Stress və depresiyya müasir dövrdə geniş yayılmış psixoloji pozuntulardır. Stress və depressiyaya düşmə səbəbləri nə qədər müxtəlif olsa da, gündəlik həyatımızda diqqət etmədiyimiz bir çox xırda nüanslar insanların son nəticədə stressdən və depressiyadan əziyyət çəkmələrinə səbəb olur. Əgər biz bu xırda nüanslara diqqət etsək , vaxtında bəzi kiçik problemləri həll etsək stress və depresiyya kimi xəstəliklərdən əziyyət çəkmərik. Bildiyimiz kimi stress və depressiyanı yaradan səbəblər çoxfaktorludur. Aşağıdakılara diqqət etsək stressdən və deresiyyadan müəyyən qədər uzaq ola bilərik:
• Sahib olduqlarınızı itirməkdən qorxmayın
Məlum məsələdir ki, hər bir insanın həyatında onun üçün dəyərli olan ailəsi , dostları , işi , evi , maşını və s. var. Əgər bu sadalananlardan ən azı 2-3-ü varsa , insanda bunları “nə vaxtsa itirmək qorxusu” olur. Bu müəyyən həddə qədər olduqda yaxşı haldır. Ancaq normadan çox olması , paranoid düşüncələrin yaranmasına səbəb olur ki, bu da həyatınızı çətinləşdirir, həmin insanlardan asılı hala salır və bu da nəyinki sizi stressə, depresiyya salar, bir çox xəstəliklərin də yaranmasına şərait yaradar. Buna görədə çalışmaq lazımdır ki , itirə biləcəklərinizə əvvəlcədən özünüzü hazırlayın.
• Sizi narahat edən, gərginləşdirən fikirlərdən, düşüncələrdən uzaq oluna
“ Kaş ” , “ Gərək ” kimi sözlərlə başlayan cümlələr qurmaqdan çəkinin. Sizi gərəksiz düşündürən fikirləri ağlınızdan çıxardın. Sizi gərginləşdirən, narahat edən fikirlər varsa onları ya özünüzdən uzaqlaşdırın, ya da həll etməyə çalışın. Əgər sizi narahat edən fikirlər varsa, siz onlardan qurtula bilmirsinizsə, stress və depresiyyadan qaça bilməyəcəksiz.
• Xoşlamadığınız münasibətləri davam etdirməyin
Əgər münasibət qurduğunuz insanlardan xoşunuza gəlməyənlər varsa onlardan mümkün qədər uzaqlaşın. Nə onların sizin dəyərli vaxtınızı korlamağına icazə verin, nə də siz onların vaxtını alın. Münasibətlərinizdə sərbəst olun və düşünməyin ki, bütün insanlar eynidir, əlbəttə sizə müsbət enerji verən insanlar vardır və ya qarşınıza çıxacaqdır.
• Həzz aldığınız şeylərin siyahısını tutun
Sizi əyləndirən , sizə zövq verən , sizi yormayan və həzz aldığınız şeylərin siyahısını tutun. Onlara vaxt ayırın. Özünüzü yorğun hiss edəndə, əsəbi olanda bütün neqativ enerjinizi onlara yönləndirib, əylənməyə, zövq almağa çalışın.
• Qardirobunuzdan xoşlanmadığınız parltarlarınızı çıxardın
Gözəl və xüsusi adlandırdığımız geyimlərin müəyyən müddətlikdə olsa özümüzü necə yaxşı hiss etdirdiyini bilirik. Boş yerə qadınlar stress atmaq üçün alış-veriş etmirlər. Yəni gözəl hiss etdirən geyimlər stressdən çıxmağa kömək edirsə , eynilə də xoşa gəlməyən geyimlərimiz bizi yorur, müəyyən qədər əhvalımıza təsir göstərir, onu korlayır. Buna görə də ya xoşa gəlməyən , tam olaraq bəyənmədyiniz geyimləri almayın, ya da varsa artıq qardirobunuzda onları çıxardıb, atın , kiməsə ehtiyacı olan birilərinə bağışlayın.
• Pozitiv düşünün, heç olmasa, buna cəhd edin
Pozitiv düşünmək üçün çalışın müsbət düşüncəli insanların əhatəsində daha çox olasınız. Yaxın dostlarınızla çox vaxt keçirin.Onlarla xoş söhbətlərə vaxt ayırın. Ən pis halınızda belə şükür etməyi bacarın, ən pisi də belə yaxşını görün, qiymətləndirin.Yanlız hisslərinizlə deyil, çətin anlarınırzda məntiqlə düşünməyə çalışın və s.
Ən sonda nəzərinizə bir ibrətamiz hekayəni çatdırmaq istəyirəm:
Bir qrup yaşlı insan bayramda ən çox sevdikləri qoca professoru yad etmək üçün onun evinə gəlir. Xoş xatirələrdən uzun müddət danışdıqdan sonra söhbət gündəlik həyatlarına-şikayətlərinə, stresslərinə gəlir.Tələbələrinə çay qonaqlığı verən müəllim onların çayını müxtəlif cür olan fincanlarda gətirir: köhnə , yeni, bahalı, dəbdəbəli və s. İsti çaya hamının qonaq olmağını istəyir. Hər kəs bir fincan çay götürdükdən sonra, qoca professor bele deyir:
- ”Əgər diqqət etdnizsə ilk olaraq hamı daha maraqlı görünən, daha bahalı, daha yaxşı fincandakı çayı özünə götürdü. Hər kəs özü üçün normal olaraq ən yaxşısını seçmək istədi. Bu həm də bir anlıq da olsa, sizin “stress” keçirməyinizə, gərginləşməyinizə səbəb oldu. Ancaq hamının istədiyi çay idi, fincan deyil. Həyatda belədir, özümüz üçün istədiyimiz ən yaxşı şeylər bizi məqsəddən uzaqlaşdırmaqla yanaşı həm də stressə salır, gərginləşdirir. Əgər biz həyatı çay, fincani isə ailə, iş, pul, maşın və s. kimi qiymətləndirsək, harda səhvə yol verdiyimzi anlaya bilərik. Ən yaxşıya sahib olmaq istəyi bizdə şüuraltı olaraq ona yönlənməyə və bu da öz növbəsində stressə, depresiyyaya səbəb olur. Əgər biz fikrimizi ancaq fincana yönləndirsək, onda çay nəzərdən qaçacaq və çayın dadını hiss etməyəcəyik. Buna görə də fincana yox, içindəkinə nəzər yetirməliyik ki, ağzımızın dadı qaçmasın.”
Sona Həmzəyeva
XƏBƏR LENTİ
Gül kələmi salatı (foto-resept)
Yuxudan doymamağın SƏBƏBİ NƏDİR? - ALİM RƏYİ
Yoxmuş kimi görünən makiyaj
HİCABLI XANIMLAR ÜÇÜN
Bakıda yeni piyada keçidi istifadəyə verilir
“Survivor 2020”nin iştirakçısı Selena Qomezin rekordunu qırdı - FOTO
Belə bir ənənə var ki, yeni doğulan uşağın...
İngiltərədə plastik çubuqlar qadağan edildi
Siqaret zərərlidir, bəs qutusu?
HAVA necə olacaq? 8 İyul
PDF yeniləndi
Atanızla yaşadığınız ən xoş və kədərli anınız (3-cü hissə)
Faydalı məsləhətlər
Yatdığı yerdə sərvət qazanan bloger-FOTO
Azərbaycanda bütün terminoloji lüğətlər Terminologiya Komissiyasının xətti ilə çap edilə bilər
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
WhatsApp "sındırıldı"
Rusiyanın ABŞ-ı qorxuya salan silahı
Dünyanın ən uzun tuneli bugün açılacaq
Prezident İlham Əliyevin faktları qarşısında “BBC News” aciz qaldı - VİDEO
Məktəblərdə vəziyyət acınacaqlıdır, oktyabrdan... - Həyəcan təbili
Rəngarəng rulet (foto resept)
Türkiyənin borcu tarixi rekord həddə çatdı
Azərbaycan incəsənətinin "qayınanası"nın doğum günüdür
Qorxulu makiyaj nümunələri
VW Scirocco təzələndi
Hava haqqında
Qeysəriyyə əməliyyatı haqda nə bilirik?
Dostunuz sizə öz zəif əsərini veribsə nə etməli? - ZƏMANƏTLİ RESEPTLƏR
İnsan zəkası nələrə qadirmiş...
Partiya sədri: "Rüstəm İbrahimbəyovun istefası gözlənilən idi"
4 yaşından rəsm çəkmək
Qadın.Netlə birlikdə hamiləlik (32-ci həftə)
İranda Heydər Əliyevin ruhuna ehsan verildi
ABŞ-ın xüsusi xidmət orqanları “uçan adam”ı axtarır
"Ən yaxşı nəşriyyat"ın adı açıqlandı
Təbiətdən sevgini əks etdirən kadrlar
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi - RƏSMİ
Şəhid bacısı: “Dedi ki, gəl, səni bir də öpüm, birdən şəhid olaram” - VİDEOREPORTAJ
Qan iltihablanması və müalicəsi
Yeni il süfrəsi üçün dekorasiya fikirləri
Kendal gündəlik gəlirini AÇIQLADI
Bakıda karantin qaydalarını pozan yüzlərlə şəxs cəzalandırıldı
“Vosmoy bazarı” bağlanır - ÖZƏL/FOTO
Saytların 45 faizində Facebook...
Solarium haqqında bilmədiyimiz həqiqətlər
Sirr saxlamaq fiziki baxımdan çətindir
Zəncəfil koronavirusun müalicəsində effektivdirmi?
Nokia brendi yox olur
"WhatsApp"da yenilik - İşimiz bir az da asanlaşdı - FOTO
- ŞƏRHLƏR