Elmi-bədii hekayələr, miniatürlər.
Qələm
Sehirli qələm müstəvidə bir necə xətt çəkdi. Onları nizamlayıb adlandırdı. Birinci xəttə toxunmadı. O, kainatın dərinliklərinə doğru sonsuz uzandı. İkinci düz xətti kəsdi. Şüa oldu. Üçüncü düz xətti isə hər iki tərəfdən kəsib parça adlandırdı.
Sonsuzluğuna qürrələnən düz xətt şüaya:
- Bir bunun boy-buxununa bax! – dedi. – Bir tərəfə uzanaraq mənə tay olmaq istəyir. Unutma ki, sən yarım düz xətsən.
- Onda iki mən ol! - Şüa cavab verdi.
Düz xətt qatlandı. Bucaq oldu.
- Kor bucaq oldun.
- Fərqi nədi? Bucaq ortaq təpəli iki şüa deyilmi?
- Doğrudu. Adı ki bucaqdı.
Xətt hirslənib tərəflərini düz saxladı.
- Düz bucaq oldun. Özünü öymə. Açıl, bir dənə düz xətt ol.
Düz xətt dilxor bükülərək iti bucaq oldu.
Şüa lovğalanaraq:
- Bir daha mübahisə etməyin! – dedi.- Sizlərdən qüdrətliyəm.
Günəş də işıq şüası saçır. – Parçaya baxdı. – Sənsə çox kiçiksən.
- Doğrudur. Lakin, sən mənsiz nə ədədi şüa, nə də şkala ola bilərsən. Kəmiyyətləri ölçmək qüdrətin olmaz.
Sehirli qələm ağıllı balacadan (parçadan) razı halda düz xətti açdı. Yanında onu kəsməyən ikinci düz xətt çəkdi.
Onları paralel düz xətlər adlandırdı. Mübahisəni kəsdiyini zənn etdi. Az keçmiş mübahisə qızışdı. Xətlər kəsişdi. Sehirli qələm bu dəfə onları düz bucaq altında kəsişdirib perpendikulyar adlandırdı.
- Düz dayanıb, düzgün mübarizə aparın!
Xətlər qələmin əmrindən çıxıb istədikləri kimi kəsişdilər.
Əyildilər.
Qələmsə, sakit halda:
- Həyat mübarizədir! Güclü qalib gələcək! – deyərək DÜZün qələbəsini arzuladı.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
