Dünyanın ən maraqlı ölkələrinə səyahət edib oranın adət-ənənəsi, tarixi, xüsusilə də mətbəxi ilə tanış olmadan qayıtmaq yəqin ki, günah olar. Bu gözəlliklərə isə festivallar xüsusi rəng qatırlar.
Milli.Az sizə may ayının sonunda və iyun ayının əvvəlində dünya ölkələrində keçiriləcək festivalların siyahısını təqdim edir:
1. Kinqo Masuri festivalı, Yaponiya
Hər növ dəniz məhsulları ilə zəngin olan Yaponiyada balıq yeməkləri yerli əhalinin ən sevimli seçimidir. Xüsusilə may ayı Yaponiyada bayram kimi qeyd edilir. Hər gün Yaponiya bazarlarında piştaxtaların üzərində növbənöv təzə balıq görmək olar. Mayın əvvəllərində yalnız bir iki yerdə rast gəlinən mənzərəni ayın 12-dən sonra Yaponiyanın istənilən bazarında görmək olar. Yaponlar balığı çiy halda rulon şəklində süfrəyə servis edirlər. Bundan əlavə, balığı tavada, buxarda qızardıb xüsusi sousla süfrəyə servis etməyi sevirlər. Yaponiyada yeməklərin hər birinin özünəməxsus sousları olur. Bu yapon mətbəxinin özəlliyidir. Yaponlar balıq ətindən hətta kolbasa və sosiska da istehsal edirlər. Həmçinin yerli sakinlər qurudulmuş və hisə verilmiş balıq yeməyi sevirlər. Onlarda balığın hədiyyə olaraq aparılması çox dəyərlidir. Yaponiyada keçirilən festivallarda balıq növlərindən hansıların daha faydalı olması, pulcuqların düzgün formada təmizlənməsi, hansı balığın hansı cür bişirilməsi və daha ləziz olduğuna dair məlumatlar verilir. Yapon toylarında malyuskalar və balıqqulaqlarından hazırlanan şorbalar məhşurdur. Bu onların ən bahalı yeməklərindən hesab olunur.
2. Çiyələk bayramı, Almaniya
Almaniyada çiyələk mövsümünün ən qızğın çağında gilemeyvənin "şərəfinə" maraqlı festivallar keçirilir. Bu ənənə 1999-cu ildən keçirilməyə başlayıb. İlk çiyələk bayramı Almaniyanın Oberkrixe əyalətində qeyd edilib. Hər il may ayının sonlarında Almaniyanın şəhərlərində kiçik piştaxtalarda al-qırmızı rəngli çiyələklər düzülür. Bayram yazın sonuna qədər davam edir. Festival şəhərin icra nümayəndələrinin çıxışı ilə açıq elan edilir. Festival ərəfəsində bütün şəhər canlanır, insanlar hər yerdə mahnı oxuyur rəqs edirlər. Böyüklər və kiçiklər üçün maraqlı oyunlar keçirilir. Festivalda çiyələkdən hazırlanan müxtəlif şirniyyatlar, desertlər, tortlar süfrəyə servuis edilir. Çiyələklə bəzədilmiş maraqlı boşqablar isə festivala gələn insanların diqqətini çəkir. Festival müddətində açılan isveç masası pulsuz olaraq iştirakşıların xidmətinə verilir. Bayramda xüsusi musiqilər çalınır, milli rəqslər oynanılır. Bayram ərəfəsində yerli sakinlərdən kim istəsə, turistləri öz evində maraqlı bayram süfrəsinə qonaq edə bilər.
3.Ananas festivalı, Tailand
Festival hər il Taylandın Lampanq əyalətində keçirilir. Hər il iyun ayının 4-də başlayan festivalda mövsümün müxtəlif meyvələri, xüsusilə də ananas və manqodan istifadə olunan dadlı təamlar yer alır. Taylandda meyvə çeşidi çox olsa da, onlar ananasa xüsusi dəyər verirlər. Taylandlılar düşünür ki, anansın tərkibində olan vitaminlərin, mineralların sayəsində yerli sakinlər özlərini gümrah hiss edirlər. Ölkədə sadəcə ananasın təxminən 80 növü var. Müxtəlif ölçüdə və adda olan ananas çeşidlərinin hər biri qiymət olaraq digər meyvələrdən bahalıdır. Festival iştirakçıları burada qurudulmuş və qızardılmış ananasın dadına baxa bilərlər. Yerli sakinlərin ananasdan hazırladığı müxtəlif dadlı təamların əksəriyyəti yalnız Taylandda mövcuddur. Siz onları başqa heç yerdə görə bilməzsiz. 3 gün davam edən festivala dünyanın müxtəlif yerindən turistlər gəlir. Yerli sakinlər festivala xüsusi ananas kostyumlarında qatılırlar. Festivalın son günündə isə "Miss Ananas" müsabiqəsi keçirilir. Bu müsabiqədə yalnız subay qızlar iştirak edə bilir.
4. Siyənək bayramı, Niderland
Niderlanda iyun ayının ilk şənbə günündə limana təzə siyənək balıqları ilə dolu gəmi yanaşır. Bununla da balıq mövsümü açıq elan edilir. Niderlandda balığın bu növü digərlərinə nisbətən daha faydalı və əlverişli hesab olunur. Xırda dəniz balıqları mükəmməl ölçüləri və piylilik dərəcəsinin az olmasına görə daha çox istifadə olunur. Əsasən duzlanmış, qurudulmuş və hisə verilmiş halda yeyilir. Yerli sakinlər bu günü "bayraq bayramı" da adlandırırlar. Çünki siyənək balıqlarının üstündə kiçik çubuqlara taxılmış ölkə bayrağı qoyulur. Mövsümlə əlaqədər sahilə açılan gəmilərdən limana ilk yanaşan gəmi yüksək pul mükafatı ilə qarşılanır. Bu da festivalın maraqlı müsabiqələrindən hesab olunur. Festival ərəfəsində hazırlanmış balıqları ilk olaraq kral sarayına, daha sonra hərraca göndərirlər. Hərraca göndərilən balıqlardan əldə olunan bütün gəlir xeyriyyə işlərinə xərclənir. Geridə qalan balıqları isə müvafiq olaraq mağazalara paylayırlar. Festival ərəfəsində siz milli kostyumda satıcıların hazırladıqları maraqlı balıq yeməklərindən dada bilərsiz. Festivala qatılan turistlər üçün xüsusi gəzinti gəmisi ayrılıb. Ölkənin Sxefeninqen limanın yaxınlığında isə maraqlı at yarışları keçirilir. Festival ərəfəsində yarışlardan və gəmi gəzintisindən istifadə etmək ödənişsizdir. (publika.az)
Milli.Az
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)