Milli bayramlar və tarixi günlər
2 Iyul-Azərbaycan Polisi Günü
Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldiqdan az sonra Nazirlər Şurasının 1918-ci il 2iyul tarixli sərancamı ilə Daxili İslər Nazirliyi tərkibində müstəqil Azərbaycanının polis orqanları yaradıldı.Azərbaycan polisi yarandigi gündən xalqın və dövətin mənafeyinə ləyaqətlə xidmət etdi.Əsayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanligin qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyətli vəzifələri vicdanla yerine yetirdi.
AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq mühafizə sturukturlarını, o cümlədən milli polisi ləğv etdi.Əvəzində “milis” adlandırılan bir qurum yaradıldı.Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan daha çox bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönləndirilmişdi. Sovet milisi mövcud olduğu 70 il ərzində dövlətin represiya aparatı rolunu oynamışdır.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu.Onun funksiya və vəzifələri dəqiqləşdirildi.Azərbaycan polisi birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda geden döyüşlərdə fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyyətinin 931 nəfəri bu müharibədə şəhid olmuşdur.Polisin sıralarında xeyli sayda “Milli Qəhrəman”adına, habelə orden və medallarla təltifə layiq görüllənlər vardır.
Prezident H.Ə liyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polis Günü kimi qeyd olunur.
22 İyul-Milli Mətbuat və Jurnalistika Günü
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sora o, Bakıda ana dilində “Əkinçi “ qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi “qəzetinin nəşri bütün Qafqazda əks –səda doğurmusdu.
1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işiq üzü görmüşdü.
“Əkinçi”qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkələnməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmisdi.
Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi “dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında “Ziya” (1879) ,Kəşkül”(1880) ,“Kaspi” (80-90-ci illər)qəzetləri nəşrə başlamışdı.
XX əsrin əvvələrində C. Məmmədquluzadə M. Şahtaxtinski S. Hüseyin Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nətcəsini verdi. “Şərq –rus” (1903)”Həyat”(1905), “Açiq söz” (1915), “Azərbaycan “ (1918) kimi demokratik ruhlu qəzetler meydana çıxdı .1906 –cı ildə “Molla Nəsrəddin “jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsasi qoyuldu. Redaktor Xədicə xanım Əlibəyova olan “İşıq”jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi.
Sovet hakimyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi. Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr kommunisd Partiyasının orqanı olan”Pravda”(bu qəzetin dilimizə tərcüməsi “Həqiqət”olsa da səhifələri qərb demokratiyasına qarşı iftiralarla ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün -5 may Mətbuat Günü kimi qeyd olunurdu
Azərbaycan öz müstəqiliyinin bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdiş mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqanı –qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi “qəzetinin nəşrə başladığı gün -22 iyul Milli Mətbuat və jurnalistika Günü kimi qeyd olunmağa başladı.
XƏBƏR LENTİ
"Gəlin" tortu (foto-resept)
Qu quşu
İyul ayında HAVA necə olacaq?
Hadisə FOTOsu haqqında Açıqlama verdi
HAVA necə olacaq?
Sabah QAZ OLMAYACAQ!
Yahoo! virus yayır
Qarabağa qoşun yeridilməyəcək
Putinə qorxulu xəbər
16-cı əsrə aid soba tapıldı - FOTO
Həcc arzusunda olanlara şad xəbər
Uşaqlarla cinsəllik haqda necə danışmalıyıq?
Qızı avtobusun arxasına bağlayıb, apardılar-FOTO
Son 10 ilin sərin avqustu müşahidə edilir
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Səbəbi bilinməyən nevroloji xəstəlik
Dəniz Seki 15 kq arıqladı-FOTO
Məşhur aktrisa ən böyük arzusunu reallaşdırdı
Bilirsinizmi?
Qazax benzini alacağıq
Afrikada bir gün
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
İnstagram-da izlənməkdən bu yolla qurtulun-FOTO
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur cütlük boşandıqdan sonra BARIŞDI
Kompüter oyunları süretli qocalmaya gətirib çıxarır.
Hamiləliyin ləğvinə icazə verildi
Kalori yandıran qidalar
Brüsseldə gül xalısı
Vivienin bürc illustrasiyaları
Koronavirusun kişilər üçün qorxunc fəsadı açıqlandı
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Bülent Ersoy Ramazan ayından danışdı-FOTO
Pendirli piroq (foto resept)
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - VİDEO
Neon rəng hər yerdə
Asteroidin ilk - FOTOları
Ebru Gündeş Bakıya gəlir-FOTO
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Noyabrın 15-i son vaxtdır
Çağla Şikel ilk dəfə etiraf etdi
Pazllar ("Canım bacım")
Dəbli çəkmələr
Rusiyalı bloqer ermənilərin nasist mahiyyətini nümayiş etdirdi - VİDEO
Bu çiplər özlərini məhv edir
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Damarları təmizləyən qidalarla tanış olun!
Cazibədar alt paltarları
Şəhidlər sükutla anıldı
- ŞƏRHLƏR