Qadin.NET / İşgüzar adamlar üçün həftəlik ulduz falı

İşgüzar adamlar üçün həftəlik ulduz falı

 

 

Milli.Az AzərTAc-a istinadən işgüzar adamlar üçün sentyabrın 30-dan oktyabrın 6-dək Britaniya ulduz falını təqdim edir. 
QOÇLARA bu həftə ulduzlar xırda məsələlərdə daha diqqətli olmağı tövsiyə edirlər. Astroloqlar hesab edirlər ki, diqqətsizliyiniz oktyabr ayının birinci ongünlüyündə sizə baha başa gələ bilər. İşlərinizdə vasvası olmaqdan çəkinməyin.
BUĞALAR informasiya texnologiyaları sahələrinə investisiya yatırmaqdan vaz keçməlidirlər. Bu baxımdan səhiyyə ilə bağlı layihələr daha sərfəli olacaqdır. İşgüzar xarakterli görüşlərin və əlaqələrin bolluğu emosional düşkünlük yarada bilər. Şəxsi münasibətlərdə problemlər gözlənilir. Münasibətlərin gərginləşməsi biznesinizin inkişafına mənfi təsir göstərəcəkdir.
ƏKİZLƏRİN səfərə çıxması üçün bu həftə əlverişlidir. İşgüzar danışıqlar müvəffəqiyyətlə keçəcək, məqsədinizə çatacaqsınız. Merkuri və Neptun planetlərinin düzümü ezamiyyətdən sonra müşkül bir vəziyyətdə düzgün qərar qəbul etməyinizə kömək edəcəkdir. Ola bilsin, siz yeni bir işə başlayıb keçmişlə vidalaşmalı olacaqsınız. Olub-keçənlərə görə təəssüflənməyin.
XƏRÇƏNGLƏR vacib bir layihəni başa çatdırdıqdan sonra boş vaxtlarının yarandığını hiss edəcəklər. İstirahət yaxşı şeydir, lakin arxayınlaşmaq zamanı deyildir. Dərhal yeni bir layihəyə başlamalısınız, yoxsa ciddi maliyyə itkiləriniz olacaqdır. Seçim zamanı təşəbbüskar olun və məsuliyyəti öz üzərinizə götürün.
ŞİRLƏR işgüzar tərəfdaşların ləyaqətsizliyi ilə üzləşə bilərlər. Möhkəm işgüzar münasibətləri bircə telefon zəngi poza bilər. Ruhdan düşməyin: az itirən, çox qazanar deyiblər. Köhnə tərəfdaşların yerinə mütləq yeniləri gələcəkdir. Müvəqqəti olaraq fəaliyyət sahənizi dəyişib, əvvəlki öhdəliklərinizi təkrar gözdən keçirməyiniz faydalı olacaqdır.
QIZ bürcünün nümayəndələrinə bizneslərinin müdafiəsinə qalxmaq tövsiyə olunur. Gündəlik işlərinizdə son dərəcə ehtiyatlı olmalısınız. Sağlamlıq durumunuz da diqqət tələb edir. Xroniki xəstəlikləriniz baş qaldıra bilər.
TƏRƏZİLƏR peşəkarlıqlarını artırmaq, mümkünsüzü qısa müddətdə mümkün etmək barədə düşünəcəklər. Biznesinizin inkişafına təsir göstərəcək adamlarla görüşəcəksiniz. Ona görə də işgüzar çevrənizi genişləndirməyə ehtiyac var. Amma perspektiv planlarınızı yeni tanışlardan gizli saxlamalısınız.
ƏQRƏBLƏRİ Günəşin Urana münasibətdə vəziyyəti sonradan böyük təəssüf doğuracaq riskli işlərə sövq edə bilər. Amma maliyyə məsələlərində bəxtiniz gətirəcəkdir. Cibinizə çoxlu pul gələcəkdir.
OXATANLARI bəzi çətinliklər və sınaqlar gözləyir. Şəxsi həyatda problemlər yarana bilər. Soyuqqanlı olun, emosionallıq sizə baş ağrısı gətirə bilər. Yaranmış vəziyyəti hərtərəfli təhlil edin. Yaxınlarınızın dəstəyi sizə çox kömək edəcəkdir.
OĞLAQLAR potensial işgüzar tərəfdaşlarda yaxşı təəssürat oyada biləcəklər. Cazibə qüvvəniz danışıqlara kömək edəcək, amma özündən müştəbehliyiniz sizə ziyan verəcək. Odur ki, necə hərəkət edəcəyinizi yaxşı-yaxşı düşünməlisiniz. Əsas məsələ söhbət zamanı düzgün danışıq tərzi seçməkdir. İntriqaçı həmkarlarınıza əhəmiyyət verməyin, mülayim davranmağa çalışın, rəhbərliklə münaqişəyə girməyin.
DOLÇALAR maliyyə işlərini sahmana salıb, xərcləri azaltmalıdırlar. Vəziyyətə nəzarət etmək imkanlarınızı bir daha gözdən keçirməlisiniz. Gündəlik qayğılar içində dostlarınızı xatırlamalısınız. Çətin vəziyyətdə məhz onlar sizə əməli məsləhət verəcəklər.
BALIQLAR ədalətsiz yerə tənqid olunduqlarını düşünəcəklər. Ədaləti bərpa etmək cəhdləri top-tüfənglə qarşılanacaqdır. Ona görə də tənqidi fikirləri bir qulağınızdan alıb, o birisindən ötürməyə çalışmalısınız. Mübahisələrdə deyil, işinizdə mükəmməl olmağa çalışın. Həqiqət indi sizin tərəfinizdədir. 

Mənbə: Milli.Az

1 oktyabr 2013
GO BACK