Qadınların hamiləlik dövründə uçuşlardan istifadə etməsi mövzusu bir çox suallar doğurur. Bəziləri iddia edirlər ki, hamilə qadınlar hamiləliyin istənilən dövründə rahat şəkildə istənilən yerə yola düşə bilərlər.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, digərləri isə özünü sığortalayaraq aviadaşıyıcıların xidmətlərindən istifadə etmirlər.
Uçuşa buraxılışAviabiletin alınması və yerin bronlaşdırılması zamanı aviaşirkətlə hamilə və doğuşdan sonrakı qadınların daşınmasını əvvəlcədən razılaşdırmaq lazımdır. Hər bir aviaşirkətdə hamilə və doğuşdan sonrakı qadınların daşınmasını tənzimləyən qanun külliyyatı var."Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Sərnişin, baqaj və yükün daşınması qaydaları"na uyğun olaraq, hamilə qadınların - hamiləlik müddəti 32 həftədən artıq olan və doğuşdan sonrakı qadınların - doğuşdan sonra 7 gün ərzində - reyslərlə daşınmasına icazə verilmir.Hamiləlik müddəti 26 həftəyədək olan sərnişin hamilə qadınların daşınması zamanı aviaşirkətin məsuliyyətdən azad edilməsi barədə bəyannaməni öz əli ilə doldurmalı və imzalamalıdır. 26 həftəyə qədər olan hamiləlik müddəti zamanı isə müalicə edən həkimdən hamiləlik və sağlamlıq haqqında arayış tələb olunmur.Sərnişinin qeydiyyat zamanı bəyan edilən hamiləlik müddəti 26-dan 32 həftəyədək (daxil olmaqla) təşkil edirsə, onun öz əli ilə doldurduğu və imzaladığı aviaşirkəti məsuliyyətdən azad edən bəyannamədən başqa, hamiləlik və sağlamlıq haqqında arayış təqdim etmək lazımdır. Arayış tibb müəssisəsində rəsmiləşdirilməli və sərnişini müalicə edən həkimin möhürü ilə təsdiq edilməlidir. Arayışda hamiləliyin müddəti, onun növü (1 və ya çoxdöllü), hamiləliyin gedişinin xarakteri (normal, çətin) və hamiləliyin patologiyasının olmaması, uşaq salma riski və ya erkən doğuşlar barədə məlumat olmalıdır.AZAL hamilə qadını daşımaya operatoru olduğu təyinat nöqtəsinədək qəbul edir. Lakin şirkət digər operatorun hamilə qadını daşımaqdan imtinasına görə məsuliyyət daşımır. Buna görə də sizi bir neçə aviaşirkətlə uçuş gözləyirsə, xidmətlərindən istifadə etdiyiniz hər bir şirkətin hamilə qadınların daşınması qaydaları barədə məlumat alın.Məsələn, "British Airways", "Easyjet", "British European", KLM, "Air New Zealand"-ın xidmətlərindən istifadə edirsinizsə, mübadilə kartını və tibbi rəyi (uçuşdan 7 gündən tez olmayaraq əldə edilmiş arayış) təqdim etməlisiniz. Digər tərəfdən, bu aviaşirkətlərin qaydalarına əsasən, hamiləliyin 36 həftəsindən sonra və çoxdöllülük zamanı uçuş qadağan edilir. Nümunə üçün, "Iberia" aviaşirkətinin xidmətlərindən istifadə edirsinizsə, sizə yalnız arayış lazım olacaq və bununla yanaşı, aviaşirkətin müddət üzrə heç bir məhdudiyyəti yoxdur. "Türk Hava Yolları" isə hamiləlik müddəti 28 həftəni ötmürsə, hamilə qadınlara uçuşa icazə verir.Faydalı məsləhətlə.Hamiləlik dövründə uçuş haqqında fərdi tövsiyələr almaq üçün hamiləliyinizi aparan həkimlə məsləhətləşin;
Xidmətlərindən istifadə etməyi planlaşdırdığınız aviaşirkətdən hamiləliyin müddəti ilə bağlı uçuşlara məhdudiyyətlərin olması, eləcə də təqdim edilməli olan sənədlər barədə məlumatı dəqiqləşdirin;
Özünüzlə ilkin ehtiyac duyulan əşyaları götürün. Boyun üçün yastıq götürməyi unutmayın;
Qan dövranını yaxşılaşdırmaq və şişi kiçiltmək üçün uçuş zamanı kiçik fiziki təmrinlər edin;
Susamamaq üçün daha çox su için;
İstədiyiniz zaman asan çıxara biləcəyiniz rahat, yumşaq ayaqqabı geyinin;
Təhlükəsizlik kəmərindən istifadə edin, çünki hava turbulentliyi ciddi travmaya səbəb ola bilər. Təhlükəsizlik kəməri həmişə qarının altından bağlanmalıdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Dünyanın ƏN GÜCLÜ QADINI o oldu-FOTO
Ruhlardan qorunmaq duası
Sənədsiz evlərə bəd xəbər
Çinlilərin yeni smartfonu maraqlıdır
Sevgililər gününə nə hədiyyə etməli?
İşğaldan azad edilmiş Cəbrayılın Hovuslu kəndindən görüntülər - VİDEO
Ən güclü şəbəkə yaradılacaq
Hansı səbəbdən kişilər ata olmaq istəmirlər?
Toxumaq dərsi-10
Azərbaycanda daha 49 nəfərin koronavirusa yoluxdu,1 nəfər vəfat etdi - VİDEO
Onlara da insan hüquqları verildi
Ornella Muti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanda neçə qadın sürücü var?
Hava xəbərdarlığı edildi
Sərhədyanı çaylarda su elektrik stansiyaları yaradılacaq
Məşhur xəbər aparıcısı ana oldu-FOTO
Serenay Sarıkaya izləyicilərini sevindirdi-FOTO
Azərbaycan turistləri hansı ölkələrə maraq göstərirlər?
Qadının öz həyatını idarə etmə bacarığı
Uşağınızın cinsini öyrənin
Naxçıvanda Göycə festivalı keçiriləcək
Malena Mard: Şengen vizası qaydalarının sadələşdirilməsinə dair yeni təkliflər Azərbaycan vətəndaşları üçün də faydalı olacaq
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-2
Prezident İlham Əliyev və xanımı Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində yarışları izləyirlər
İnsanı arıqladan qidalar
İdmançımız Dünya çempionatının medalçısı oldu
Günün ulduz falı
Əhaliyə ŞAD XƏBƏR: Yanvarın 22-dən başlanır
Müqəddəs Valentin Günü haqqında həqiqətlər
Günün ulduz falı
“Düşmənə sarsıdıcı zərbə vuruldu”
Baharın rəng trendi
Şokoladlı desert
Ronaldo ilə necə tanış olduğunu danışdı-FOTO
Kıvanç Tatlıtuğ reklamdan rekord məbləğ qazanacaq
İtlər üçün sosial şəbəkə yaradıldı
Manana ailəsindən danışdı - FOTO
Günün qoroskopu:Uğurlu gündür!
Miqrantlar üçün ən yaxşı ölkələr
Düşmənin talan etdiyi Ağdama ağac əkilir
KİV: “Alibaba”nın qurucusu yoxa çıxıb
Putinin səhhəti yenə gündəmə gəldi
E vitaminindən çox istifadə sümük toxumasına ziyandır
Almalı mütəkkə (foto resept)
COVID-19-dan sağalanların immun sistemi zədələnir
Bir gündə üçüncü zəlzələ
Paxla şorbası (foto resept)
Uşaqlı ailələr üçün ən yaxşı 10 otel
Toyuq ciyərindən dadlı salat (foto resept)
Gözəl yataq dəstləri
- ŞƏRHLƏR