Milli.Az AzərTAc-a istinadən işgüzar adamlar üçün sentyabrın 30-dan oktyabrın 6-dək Britaniya ulduz falını təqdim edir.
QOÇLARA bu həftə ulduzlar xırda məsələlərdə daha diqqətli olmağı tövsiyə edirlər. Astroloqlar hesab edirlər ki, diqqətsizliyiniz oktyabr ayının birinci ongünlüyündə sizə baha başa gələ bilər. İşlərinizdə vasvası olmaqdan çəkinməyin.
BUĞALAR informasiya texnologiyaları sahələrinə investisiya yatırmaqdan vaz keçməlidirlər. Bu baxımdan səhiyyə ilə bağlı layihələr daha sərfəli olacaqdır. İşgüzar xarakterli görüşlərin və əlaqələrin bolluğu emosional düşkünlük yarada bilər. Şəxsi münasibətlərdə problemlər gözlənilir. Münasibətlərin gərginləşməsi biznesinizin inkişafına mənfi təsir göstərəcəkdir.
ƏKİZLƏRİN səfərə çıxması üçün bu həftə əlverişlidir. İşgüzar danışıqlar müvəffəqiyyətlə keçəcək, məqsədinizə çatacaqsınız. Merkuri və Neptun planetlərinin düzümü ezamiyyətdən sonra müşkül bir vəziyyətdə düzgün qərar qəbul etməyinizə kömək edəcəkdir. Ola bilsin, siz yeni bir işə başlayıb keçmişlə vidalaşmalı olacaqsınız. Olub-keçənlərə görə təəssüflənməyin.
XƏRÇƏNGLƏR vacib bir layihəni başa çatdırdıqdan sonra boş vaxtlarının yarandığını hiss edəcəklər. İstirahət yaxşı şeydir, lakin arxayınlaşmaq zamanı deyildir. Dərhal yeni bir layihəyə başlamalısınız, yoxsa ciddi maliyyə itkiləriniz olacaqdır. Seçim zamanı təşəbbüskar olun və məsuliyyəti öz üzərinizə götürün.
ŞİRLƏR işgüzar tərəfdaşların ləyaqətsizliyi ilə üzləşə bilərlər. Möhkəm işgüzar münasibətləri bircə telefon zəngi poza bilər. Ruhdan düşməyin: az itirən, çox qazanar deyiblər. Köhnə tərəfdaşların yerinə mütləq yeniləri gələcəkdir. Müvəqqəti olaraq fəaliyyət sahənizi dəyişib, əvvəlki öhdəliklərinizi təkrar gözdən keçirməyiniz faydalı olacaqdır.
QIZ bürcünün nümayəndələrinə bizneslərinin müdafiəsinə qalxmaq tövsiyə olunur. Gündəlik işlərinizdə son dərəcə ehtiyatlı olmalısınız. Sağlamlıq durumunuz da diqqət tələb edir. Xroniki xəstəlikləriniz baş qaldıra bilər.
TƏRƏZİLƏR peşəkarlıqlarını artırmaq, mümkünsüzü qısa müddətdə mümkün etmək barədə düşünəcəklər. Biznesinizin inkişafına təsir göstərəcək adamlarla görüşəcəksiniz. Ona görə də işgüzar çevrənizi genişləndirməyə ehtiyac var. Amma perspektiv planlarınızı yeni tanışlardan gizli saxlamalısınız.
ƏQRƏBLƏRİ Günəşin Urana münasibətdə vəziyyəti sonradan böyük təəssüf doğuracaq riskli işlərə sövq edə bilər. Amma maliyyə məsələlərində bəxtiniz gətirəcəkdir. Cibinizə çoxlu pul gələcəkdir.
OXATANLARI bəzi çətinliklər və sınaqlar gözləyir. Şəxsi həyatda problemlər yarana bilər. Soyuqqanlı olun, emosionallıq sizə baş ağrısı gətirə bilər. Yaranmış vəziyyəti hərtərəfli təhlil edin. Yaxınlarınızın dəstəyi sizə çox kömək edəcəkdir.
OĞLAQLAR potensial işgüzar tərəfdaşlarda yaxşı təəssürat oyada biləcəklər. Cazibə qüvvəniz danışıqlara kömək edəcək, amma özündən müştəbehliyiniz sizə ziyan verəcək. Odur ki, necə hərəkət edəcəyinizi yaxşı-yaxşı düşünməlisiniz. Əsas məsələ söhbət zamanı düzgün danışıq tərzi seçməkdir. İntriqaçı həmkarlarınıza əhəmiyyət verməyin, mülayim davranmağa çalışın, rəhbərliklə münaqişəyə girməyin.
DOLÇALAR maliyyə işlərini sahmana salıb, xərcləri azaltmalıdırlar. Vəziyyətə nəzarət etmək imkanlarınızı bir daha gözdən keçirməlisiniz. Gündəlik qayğılar içində dostlarınızı xatırlamalısınız. Çətin vəziyyətdə məhz onlar sizə əməli məsləhət verəcəklər.
BALIQLAR ədalətsiz yerə tənqid olunduqlarını düşünəcəklər. Ədaləti bərpa etmək cəhdləri top-tüfənglə qarşılanacaqdır. Ona görə də tənqidi fikirləri bir qulağınızdan alıb, o birisindən ötürməyə çalışmalısınız. Mübahisələrdə deyil, işinizdə mükəmməl olmağa çalışın. Həqiqət indi sizin tərəfinizdədir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Mitinq çağırışı edən saytlar bağlanacaq
Ermənilərin növbəti təxribatı - FOTO
Qorxunc PROQNOZ: Fəsillər yox olur
Soyuq qışın donmuş xəstəlikləri
HAVA necə olacaq?-1 yanvar
“WhatsApp” rekord qırır
Trampın xanımı Ağ Evə köçməkdən imtina etdi
Uşaqlarda otit xəstəliyi
Sinoptiklərdən müjdə
Azərbaycanda qadınların sayı azalır
Zərif və zövglü ziyafət geyimləri
Bu qadın 6000-ci ildən gəldiyini deyir- FOTO
Kayli Cenner şirkətinin 51%-ni REKORD Məbləğə Satır
Uzun saçlar üçün maskalar
Dekabrda qeyri-iş günlərinin sayı açıqlandı
Ətli, makaronlu yemək (foto resept)
Aleyna Tilkinin 15 minlik geyimi-FOTO
Ayda nəhəng tunel aşkarlandı - FOTO
Gündəlik geyimlər
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Həcc arzusunda olanlara şad xəbər
Alsunun qızı 1 milyon qazandı-FOTO
Müxtəlif və maraqlı ağaclar
İranda qabyuyan "Dünya Çempionu" kimdir?
Gözəllik maskaları necə hazrlanır?
Tələbələr üçün yeni iş yeri
Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqı artırılacaq?
Prezident bir qrup hərbçini “Qubadlının azad olunmasına görə” medalı ilə təltif etdi
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Hamiləlikdə D vitamini
Düşmən Naxçıvan istiqamətində atəşkəsi pozdu - RƏSMİ
Yeni iPhone santyabrın 10-da göstəriləcək
Hansı nazirliklər işçilərə sosial şəbəkələrdən istifadəni qadağan edib?
Gəlin birlikdə hazırlayaq
Azərbaycan Türkiyədən quş əti idxalına qadağa qoyacaq? - RƏSMİ AÇIQLAMA
İyul ayı üçün bayram və tarixi günlər
Qripin müalicə prosesini sürətləndirən 5 təklif
Dünyanın ən möhkəm yapışqanı
Milyarderdən sonra o da BOŞANIR -SƏBƏB
BMT rəsmisi: “Təcrid məsələsi ciddi narahatlıq doğurur”
Azərbaycanı böyük təhlükə gözləyir
Çernobılda radiasiya yenidən 16 dəfə yüksəldi - VİDEO
Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”
Ronaldodan təsirli paylaşım -FOTO
HAVA necə olacaq? 4 İyul
Üçgözlü ilan
BÜRCLƏR bizə nə vəd edir? -30 MAY
Türkiyə “Facebook” və “Instagram”a rəqib yaratdı
Acika (foto resept)
Sərhədsiz erməni vandalizmi: Bir vaxtlar 100 min əhalisi olan Füzuli şəhəri hazırda...
- ŞƏRHLƏR