"Borderline" fərd əks etməli eyni müdafiə mexanizmindən istifadə edərək içindəki aqressiv və ya bəd xüsusiyyəti ətrafında sandıq olaraq gördüyü bir insana yükləyərək, özünü rahatlatma yolunu seçə bilir. Artıq sıxıntı və pis özlük, onları yüklədiyi insandadır, özü yaxşı xüsusiyyətə keçərək emosianal yaxşılıq halını hiss etməkdədir.
"Bordeline" şəxsiyyət pozuqluğunun tibbi xüsusiyyətləri nələrdir?
"Bordeline" (sərhəd) şəxsiyyət pozuqluğunun təməl tibbi xüsusiyyətləri, dəyişkən bir kimlik, duyğularda dəyişkənlik və ideallaşdırma ilə dəyərsizləşdirmə ucları arasında salınan möhkəm insan münasibətləridir. "Bordeline" fərdlər mütəmadi olaraq bir ucdakı öldürücü hiddət və intihar, ümidsizlik ilə digər ucdakı sitayiş dərəcəsində heyranlıq və özünü bəyənmişlik arasında gedər gələr. Seks, narkotika, içki, həddən çox yemə ... və s kimi hərəkətlər etməyə meyillidirlər. Totalitar bir mənlik duyumları yoxdur.
Mənlik anlayışları tutarsızdır və dəyərsizlik duyğuları ilə ətrafındakıları alçaldan üstünlük duyğuları arasında gedər gələr. Təvazökarlıqları yoxdur, gurur və bildiyini oxumadan yaranan bir quruluşları vardır. Qeyri-müəyyən və bir-biri ilə zidd olan yaşam hədəfləri, küsəyən cinsi kimlikləri və dəhşətli bir boşluq duyğusuna meyilləri vardır. İnsani münasibətləri möhkəmdir. İnsanlara yapışarlar və olduqca mübtəla görünərlər. Eyni zamanda, digər insanların ayrı bir fərd olaraq varlığını və azad hərəkətlərini doğru bir biçimdə qavrayamazlar. Münasibətlərdə istismarçıdırlar. Həyatlarına yaxından baxıldıqda nizamsız bir təlimləri olduğu və tez-tez yer dəyişdirdikləri görülər. Qarşı cinslə olan münasibətlərində mütəmadi olaraq tərk edilmə qorxusu yaşayarlar və bəzən də tərk edilməmək üçün tərk edərlər. Yenə partinyorlarından uzaq qaldıqda boşluq hissi yaşayarlarsa, onunla birlikdə olduqda isə boğulma hissi yaşayarlar. "Borderline" fərdlər eşq və şəxsi sahələrdə də ziddiyətlər göstərərlər.

Möhkəm başdan çıxarma hərrəkətlərinə meyillidirlər və çox vaxt rast gələ cinsi münasibət qurarlar. Halbuki sevgiləri çox qısa müddətdə bitir və tək yoldaşlı münasibətlərdə cinsi maraqlarını sürdürə bilməzlər. Əxlaqi dəyərləri ziddiyətlərlə doludur. Xarizmatik və narsist görnüşlü kəslərə maraq göstərərlər. Etdikləri hərəkətdə tez peşmanlıq hissi duya bilərlər. Hər şeyi qara və ağ görürlər. Yuxarıdakı əlamətlər "borderline" şəxsiyyətin ümümi keçən xüsusiyyətləri olub, bu əlamətlərin növləri və görülmə müddətləri insandan-inasana və fərdin içində olduğu cəmiyyətin mədəni şifrələrinə görə dəyişə bilər. Məsələn, böyük şəhərlərdə yaşayan "borderline" qadın fərdlərdə seks və içkiyə meyillik daha çox müşahidə edilərkən, kiçik kəndlərdə yaşayan borderline qadın fərdlər həddən çox yemə daha çox müşahidə edilir.
Görülmə müddəti və müalicəsi: Ümumi cəmiyyətdə görülməsi 1-2 %olaraq bildirilmişdir.
Qeyd: Fərdi müşahidələrim nəticəsində bu nisbətin ölkəmizdə daha çox üstlərdə olduğunu müşahidə etmişəm. Bunun səbəbi isə Türkiyənin şərq mədəniyyətindən qərb mədəniyyətinə doğru bir keçmə müddəti yaşaması və bu keçiş müddətinin yaratdığı ağrılardır.(camaat tipi cəmiyyətdən, cəmiyyət tipi cəmiyyətə keçmə bax: Tahir Özakkaş-Totalitar Psixoterapiyaya giriş)
Yenə müalicə müddəti ilə bağlı olaraq borderline şəxsiyyət pozuqluğunun müalicəsində dərmanla müalicədən daha çox psixoterapiya məsləhət görülür. Ancaq psixoterapiya müddətində danışanın gərilməsi və bu kimi fövqəladə hallarda psixatr nəzarəti altında dərman dəstəyi ala bilər. Psixoterapiya tətbiq edilən borderline xəstələrdə sağalma müddətinin 2-4 il arasında dəyişdiyi müşahidə edilmişdir.
Müalicə müddəti:
"Borderline" şəxsiyyət pozuqluğunun yaranmasında “bölmə mexanizmasının” təsirli olduqğunu vurğulamışdıq. Bu yöndən baxıldığı zaman borderlinenin müalicəsi bölmə mexanizmanının müalicəsi sayəsində gerçəkləşir. Bölmə mexanizmasının müalicə edilməsi isə dinamik psixoterapiyada istifadə edilən metod və üsullar sayəsində həyata keçir.
Bu metodların bir neçəsini qeyd edək:
1- Danışanın ötürməsi və buna qarşılıq terapevtin neytral duruşu: Borderline fərd müalicəyə başladıqdan bəlli bir müddət sonra terapevti ilə arasında köçürmə yaranır. Yəni uşaqlığında anasına, atasına, dayəsinə əsəbi, nifrəti, sevgini, coşqunu günlük hadisələr üzərindən terapeftə əks etdirir. Məsələn, seansa gəlir və o seansda terapevti tərifləməyə başlayır. “Siz dünyanın ən yaxşı terapevtisiz, mükəmməlsiz, çox biliklisiz, və s” Ertəsi həftə gələr, bölmənin digər tərəfindədir. Terapevti təhqir edib söyər. “Sən nə qədər pis bir həkimsən, sənə nifrət edirəm, məni anlamırsan, neçə seansdır gəlirəm dəyişən heç bir şey yoxdur və s” Yenə başqa bir həftə gələr bu dəfə terapevti başdan çıxarmağa çalışar, onunla münasibətdə olmaq istəyə bilər. Elə terapevtə düşən vəzifə və sağalma müddəti bu nöqtədən başlayar. Terapevt danışanın bu cür ötürmələrinə qarşı tamamilə neytral davranmalı əsla qarşı tərəfə cavab verməməlidir.
Xəstənin tərifləri qarşısında sevinib, təhqirləri qarşısında əsəbləri pozulub və bu duyğu hallarını qarşı tərəfə əks etdirirsə, sağalma müddəti gecikər. Xəstəni sağaldan terapevtin tərəfsiz davranmasıdır. Belə ki, xəstə gəlir həkimə təhqirlər söyləyir. Yəni öz pis xüsusiyyətini terapevtə yükləyir. Terapevt bu yükü alarsa, xəstə qısa müddətlik rahatlayar ancaq bu uzun müddət davam edəcəyi üçün dəyişim olmaz. Terapevt bu yükü almadığı zaman xəstə əvvəl narahat olur, özünü pis hiss edər. Çünki əvvəlllər birini təhqir edirdi və qarşısındakı ya müdafiyəyə keçirdi ya da qarşılıq verərək onun pis tərəfindən təsirlənirdi. Amma terapevt ilə eyni müddəti yaşadığında terapevt reaksiya vermir. Bu danışanın indiyə qədər heç qarşılaşmadığı bir hal! Bu hal təkrarən dəfələrlə yaşandığı zaman, yəni danışanın yaxşı və pis mənlikləri arasındakı gəl-getlərinə terapevt alət olmadığı zaman xəstə bəlli bir müddət sonra bu dövrdən çıxmaq məcburiyyətində qalacaq, gəl-getlər azalacaq və zamanla yox olacaqdır.
2-Şərh vermə və üzləşmə: Borderline şəxsiyyət pozuqluğunun müalicəsində istifadə edilən ən təsirli metodlardan ikisi də şərh etmə və üzləşdirmədir. Bu şərh etmə və üzləşdirmə günlük həyatdakı hadisələrlə bağlı ola biləcəyi kimi danışanın ötürmə etdiyi nğqtələrlə də bağlı ola bilər. Məsələn, danışan ötürməyə girərkən terapefti tərifləməyə və ya tənqid etməyə başladığında terapeft həmin an bunu sorğulamalıdır. “X bəy bu an niyə məni tərif etmə ehtiyaci hiss etiniz?” Xəstə terapevtə tənqidlər təhqirlər söylədikdə “ X xanım, niyə bu vaxt məni təhqir etmək ehtiyacı hiss etdniz?” Çünki xəstənin təriflədiyi və ya təhqir etdiyi terapeft deyil ilk obyekt anası və atasıdır. Terpevt vaxt ərzində bunlara şərh verməli və bunu xəstəyə çatdırmalıdır.
3-Digər üsullar Duyğu yönümlü terapiya əhatəsində istifadə edilən boş kürsü, ikili kürsü və b. üsullar, hipnoz kimi çox sayda alət ilə möhkəm və nizamsız duğular yaşayan xəstənin neqativ duyğularının boşaltması və bu yöndə duyğu halının nizama salınması təmin edilir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ailəvi baxdığımız Yeni il filmləri
Bakıda 88 yaşlı qadın koronavirusa qalib gəldi - Gəlini ilə birlikdə... - VİDEO
Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi
Qeyri-adi fotoşop
Komitə sədri: “15200 tələbə üçün 40 milyon manat ayrılıb”
Göz yaşları....
Baxıcılıq edənlərin hərəkətinə icazə veriləcək - AÇIQLAMA
Azərbaycanda bütün məktəblər bu ilin sonunadək internetlə təmin olunacaq
Dövrümüzü tənqid edən şəkillər
Yeni doğulan uşağa görə 500 manat verilsin-TƏKLİF
Polis üzü texnologiya ilə tanıyacaq
“Victorias Secret” 1,1 milyarda satıldı
Deputat: “Bu gün Azərbaycan əsgərini düşünərək, koronavirus təhlükəsini də unutmamalıyıq”
Qarabaşaq kotleti (foto-resept)
Qızardılmış toyuq-Gürcü mətbəxindən (foto resept)
Ali məktəb tələbələrinin yarısı təqaüdlə təmin olunacaq - RƏSMİ
Günəşdəki partlayış insanları da "vuracaq"
Rus həkim xərçəngi dondurdu və öldürdü - ŞAD XƏBƏR
İndi ev tikmək daha da asanlaşır
Eskobarın xəzinəsi tapıldı
"Külək və Atəşin Rəngləri"
Paşinyan yenə gülüş hədəfi oldu: “Türkiyəyə ciddi sanksiya” açıqlaması lağlağı obyekti oldu
"Qarabağın müharibə yolu ilə həlli yoxdur" - Rusiya səfiri
Kiçik evlər üçün faydalı mebellər
Stress çarxından sizdə də var? - Uşaqlarınıza verməyin
Serdar Ortaç qumarda bütün sərvətini uduzdu
Dünyaca məşhur villa satışa çıxarıldı-FOTO
Boksçularımız ermənilərə dərs keçdilər
Cavanlaşdırma formulu
Şəhzadə kababı (foto-resept)
Labirint-6
Daha bir yüksək rütbəli işğalçı məhv edildi - RƏSMİ
Dərini qidalandıran maska
Elmi işçilərin əməkhaqları yeni qaydada hesablanacaq
"Eurovision kids"-in açılışı oldu-FOTO
HAVA necə olacaq?
Ziynet Salı ərə gedir-FOTO
Dərslər nə vaxt və hansı formada başlayacaq? – AÇIQLAMA
Bu gecə niyyət gecəsidir
Ay tutulması belə görüntüləndi - Dünyadan fotolar
Məşhur müğənni ilk dəfə ana oldu-FOTO
Məşhurları təqlid edən italiyalı Emanuele
Dekabrın 22-də nə baş verəcək?- Hamı bu tarixi gözləyir - VİDEO
Bu rəsm əsərinin ilkin qiyməti 120 milyon dollardır - FOTOLAR
Üzə qulluq qaydaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Hava necə olacaq?
ABŞ vitse-prezidenti Rusiyanı hədələdi
Culfa rayonu
Nostradamus Koronavirus Haqqında nələr deyib?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]