Mədə qıcqırması
Ağır bir yeməkdən sonra, mədənizin həssas olduğu qidaları yedikdən sonra ya da həddindən artıq ədviyyatlı bir yeməkdən sonra görülə bilər. Bu tip mədə qıcqırmasından qaçınmaq üçün sizə narahatlıq verən qida və içkilər bir yerə qeyd edərək özünüzə uyğun bir qidalanma proqramı yarada bilərsiniz. Ancaq mədə qıcqırmasının səbəbləri təkcə bunlar deyil. Qida allergiyası, bakteriyel infeksiyalar, mədə yarası, öd kisəsi xəstəlikləri, stress və daha bir çox rahatsızlıq mədə qıcqırmasına səbəb olur.
Müntəzəm olaraq görülən və şiddətlənən mədə qıcqırması şikayətiniz varsa buna öz özünüzə həll yolu axtarmaq yerinə, həkimə müraciət etsəniz daha da yaxşı olar.
Mədə Qıcqırması üçün Nə Yaxşı Olar?
Mədə qıcqırmasının əsas səbəbi həddindən artıq mədə turşusu ifrazatıdır. Mədə turşusu, həzmi çətin olan qidaları parçalamaq üçün daha çox ifraz olunur və mədənizdə hər hansı bir yara varsa (xora kimi) bu bölgədə yanma yarada bilər. Reflyuksu olanlarda isə turşu yemək borusuna qaçır və mədə turşusuna dayanıqlı olmayan qida borusunu yandırmağa başlayır. Bütün bu əlamətləri yüngülləşdirmək üçün əvvəlcə mədə turşusunun nəzarət altına alınması lazımdır. Antasid dərmanlar (talsid, rennin, gaviscon kimi) mədə turşusunu tənzimləyərək qıcqırmanı azaldır.
Digər Üsullar
Kəklikotu çayı və zəncəfil çayı mədə qıcqırmasını azaldan bitki çayları arasındadır. Hər iki çay da həzm sisteminə kömək edir. Çayı dəmlədikdən sonra bir müddət soymasını gözlədikdən sonra için. Çaya 1 çay qaşığı bal da əlavə etmək olar.
Bal; Mədə turşusu və yaranın səbəb olduğu ağrılar üçün ənənəvi olaraq istifadə edilir. Hər gün 1 çay qaşığı orqanik balı 1/4 çay qaşığı darçınla qarışdıraraq yesəniz mədənizi rahatladacaq.
Əgər mədə qıcqırması həddən artıq qaz səbəbilə olursa, kürəyiniz dik şəkildə oturun və əlinizlə mədənizi geniş dairəvi hərəkətlərlə masaj edin. Yavaş bir yürüyüş qazın çıxmasına yardımçı olacaqdır.
–Stress mədə ağrısına və mədə qıcqırmasına yol aça bilər. Stressi mütləq nəzarət altına ala bilmək üçün bir yol tapmalısınız.
–Banan yemək qıcqırmağı bir miqdar azaldır.
–Yeməkdən sonra uzanmayın. Kürəyiniz dik olaraq ayaqlarınızı uzadın. Bu şəkildə mədə turşusunun yemək borusuna getməsinin qarşısını ala bilərsiniz.
–Yatmazdan 2-3 saat əvvəl yemək yeməyin.
–Yatarkən başınızı yastıq köməyi ilə yuxarıda tutun.
Mədə Qıcqırmasından Qaçınmaq Üçün Bunları Edin
Yediyiniz yeməklər səbəbilə mədə qıcqırması yaşayırsınızsa yediyinizə və içdiyinizə diqqət etməlisiniz. Məsələn, artıq qəhvə və çay içməyin, kola kimi qazlı içkilər içmək, yağlı yeməklər, həzmi çətin olan ət yeməkləri, həddindən artıq ədviyyatlı qidalar və fast-food yeməklər mədə qıcqırmasının başlıca səbəbləri arasındadır. Həmçinin gluten və laktoza intoleransınız varsa gluten tərkibli qidalardan və süd məhsullarından uzaq durmalısınız. Bunlardan başqa, siqaret çəkmək, həddindən artıq alkoqol istehlakı, nizamsız yuxu kimi amillərin mədə qıcqırmasını şiddətləndirdiyi məlumdur.
Bunlara Dəqqət Edin
Yuxarıdakı üsullarla mədə qıcqırmasını bir müddət yüngülləşdirə bilərsiniz ancaq bu üsullar yalnız müvəqqəti bir həll yolu olaraq istifadə edilməlidir. Təkrar edilən mədə qıcqırması yazının əvvəlində qeyd etdiyim kimi fərqli bir sağlamlıq probleminin bir əlaməti olaraq yaşana bilər. Bu tip qıcqırmaların müalicəsi səbəbinə bağlı olaraq antibiotiklə, ağrı kəsicilərlə və lazım olan hallarda əməliyyatla həyata keçirilir. Daima mədə qıcqırması ilə narahat olmaq əvəzinə bir həkimə müraciət edərək qıcqırmanın səbəbini öyrənmək və uyğun müalicə üsulunu tətbiq etmək daha doğru olar.
Fuad Nəzərov
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR