Sulutəpə qəsəbə sakinləri aylardır su üzünə həsrət qalıb. ANS TV-nin məlumatına görə, hələ yay gəlməyib, amma nəzərə alsaq ki, istilər yavaş-yavaş yaxınlaşmaqdadır, onda bu məkanda yaşayanları da quraqlıq dövrünün haqlaması istisna deyil. Qəsəbənin adının Sulutəpə olmasına baxmayaraq qəsəbədə yaşayanlar aylardır ki, su üzünə həsrətdilər. Daha dəqiq, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yaşayan sakinlər 3 ay olar ki, suyun gəlməməsi səbəbindən öz ciblərindən pul verərək su gətizdirmək məcburiyyətində qalıblar. Bu isə az təminatlı ailələrə baha başa gəlir. Sakinlər deyir ki, bu problem tək bu il deyil, hər il yeni vaxtda yaşanır. Nəticədə də bütün yay aylarını susuz keçirməli olurlar. Şikayətçilər deyir ki, məsələ ilə əlaqədar müvafiq orqanlara müraciət etsələr də hələ ki, onların şikayətinə baxan olmayıb. Sulutəpə qəsəbə sakini İsa Abbasovun sözlərinə görə, suyumuz gəlmir: “Getdik “Azərsu”ya heç bir xeyri olmadı. Dedilər gələcəyik, amma heç bir tədbir görulmədi. Biz demirik ki, su pulunu ödəmirik, nə qədər etsə ödəyirik”. Məsələ ilə əlaqədar Binəqədi rayonu, Xocahəsən bələdiyyəsinə müraciət etdik. Bələdiyyənin sədri Məhərrəm Əsgərov məsələdən xəbərdar idi. O bildirdi ki, yay ayları olanda, sakinlərin suya tələbatının birə-beş artması səbəbindən su problemi hər il yaşanır. Məhərrəm Əsgərov deyir ki, artıq “Azərsu”ya müraciət etmişik: “Onlar bizə dedilər ki, suyun təzyiqini artırmaq üçün ərazidə işlər aparılmalıdır. Bunun üçün bizə dedilər ki, texnikaya ehtiyac var. Biz dedik ki, texnikanı sizə verə bilərik”. Binəqədi rayonu su idarəsinin rəisi Əhliman Mansurov həmin ərazidə “Azərsu”nun şəbəkəsinin olmadığını bildirdi. Amma yaxın gələcəkdə aparılan pilot layihəsinə əsasən həmin ərazidə şəbəkə yaradılacaq. İndi qalır, sakinlərə bir az da səbr edib gözləmək. Qarşıda yayın gəlməsini nəzərə alsaq, o zaman işlərin tezləşdirilməsinin zəruriliyi də göz qabağındadır.
XƏBƏR LENTİ
Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb
Ölü qadın sağlam uşaq dünyaya gətirdi
Dubaya getməyə hazırlaşanlara bəd xəbər
2013-cü il ən isti illərin onluğuna düşəcək
Paşinyan bu dəfə Trampa gileylənir
Beş il əvvəl itkin düşən kişinin skeleti yaşadığı mənzildən tapıldı
Tibbdə qeyri-adi hadisə: İki bətni olan qadın üçəm dünyaya gətirdi
Azərbaycanda nikahdankənar uşaqların sayı azalıb
Fərq imtahanlarının nəticələri elan olundu
Mahnı oxumaq immuniteti gücləndirir?
Azərbaycana gəlmiş məşhur aktyor ölkəsinə geri qayıtdı-SƏBƏB
Qurdlar konfetin üzərində o yan-bu yana gəzişir - Diqqətli olun!
Uşağınız atasına çox bağlıdır?
Rusiyadan ixrac edilən məhsullarda koronavirus aşkarlanıb
Hava haqqında
Mərkəzi Gömrük Hospitalı daha bir yeniliyə imza atıb
Həbsxanada şəhər
Şeyma Subaşı Acun haqqında İLK DƏFƏ danışdı
2021 Yaz/Yay Kopenhagen moda kolleksiyası
Hamilə qadın havada ana oldu
Kəsmikli piroq (foto-resept)
Möhtəşəm ziyafət çantaları
Müəllimlər də vahid forma geyindi
Prezident icra başçılarını dəyişdi
Beynində 17 il qurd bəsləyib
Rihanna fərqli obrazda-FOTOsessiya
Yaşlı adamın beynini cavanlaşdırmağın üsulu tapılıb
Dünyanın müxtəlif şəhərlərində internet
28 May - Respublika Günüdür!
Dovğa (foto-resept)
Bu insanlara heç vaxt yalan danışmayın!
Bu sevgidir yoxsa yalnızlıq qorxusu?
Uşaqlarla oynanıla biləcək açıq sahə oyunları
Baş Prokurorluq erməni təxribatlarının nəticələri barədə məlumat yaydı - FOTO
Prezident fəxri adlar verdi - SİYAHI
Hazal Kaya kafe açır
Naməlum ölümcül virus aşkar edildi
Hamiləlik depressiyası necə keçər?
Azərbaycanda süni yumurta satılır?
Toylarının 100 illiyini qeyd edən azərbaycanlı cütlük
Qalstuk-dəsmallar
Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - SİYAHI
Hava yağmursuz olacaq
Facebook-dan daha bir yenilik
Günün ulduz falı
Bayquş kimə ağlayır?
Motosiklet həvəskarları
"Şirin" üzüklər
Merve Boluğur depressiyadan çıxdı-FOTO
Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu: 7 nəfər öldü














