Cehiz alış-verişi toy hazırlıqlarının ən keyfli və rəngli mərhələsidir... Hər nə qədər analarımız cehiz sandıqlarını illər öncə basa-basa doldurmuş olsa da, yeni evləri üçün cehiz alverinə çıxma fikri gəlin namizədlərini həyəcanlandırar.
Haradan başlamalı?
Əvvəlcə cehiz alış-verişini edəcəyiniz mağazaların kataloqlarını əldə edin. Vitrinlər arasında gəzişib ehtiyac siyahınızı doldurmaq təxmin etdiyinizdən çox daha çətin olacaq. Əgər mağazanın bir internet saytı varsa, işiniz daha da asanlaşacaq. Ayrıca cehiz alveri mövzusunda mütəxəssis internet saytları isə fərqli fikirlər əldə etmənizə köməkçi ola bilər.
Alış-verişə başlayırıq!
Cehizinizin əhəmiyyətli parçalarından biri olan yemək dəstinin illərcə istifadə edəcəyinizi göz qarşısında saxlayaraq, dizaynı ilə fərqlilik yaradan variantlardan uzaq dayanmağa çalışın.Bir rəngli dəstlər də monoton bir hava yaradacağı üçün, seçiminiz qonaqlarınızı çaşdıracaq və onlar zövqünüzə heyran qalacaqlar.
Yaradıcı ruhunuza güvənmirsinizsə,təkcə qab altlarını tək rəng seçə bilərsiniz.18 qabdan ibarət bir yemək dəstini seçin.Qabların qırılma riskini hər vaxt göz qarşısında saxlamaqda fayda var. Süfrələrinizlə dəstənizin uyğunlaşmasını da gözdən qaçırmayın. Kiçiklər üçün rəngli və canlı dəstlər seçin.Zərifliyi ilə ovsunlayan incə farfor dəstlərini də götürə bilərsiniz.Qabların qabyuyan maşınında yuyula biləcək olmasına
diqqət yetirin.
Dəstlərin içində nələr seçə bilərsiniz?
• Boşqablar (böyük, orta, servis) və şorba kasaları... Çay və qəhvə üçün alınacaq dəstləri də unutmayın. Bunlara südlük, şəkərlik və kiçik xidmət qabları da əlavə etməlisiniz.
• Çəngəl-bıçaq dəstləri: Keyfiyyəti və dözümlülüyü ilə seçilən gümüş dəstlər üçün böyük markaların variantlarına nəzər salın.Servis bıçağı, pendir bıçağı,ət bıçağı kimi yeməyi asanlaşdıran alətləri unutmamaq gərəkdir. Gündəlik istifadəsi asan 6 nəfərlik də dəst almaq lazımdır.
• Stəkanlar: olduqca çox alınması lazım olan bir vasitədir. Fərqli olması üçün növlərə ayrılması lazım olan stəkanlar (su stəkanı, şərab qədəhi, şampan qədəhi) qonaqlar üçün kristal, gündəlik istifadə üçün rəngli və zövqünüzə uyğun dizaynlarda ola bilər.
Sıra mətbəxdədir!
Tək rəng bir süfrə və ona uyğun 6 salfet, fərqli naxışlarla bəzənmiş bir süfrə və yenə 6 salfet almağı unutmayın. Əl bezləri də təmizliyiniz üçün imtina edilməz detallardandır. Elektrikli mətbəx vəsaitlərinin həyatınızı asanlaşdırdığını unutmayın. Cehiz siyahınıza bir fitli qazan,qəhvə maşını, mətbəx tərəzisi və açacaq əlavə edin.
Yataq dəstləri
Yataq dəstləriniz üçün mütləq bir plan etmisiniz.Unudulmaması lazım olanlar: 2 kətan çexol dəsti, 4 yastıq örtüyü, bir yorğan, 6 dəsmal, duş xalçası, 2 xalat.
Toy dəvətnaməsi hazırlayacaqsınızsa...
Əgər bir evlilik siyahısı hazırlayacaqsınızsa, cehiz siyahınızla üst-üstə düşməməsinə diqqət göstərməlisiniz. Toydan 4 ay əvvəl və ya dəvətnamələr paylanmadan əvvəl tutulan siyahı,qonaqların düzgün seçiminə kömək edəcək.

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək

- ŞƏRHLƏR