Qadin.NET / Düşüncənin riyazi dili - Qələm

Düşüncənin riyazi dili - Qələm

Düşüncənin riyazi dili - Qələm

Elmi-bədii hekayələr, miniatürlər.

Qələm

Sehirli qələm müstəvidə bir necə xətt çəkdi. Onları nizamlayıb adlandırdı. Birinci xəttə toxunmadı. O, kainatın dərinliklərinə doğru sonsuz uzandı. İkinci düz xətti kəsdi. Şüa oldu. Üçüncü düz xətti isə hər iki tərəfdən kəsib parça adlandırdı.

Sonsuzluğuna qürrələnən düz xətt şüaya:

- Bir bunun boy-buxununa bax! – dedi. – Bir tərəfə uzanaraq mənə tay olmaq istəyir. Unutma ki, sən yarım düz xətsən.

- Onda iki mən ol! - Şüa cavab verdi.

Düz xətt qatlandı. Bucaq oldu.

- Kor bucaq oldun.

- Fərqi nədi? Bucaq ortaq təpəli iki şüa deyilmi?

- Doğrudu. Adı ki bucaqdı.

Xətt hirslənib tərəflərini düz saxladı.

- Düz bucaq oldun. Özünü öymə. Açıl, bir dənə düz xətt ol.

Düşüncənin riyazi dili - Qələm

Düz xətt dilxor bükülərək iti bucaq oldu.

Şüa lovğalanaraq:

- Bir daha mübahisə etməyin! – dedi.- Sizlərdən qüdrətliyəm.

Günəş də işıq şüası saçır. – Parçaya baxdı. – Sənsə çox kiçiksən.

- Doğrudur. Lakin, sən mənsiz nə ədədi şüa, nə də şkala ola bilərsən. Kəmiyyətləri ölçmək qüdrətin olmaz.

Sehirli qələm ağıllı balacadan (parçadan) razı halda düz xətti açdı. Yanında onu kəsməyən ikinci düz xətt çəkdi.

Onları paralel düz xətlər adlandırdı. Mübahisəni kəsdiyini zənn etdi. Az keçmiş mübahisə qızışdı. Xətlər kəsişdi. Sehirli qələm bu dəfə onları düz bucaq altında kəsişdirib perpendikulyar adlandırdı.

- Düz dayanıb, düzgün mübarizə aparın!

Xətlər qələmin əmrindən çıxıb istədikləri kimi kəsişdilər.

Əyildilər. 

Qələmsə, sakit halda:

- Həyat mübarizədir! Güclü qalib gələcək! – deyərək DÜZün qələbəsini arzuladı.

1 oktyabr 2016
GO BACK