
Psixoloq Azad İsazadə Milli.Az-a açıqlamasında deyir ki, münasibətlərin korlanmasında mövcud durum, insanların əhvalı heç də az rol oynamayıb. Ekspert qeyd edir ki, bəzi insanlar sosial problemlərlə yükləndiyi üçün qarşısındakı şəxsin problemlərini dinləmək istəmir. Məhz bu səbəbdən də ünsiyyət pozuntusu yaranır: “Öz problemi də yetərincə olduğundan kiminləsə ünsiyyət qurduqda qarşısındakının dərdini, problemlərini dinləmək istəmir. Bu səbəbdən də insanlar canlı ünsiyyətə girməkdən imtina edirlər”.
Psixoloq deyir ki, insanlar bir-birlərini dinləməyi bacarmırlar. A.İsazadə bu amilin də canlı ünsiyyətin pozulmasından qaynaqlandığını deyir: Canlı ünsiyyətin pozulmasında digər aparıcı amil insanların bir-birlərini dinləməyi bacarmamasıdı. Belədə dərdimizi kiməsə danışa bilmirik. Ünsiyyət birtərəfli olduğu üçün insanlar düşünürlər ki, qarşı tərəf onunla danışmaq niyyətində deyil. Bu da, əlbətdə ki, canlı ünsiyyətin yox olmasına səbəb olur”.
Son zamanlar real ünsiyyətdən daha çox virtual ünsiyyətə üstünlük verildiyini deyən ekspert canlı ünsiyyət qurmayan, dost-tanışla sevinc-kədərini paylaşmayan şəxslərdə qapalılığa meyil müşahidə edildiyini deyir: “Ünsiyyət qurulmadıqda, dərdimizi kiməsə danışmadıqda, sevinc-kədərimizi bölüşmədikdə daha da qapalı oluruq. Artıq insanlar hər hansı məclislərdə də çıxış etməkdən belə imtina edirlər”.
Sosioloq Vaqif Arzumanlı Milli.Az-a açıqlamasında insanın yaşayış, mədəni-sosial vəziyyətinin də canlı ünsiyyətə təsir etdiyini deyir. Ekspert deyir ki, sosial problemləri çox olan şəxslər digərləri ilə müqayisədə daha çox qapalı olur, insanlarla ünsiyyətdən yayınır: “İnsanlar arasında hər zaman canlı ünsiyyət olmalıdı. İnsanın durumundan, yaşayış tərzindən, ailə vəziyyəti və psixologiyasından çox şey asılıdı. O, tanıdığı şəxslərlə münasibətdə hər zaman qayğılı olmalı, onlardan hal-əhval tutmalı, dərdlərinə şərik olmalıdı. Düşünün ki, sizin kimi qarşınızdakı şəxsin də qayğıya, sevgiyə böyük ehtiyacı var. İnsan cəmiyyətdə özünü normal hiss edirsə, sosial-mənəvi tələbləri təmin olunursa, təbii ki bu insan fikir və düşüncələrini dostları ilə bölüşməyə çalışacaq. İnsanın həyatında sıxıntılar, sosial-mənəvi problemlər olarsa, bu zaman onun digərləri ilə canlı ünsiyyətində də problemlər yaranacaq. Çünki o, belə mühitdə özünü cəmiyyətdən təcrid olunmuş hiss edir. Öz dünyasına qapalı olan şəxslər daha çox problem içində olur, qısa ömür sürürlər. Dünyadan təcrid olunmaq düzgün deyil, hər zaman qohum-əqrəbalara, yaxınlarımıza ehtiyacımız ola bilər. Onların da bizə”.
Şəxsin iş şəraitinin, gündəlik həyatının da münasibətlərə təsir etdiyini deyən ekspert bu tip arzuolunmaz münasibətlərin yaranmasında KİV-in rolunu da inkar etmir: “Hazırda elə maneələr var ki, insanlararası münasibətlərə səd çəkir, onun qarşısını alır. Bu, şəxsin iş şəraitindən, hər kəsin gündəlik həyatından asılıdı. Əlbəttə ki, KİV-in, cəmiyyətdə baş verən hadisələrin də bu problemin yaranmasında rolunu qeyd etməliyik. 30-40 il bundan öncə biri qohum-əqrəbasına baş çəkəndə soruşurdu ki, sənin filan şeydən xəbərin var? Amma indi elə deyil. İstənilən anda dünyada baş vermiş hadisə haqda internetdən dərhal məlumat ala bilirik. Bu da istər-istəməz insanlar arası ünsiyyətin intensivliyinə təsirini göstərir”.
Ekspert qeyd edir ki, sosial-mədəni həyatı yüksək səviyyədə olan ölkələrdə canlı ünsiyyət daha yüksək səviyyədədi: “Canlı ünsiyyətə hər zaman böyük ehtiyac var. Fərdin hər zaman cəmiyyətdən görüb-götürməyə ehtiyacı var. Bu ehtiyac da cəmiyyət tərəfindən ödənilməlidi. Folklorumuzda belə bir deyim var ki, insanlar ünsiyyət yaratdıqda yaxınlaşır, ünsiyyətdən qaçdıqda isə uzaqlaşır. Ünsiyyət bütün cəmiyyətlər arasında əlaqənin ən optimal variantıdı”.
Münasibətlərin azalmasında şəxsi ədavətin də rolunu danmayan V.Arzumanlı deyir ki, nəinki fərdlər, eləcə də ölkələr, təşkilatlar qarşılıqlı münasibətlər əsasında hansısa uğura əl atırlar: “Canlı ünsiyyətin azalmasında insanlar arasında müəyyən ədavətlərin də rolu ola bilər. Dövlətlərarası münasibətlər də bu cürdür. İki ölkənin qarşılıqlı əlaqəsi, işbirliyi yoxdursa, bu zaman hansı ünsiyyətdən söz aça bilərik. Maraqlar ölkələri, təşkilatları, beynəlxalq inistitutları, şəxsləri bir-biri ilə yaxınlaşdırır. Elə ölkələr var ki, ünsiyyətdə olmasa, elmi-texniki yeniliklərdən istifadə etməsə, məhv olar. Elə ölkələr var ki, onlarda insan potensialı, faydalı qazıntılar azdı. Lakin dünya elminin uğurlu nəticələrindən istifadə edərək yeni uğurlar əldə etməyə nail olurlar. Əlbəttə bütün uğurlu nəticələr münasibətlər qurulduqda əldə edilir”.
V.Arzumanlı qohumluq münasibətlərinin qırılmasında internetin aparıcı rolda olmadığını düşünür: “Qohumluq münasibətlərinin qırılması düşünmürəm ki, sırf internetin təsirindəndi. İnternet bir vasitədir. Bundan öncə internet yox idi. Zaman gələcək internet də sıradan çıxacaq, daha mütərəqqi vasitələr yaranacaq. Qohumluq münasibətlərinin cari durumu madiyyat və mənəviyyat amilindən daha çox asılıdı. Mənəviyyatı olmayıb maddiyatı olan şəxslərin də qohumluq münasibətləri bir o qədər də ürəkaçan deyil. Axı insanın fiziki və mənəvi tələbləri bu gün, dünənlə bağlı deyil. Əsrlərdir ki, bu münasibətlər olub. Qohumlarla sıx əlaqə saxlamaq lazımdı. Valideyn yaxşı valideyn, övlad nümunəvi övlad olmağa çalışmalıdı”.
Sədidən misal gətirən ekspert öncəki münasibətlərin bərpa olunması, canlı ünsiyyətə meylin artması üçün ekspert tövsiyələrini bizimlə bölüşür: “Sədinin bir sözü var, deyir ki, özündən yaxşıyla gəz axşam-səhər, özün kimisi ilə vaxtın boş keçər. İnsan hər zaman yaxşı şeyləri görüb-götürməyi bacarmalıdı. Çalışın ki, bir-birinizin yanından biganə keçməyin, hal-əhval alın, dərdlərinizə şərik olun, sevincinizi paylaşın. Dost-tanışınızın gündəlik güzəranının necə olmasını, işini, problemlərini öyrənin”.
Mənbə:Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Zidan evlənir
Azərbaycanda ailə qurmaq istəyənlər üçün tələblər DƏYİŞDİ
Tovuzda 9 min illik yaşayış məskəni aşkarlanıb
İnstagram-da necə məşhurlaşmaq olmaq?
İlham Əliyev və Mehriban xanımın “İçərişəhər” FOTOları
Bu möcüzəvi qarışımla gəncləşin
"Ermənistanda başa düşürlər ki, Azərbaycan Ordusuna qarşı dayana bilməyəcəklər"
Gəlin, birlikdə hazırlayaq
Qeyri-adi içki reseptləri
Prezident İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib
Anomal, yoxsa normal hava?
Putin İrəvanı iki yerə böldü
Avropa Birliyi İraqa 75 milyon dollar yardım edəcək
Ailə anlayışının tarixi və funksiyaları
Küləkli günlər nə vaxtadək davam edəcək?
Kimlər direktor ola bilərlər? - Qaydalar açıqlandı
Şeytana çevrilən insanın keçdiyi 7 mərhələ
Ledi Qaqa yeni ili onunla keçirdi-FOTO
DİQQƏT: Telefon kamerası ilə İZLƏNİLİRSİNİZ
Yaddaşı zəif olanlara müjdə
Hamilə olduğunu doğuşdan 4 saat əvvəl bildi - FOTO
Qadınları necə xoşbəxt etmək olar?
Ömrünüzü kəsənləri niyə bu qədər sevirsiniz?
Toppuzun hazırlanması və istıfadəsi (foto izah)
BÜRCLƏR bizə nə vəd edir?-16 noyabr
Dünyanı məhvə aparan dərman qadağan edilir
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Günün qoroskopu: hisslərinizə hakim olun
"Terminator: Qaranlıq talelər"-in çəkilişi başa çatıb-FOTO
“WhatsApp”dan iki maraqlı yenilik
İran 20 faizdən Azərbaycanın hesabına qurtulur
İnsan üzlü balıq görüntüləndi - FOTO
Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Qırışlardan xilas edən cirə maskası
Bakıda akademiyada yanğın olub
Ebru Gündeş Bakıya gəlir-FOTO
Televizora baxmamağın 8 səbəbi
Azərbaycan Qafqazda ilkə imza atdı
Böyük Britaniyadan Dağlıq Qarabağ açıqlaması
Azərbaycanda 165 min uşaq 1-ci sinfə gedir!
Pendirli "düşbərə" (foto resept)
Körpələr üçün toxunma ayaqqabı modelləri
O dünyanın ən gönüqalın rəssamıdır
İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxış etdi - VİDEO
Facebook ənənəvi KİV-i sıxışdırır
Xoşbəxtlik gətirən 10 gül
Bu gecə Həcc ziyarəti başlayır
Qadınları cəlbedici edən xüsusiyyətlər
Kainat: düsturların ahəngi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]