sizin mədə-bağırsaq sisteminizi hərəkətə gətirəcək, ikinci stəkan isə sizi yuxudan tam ayıldacaq. Bundan başqa beynin qidalanması üçün birinci təmiz hava, yağlı olmayan qida və şirni lazımdır. Şirnidən tam imtina etməyin, balı mütləq qida rasionuna daxil edin. Bundan əlavə qara şokaladdan da istifadə edin".
Bundan başqa professorun məsləhətlərində planşet və telefonlarla çox vaxt keçirənlər üçün də ipucları var.
"Əgər siz vaxtınızın çox hissəsini planşet və telefonlarla keçirirsinizsə, gözləməyin ki, beyniniz buna görə sizə təşəkkür edəcək. İnsanlar müasir dövrdə virtual aləmdə bir-birləri ilə ünsiyyətdə olurlar, bu da beyinə pis təsir göstərir. Biz yaradılışdan canlı əlaqəyə girməyə öyrəşmişik. Beyninizi virtuallıqda öldürməyin".
Yadda saxlayın, insan beyni gecə də yatmır. O, orqanlarımızın fasiləsiz normal fəaliyyətini tənzimləyir.
Fikir verin, əgər siz gecə bir problemi həll etməkdə çətinlik çəkib o haqda fikirlə yuxuya getmisinizsə, səhər mütləq yeni bir ideya ilə ayılacaqsınız. Beyin fikir, yaddaş və hərəkət arasında əlaqə quraraq sizə problemlərin həllində ideya verir. Ona görə, yuxusuz gecələrlə nə özünüzə, nə də beyninizə əzab verməyin.
Tütün ürəyə olduğu kimi, beyinə də ölümcül zəhərlənmə verir, siz onu yavaş-yavaş öldürürsünüz.
Beynin inkişafı üçün mütləq yağsız ət yeyin. Ən yaxşısı seçiminiz balıq və quş əti olsun. Beyin duzu qəti sevmir. Ondan uzaq dursanız, bu, sizə sağlamlıq bəxş edər", - deyə professor qeyd edib.
Şirnini həyatınızdan tam çıxarmayın. Qara şokalad, təmiz təbii kakao və bal. Çalışın qida rasionunuzda gündəlik bu qidalar olsun.
Beynin gün ərzində 2 dəfə aktiv vaxti olur. Bu 10.00-12.00 və 16.00- 18.00 zaman kəsimində olan müddətlərdir. Əgər bu zamanlardan xaric beyninizin yorulduğunu hiss etsəniz, qəhvə ilə onu oyada bilərsiniz. Ancaq onu da mütləq aramla için.
Yadda saxlayın, beynin ən gözəl məşqi gülüşdür. Bunu simanızdan əskik etməyin.
Yaddaşınızı hər zaman təzələyin
Son zamanlar Altsheymer xəstəliyinin yaşı cavanlaşıb. İndi gənclər arasında da bu problem geniş yayılıb.
Bunun üçün hər zaman yaddaşınızı məşq etdirin.
Təmiz havada tez-tez olun, səyahət edin, kitab oxuyun. Sizə nəsə öyrədəcək filmlərə baxın, krossvordlar həll edin. Ən əsası canlı ünsiyyət qurun. Yazışmayın, canlı danışın.
Axşam saat 22.00-dən gec olmadan yatın, yuxu 6 saatdan az olmamalıdır. Beynin də dincəlmək haqqı var.
Beyninizi qoruyun, o sizin ömrünüzün sonuna qədər çiyin-çiyinə addımlayacağınız əsas yoldaşınızdır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Viktoriya Bekhemdən FOTOsessiya
Avtobuslarda GEDİŞ HAQQI dəyişə bilər (YENİLƏNDİ)
Həkimlərdən əhaliyə xəbərdarlıq
Kainatımızın forması-Qaranlıq maddə
İşğaldan azad edilən rayonlarımızla bağlı daha bir vacib ADDIM
İsveçrə haqqında maraqlı məlumatlar
"Survivor"-da gözlənilməz qəza-FOTO
Günün qoroskopu: Aktiv olun!
Quru meyvəli çörək dilimləri (foto-resept)
Qarabaşaq kotleti (foto-resept)
Pizza dilimləri ilə böyüyən körpə
Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib
Azotdakı tarazlıq və bakteriyalar
"Cənnət məhəlləsi" serialının aktrisası illər sonra FOTO
Ayaqlara zərər verən yaz ayaqqabıları
9 illik gəlinə kişi olduğunu dedilər
Nazir karantin rejimi ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
"Barsa"nın futbolçusu "Napoli"yə keçir
Uşağınız hələ dil açmayıb?
Dəbli geyimlər
600-dən artıq müalicəvi xassəyə malik olan SARIKÖK
Qadın elə bir ayaqqabı geyindi ki...
Xaçmazlı idmançı Avropa çempionatının qalibi oldu
Hande çəkiliş vaxtı ayağını sındırdı
Uğursuz romanların məşhur filmləri
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Papa azərbaycanlı gömrük zabitini keşiş təyin etdi
BÜRCLƏR bizə nə vəd edir?- 31 yanvar
Sağlam saçlar üçün bəzi məsləhətlər
Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI
Azərbaycanda "WhatsApp"-ın fəaliyyəti məhdudlaşdırılacaq?
"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)
HAVA necə olacaq?-17 FEVRAL
Tələbə qəbulu qaydalarında dəyişiklik edildi
"Babil" bu tarixdə yayımlanacaq
QİÇS nədir?
Bu ölkə Bakıya 3 cüdoçu göndərir
Azərbaycanda insanlar "donuz qripi"nə qarşı peyvənd oluna bilərlərmi?
Uşaqlarınıza daha yaxşı gələcəyi necə verə bilərsiniz?
Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA
Alimlər Yerə düşən meteoritlərdə su izləri aşkar ediblər
COVID-19-a qarşı 100 faiz təsirli peyvənd yaradıla bilərmi?
Qulluqçu qadın həyatının şokunu yaşadı - ev, bahalı paltarlar-FOTO
Nanəli kekslər (foto resept)
Günün ulduz falı
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: 2187 yeni yoluxma
Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür
Uşaqlarda psixoloji xəstəliyin göstəricisi olan 13 əlamət
Baş Polis İdarəsi əhaliyə müraciət etdi
Mavi almaz rekord qiymətə satışda















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]