
BUĞALAR, təmkinli olun. Yaranmış vəziyyətdə əsas kozırınız budur. Hadisələrin gözlənilməz gedişatına hazır olun. Hər şeyə çevik reaksiya göstərin. Hamının diqqəti siz tərəfə yönəlib. Son nəticə düzgün mövqeyinizdən asılıdır. Haqq-hesab işlərinizi diqqətdə saxlayın. İndi maliyyə durumunuzu düzəltməklə məşğul olmalısınız.
ƏKİZLƏRİN işləri yaxşı vəziyyətdədir. Əsas məsələ dönüb geriyə boylanmamaqdır. Siz bütün çətinlikləri dəf etmisiniz, indi də istirahətin dadını çıxarırsınız. İnciklikləri unudun getsin. Onsuz da hər kəs öz payını alıb. Yaxşı olar, daxili dünyanız barədə düşünəsiz, çünki vəziyyəti düzgün qiymətləndirmək üçün mənəvi sakitliyə ehtiyacınız var.
XƏRÇƏNGLƏR yaxın günlərdə diqqət mərkəzində olacaqlar. Qorxmayın. Vəziyyətin belə olması sizə əl verir. Rəhbərlik artıq çoxdandır kənardan işinizi izləyir və əldə etdiyiniz nəticələri yüksək qiymətləndirir. Məvacibinizin artırılması barəsində ciddi söhbət etməyin vaxtı çatıb.
Ulduzlar uzun müddətdir
ŞİRLƏRİN başına sığal çəkir. Bu müddətdə onlar çox şeyə nail olublar. Lakin həyatınızın “ağ zolağı” başa çatıb. Yaxşı olar, səhnəni tərk edib işlərinizi yekunlaşdırasınız. Bu həftə taleyüklü qərarlar qəbul etməyin. Səhvə yol verə bilərsiniz. Yaxşı olar, məzuniyyət götürüb harasa istirahətə gedəsiniz. Siz buna layiqsiniz.
QIZLAR nə qədər əlləşirlərsə-əlləşsinlər, hər şey onların əleyhinə çevrilir. Bütün bunlar hadisələrə çevik reaksiya verə bilməməyinizin nəticəsidir. Tərəfdaşlarla münasibətlərinizi heç kəsin yanında müzakirə etməyin. Divarların da qulağı var. Ağzınızdan çıxan hər bir söz dərhal ünvana çatır. Bu, sizə lazımdır? Ağrımayan başınıza dəsmal bağlamayın. Yaxın günlərdə uzaq perspektivə tuşlanmış planlar qurmayın. Onları həyata keçirmək şansınız çox azdır.
Həmişə qətiyyətsizlikləri ilə seçilən
TƏRƏZİLƏR fürsəti əldən verməkdən qorxurlar. Lakin ulduzlar onlardan qətiyyətli hərəkətlər gözləyir. Vəziyyətə nəzarəti öz əlinizə alın. Belə daha yaxşıdır. Maliyyə durumunuzu möhkəmləndirmək üçün yaxşı imkanlarınız var. Onları əldən verməyin. İndiki fürsəti yetərincə uzun müddət gözləmisiniz. Cəsarətlə hərəkətə keçin.
ƏQRƏBLƏRİN bütün işləri yaxşı vəziyyətdədir. Allahın sevincli bəndəsiniz və bütün problemlərinizi sanki sehrli çubuğun bir hərəkəti ilə asanlıqla həll edirsiniz. Vaxt itirməyin. Arzulayın, planlaşdırın və həyata keçirin. İstirahət günləri təbiətin qoynunda, yaxşı olar, dəniz kənarında dincələsiniz. Yeni-yeni zirvələr fəth etmək üçün güc toplamalısınız.
OXATANLARIN şəxsi problemləri onların diqqətini əsas məqsəddən yayındırır. Yaxın vaxtlarda problemlərinizi həll etməsəniz, daha böyükləri ilə üzləşəcəksiniz. Yaradıcı adamlarla ünsiyyət saxlamağa çalışın. Onlar sizə qeyri-adi çıxış yolu təklif edə bilərlər. Təsadüfü tanışlıq bütün dünyanızı alt-üst edəcəkdir.
OĞLAQLAR təkidlə öz istədiklərinə nail olurlar. Sürəti yavaşıtmayın. Bir balaca da qeyrət etsəniz, hər şey alınacaqdır. İnadkarlığınız mükafatlandırılacaqdır. Bax, onda kefiniz istəyən qədər dincələ bilərsiniz. Hazırda ən yaxşı dəstəyiniz yaxınlarınızın diqqət və qayğısıdır. İstirahət günlərini onlarla keçirin. Peşman olmazsınız.
DOLÇALAR cəlbedici təkliflərə uyub məqsədlərini zərbə altına qoymamalıdırlar. Bu günlər sizin üçün çox uğurlu olacaqdır. Gücünüzü lazımi məcraya yönəltməyə çalışın. Maliyyə mükafatı gözlənilir. Maraqlı tədbirlərdə iştirak etmək imkanını əldən verməyin.
BALIQLAR ekstra hisslərinə güvənməlidirlər. İntuisiyanız indiyədək sizi yanıltmayıb. Heç kəsə qulaq asmayın və istədiyiniz kimi hərəkət edin. Azlıqda qalmaqdan da çəkinməyin. Tezliklə tərəfdarlarınızın sayı qat-qat artacaqdır. Seçdiyiniz yoldan geri çəkilməyin. Hansısa məsələ barədə şübhələriniz varsa, ətrafınızı yaxşı-yaxşı gözdən keçirin. Ulduzlar düzgün qərar verməyinizə kömək edəcəkdir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Qadın ana olandan sonra niyə aqressivləşir?
HAVA necə olacaq?
"F" hərfi ilə başlayan adların mənası
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Qeyri-adi görünüşü olan quşlar
Mebelləri silmək üçün təbii məhsul
WhatsApp istifadəçilərinə müjdə
Souslu kotlet (foto resept)
Yer kürəsini gözləyən bəla: çox az qalıb
Ay tutulması insanlara necə təsir edəcək?
Məşhur şəhərə Putinin adı veriləcək?
Yollardakı çuxurları rəngləndirən hindli rəssam
Həyətə girən ayı hovuz kənarında yatmış ev sahibini oyandırdı
Unutqanlığın əlacı tapıldı
Üz dərisini qorumağın 5 üsulu
Əmrahın oğlu əsgər gedir
Ermənistan Nazirlər Kabineti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan etdi
Mədinədə kilsə tikiləcək? - RƏSMİ CAVAB
Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Pirallahı qəsəbəsi sürətli inkişaf dövrünü yaşayır - FOTO
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə namizəd məlum olub
İlk smartfon-termometr satılacaq
Bütün bağlı yollar açılır
Seçkilərdə iştirak edən Sezen Aksudan qəribə AÇIQLAMA
Milli Qəhrəman Çingiz Qurbanov haqqında film
Rastlaşa biləcəyimiz cütlüklər
"İntimissimi"dən alt geyimlər
Instagram Stories'də Yenilik!
10 yaş cavanlaşdıran ərzaqlar
İcazələrin bir hissəsi ləğv edildi
Mayk Tayson yeni məşq görüntülərini paylaşdı - VİDEO
Müdafiə Nazirliyindən Ermənistana S-300 XƏBƏRDARLIĞI
FİFA prezidenti istefa verdi
Zəka geriliyi
Ərdoğan sərt xəbərdarlıq etdi
Günün qoroskopu: Bədxərclik etməyin!
Derya Tuna Tatlısəsin evliliyindən danışdı
Keçmiş sevgilisi toya gəlinlikdə gəldi-FOTO
Cennifer Lopez öz kosmetik brendini yaradıb
Doğum tarixinə görə istedadımız
Koronaviruslu şəxslə kontaktda olan hər kəs karantindədir
Nazirlikdən internetlə bağlı təklif
12 ölkənin idmançıları Nabranda bir araya gəldilər
6 uşaq anası ölkə gözəli oldu
Məşhur Müğənni Həbs olundu-SƏBƏB
Hamilə qadınlar hansı hallarda təyyarədən istifadə edə bilərlər?
GMO məhsullarla bağlı yeni tələblər qoyulacaq
4 mərtəbəli villasını qarderoba çevirdi
“Qarabağ”ın baş məşqçisi: “Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”















- ŞƏRHLƏR