Günün yarıdan çoxunu ünsiyyət qurmaqla keçiririk. Ünsiyyət zamanı öz istəklərimizi, yaşadıqlarımızı bildirir, münasibət qurur, işgüzar danışıqlarda uğur qazanırıq. Mütəxəssislər hesab edir ki, uğurlu ünsiyyət üçün dinləmək mədəniyyəti vacib amillərdəndir.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, bəzi insanlar qətiyyən başqasını dinləmək istəmir, özü danışmağa üstünlük verir: "Dinləmək bacarığı və deyilənləri anlamaq insanın mədəniyyətli və təhsilli olmasını göstərir. Bu bacarığa malik insan cəmiyyətdə müsbət qarşılanır, ətrafdakılar ona qarşı mehriban olur. İnsan qarşısındakını dinlədikdə söhbəti istədiyi istiqamətə yönəldə və istədiyinə daha tez nail ola bilər. Eləcə də işgüzar danışıqlar zamanı dinləməyi bacarmaq uğurlu sazişlərə imza atmaq deməkdir. İşgüzar danışıqlar zamanı xırdalıqlara qədər işi anlayıb və bunu müzakirə etmək gələcəkdə daha çox gəlir gətirəcək. Dinlədikcə həm də insan daha çox informasiya toplayır və bilikli olur".
Qurbanova bildirib ki, heç də hamı qarşısındakını dinləyə bilmir: "Adətən insanlar öz həyatı, işi, hissləri barədə danışmağa üstünlük verir və qarşısındakı şəxsi dinlədikdə özünü yorğun hiss edir. Elə insanlar da var ki, özünü elə göstərir, guya ünsiyyətdə olduğu insanı dinləyir" deyən həmsöhbətimizin sözlərinə görə, dinləmək əslində o qədər də asan deyil. Dinləmək mədəniyyətini özündə inkişaf etdirmək üçün ünsiyyətdə olduğun insanın yaşadıqlarını başa düşməyə çalışmalısan. Başa düşdükcə ifadə olunan mimika və jestlər şüuraltı olaraq o insanda dinləyən haqqında müsbət emosiyalar, fikirlər yaradır. Həm də kiminsə dərdinə şərik olmağa çalışdıqca, dinləmək rahat olur. Belə ki, şəxs özü həmin insanın yaşadıqlarına görə narahat olur və onun nə yaşadığını başa düşməyə, ona kömək etməyə, məsləhət verməyə çalşır.
Müsahibimiz məsləhət görür ki, dinləməyi bacarmaq və bu zaman əsəbləşib kobud söz deməmək üçün baş verənlərə ünsiyyətdə olduğunuz insanın gözü ilə baxmağa çalışın. Bu zaman həm danışanı yaxşı başa düşmək, həm də onun dediyi sözlərin altında nəyin gizləndiyini anlamaq olar.
Ümumiyyətlə, həmsöhbətinizin rəğbətini qazanmaq istəyirsizsə, danışmaqdansa, daha çox dinləyin. Amma bu o demək deyil ki, heç danışmamalısız. Psixoloq bildirib ki, tam sakit dayanmağınız qarşıdakını əsəbləşdirə bilər. Dinləyən zaman məsələni tam başa düşmürsüzsə, tələsik qərar verməyə və ya məsləhət görməyə tələsməyin. Başa düşmədiyiniz məsələləri aydınlaşdırmağa çalışın.
Bəzən ünsiyyət o qədər darıxdırıcı olur ki, tez-tez saata baxırıq. Qarşıdakı şəxs bunu hiss edərsə, söhbəti tez bitirməyə çalışar. O, qulaq asmaq istəmədiyinizi anlayıb ya növbəti dəfə sizinlə görüşdən imtina edəcək, ya da tələsdiyinizi düşündüyü üçün söhbətini yarımçıq qoyub gedəcək. Söhbət zamanı tez-tez mobil telefonu qurdalamaq, televizora və ya ətrafdakılara baxmaq söhbətə qarşı laqeydliyi göstərir. Bu cür münasibət qarşıdakına səmimi olmağa şərait yaratmır. Həmsöhbət adətən laqeyd münasibət gördüyü şəxsə inamsız yanaşır. Belə davranış həm də söhbətin və danışanın onun üçün vacib olmadığını göstərir.
Başqalarının fikrini öyrənməyə çalışmaq da insan haqqında müsbət fikir yaradır. Qurbanova qeyd edib ki, həmsöhbətinizin fikirlərinə hörmət etməyi öyrənin: "Amma bu o demək deyil ki, baş verənlərə sizin fikriniz olmamalı və ya öz fikirlərinizdən imtin etməlisiz. Sadəcə, başqasının fikirlərinə etirazınız olsa belə mədəniyyətli olmağa, özünüzü cilovlamağa çalışın. Qarşıdakına istehza etmək, ona gülmək, təhqir etmək isə yolverilməzdir. Dediyiniz hər pis sözün qarşılığında həmin şəxs iki dəfə daha çox təhqiredici sözlər deməyə çalışacaqdır. Qoruya bildiyiniz sakitlik və baş verənlərə məntiqli yanaşmağınızsa təhqiredici sözlərdən daha təsirli olacaq".
Onun dediiynə görə, dinləmək mədəniyyətində vacib şərtlərdən biri həmsöhbətin sözünü kəsməməkdir: "Danışanın sözünü kəsməklə öz fikrini bildirmək mədəniyyətsizlik hesab olunur. Yaxşı olar ki, səbrlə yanaşıb söhbətin bitməyini gözləyəsiniz. Söhbət zamanı yaranan pauzalardan da istifadə edə bilərsiz. Adətən səbirsiz insanlar qarşıdakının nə dediyinə məhəl qoymadan öz fikrini bildirmək istəyirlər. Fikir yerində deyilmədiyindən çox vaxt qəbul olunmur. Nəzərə alın ki, siz sakit və səbirlə qarşıdakını dinlədikdən sonra o da sizi dinləyəcək. Əgər hər şey əksinə olursa, bu zaman həmin adama düzgün hərəkət etmədiyini açıq deyə bilərsiz. Həmsöhbətinizə qarşı diqqətli olmağınızı göstərmək istəyirsinizsə, söhbət zamanı ona suallar verməyi və qısa cümlələrlə fikir bildirməyi də unutmayın. Bu, sizin həqiqətən də həmin insanın dedikləri ilə maraqlanmağınızı, ona hörmət etdiyinizi göstərəcək. Lakin nəzərə alın ki, hədsiz çox sual verməyiniz gülməli görünə bilər. Yaxşı olar ki, həmsöhbət fikrini izah edib bitirdikdə ona sualla müraciət edəsiniz. Növbəti sualı isə növbəti fikrini bitirdikdə verin. Tez-tez və mənasız suallar isə söhbəti kəsmək kimi görünə bilər. Həm də insan özünü sorğu-sualda hiss edər. Bəzi insanlar isə çox sual verən adamlara etibar etmirlər. Belələrinə elə gəlir ki, onlar nə isə öyrənməyə və bunu onlara qarşı istifadə etməyə çalışırlar.
Ünisyyət sözlərə əsaslansa da, mimika və jestlər çox vacibdir. Bu səbəbdən də psixoloqlar konsultasiya zamanı çox vaxt şəxsin dediklərinə deyil, onun mimika və jestlərinə, bununla nəyi gizlətmək istədiyinə, şəsxin özünü aparmaq qaydasına fikir verirlər. Əgər söhbət zamanı qarşıdakına həqiqətən də diqqətlə qulaq asmağınızı göstərmək istəyirsizsə, bədən və üzünüzü həmsöhbətə qarşı çevirin. Əllərinizi cibində saxlamaq, barmaqları stola vurmaq da düzgün deyil. Həmsöhbətə qarşı belini və ya üzünü çevirmək, yarıçevrilmiş halda oturmaq hörmətsizlik əlamətidir. Qapalı hərəkətlərdən də qaçmaq lazımdır. Belə ki, əllərinizi çarpazlaşdırmağınız, ayaqlarınızı üst-üstə aşırmağınız həmsöhbətə səmimi açılmaq istəmədiyinizi göstərir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Koronavirusla bağlı son vəziyyət açıqlandı
İri ticarət mərkəzlərinin aqibəti necə olacaq?
Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI
Məşhur futbolçunun qabırğası sındı
Burak Özçivitin filminə qadağa qoyuldu-FOTO
Bu gün ixtisas seçimi başa çatır
Müxalifət Paşinyana istefa üçün vaxt qoydu
Qanunsuz tikilmiş evlərin qeydiyyatı bizə nə verəcək?
Qorxulu film izləməklə arıqlaya bilərsiniz
Bakıda 10В°- dək isti olacaq
Shakira öz əl işini təqdim etdi
Permdə doğulan Ömər Xəyyam
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Azərbaycanda Facebook-a maraq azalıb
Hindistan tarixində ilk dəfə
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda
Koronavirusa yoluxan ən kiçik xəstə sağaldı-FOTO
Hər ay bir şəhzadəyə çevrildi
Beyonsenin konsertində zal boş qaldı-FOTO
Doğma kəndim - Baş Küngüt
Kompüter oyunlarını sevənlərə bəd xəbər
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
Bu gün Aşuradır
Hulusi Akar Qarabağda anlaşma barədə: “Türkiyə həm masada, həm də ərazidə olacaq”
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür
Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”
Almaniya kuboku: Türk futbolçu matçın qəhrəmanı oldu, "Bavariya" qalib gəldi
Azərbaycanda sahibkarlar bu xərcdən azad edildi - QƏRAR
Azərbaycanda müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbulu başlanır
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Dəri çatlarının qarşısını necə almalı?
"Coca-Cola"nın "gücü"
Banklara xəbərdarlıq etdi
Qış aylarında dəri baxımı
Yasəmən gülü və faydaları
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Körpə doğulandan sonra hansı qurban kəsilməlidir?
BenQ bazara qayıtdı
Kimə qırmızı kürü yemək olmaz?
Ən çox gəzən turist
Onların da geyimləri var
Ordumuz ermənilərə daha bir zərbə
Mehriban Əliyeva Xalq artistinə avtomobil HƏDİYYƏ ETDİ - FOTO
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Yaxşı işləyib tez qocalmamaq üçün nə edək?
İnsanların mənfi enerjisindən necə qorunmalı?
Jurnalistin ölümünə prezidentdən reaksiya
- ŞƏRHLƏR