
Cəmiyyətdə baş verən proseslərə Facebook-un təsiri danılmazdır. Müəyyən məlumatları əldə etməkdə, yaxud ötürməkdə yardımçı olan sosial şəbəkə bəzən iş və ailə həyatımıza da mənfi təsir göstərir. Əlbəttə, bu problem həddindən artıq Facebook-a bağlanmağımızdan irəli gəlir. Bu zaman dost-tanış, ailə üzvlərimizlə canlı ünsiyyətimiz pozulur, bizim üçün hər hansı bir istifadəçinin paylaşdığı status daha maraqlı olur. Bu amillər ailə ilə yanaşı, iş həyatına da təsirini göstərir. Nəticədə kollektiv münasibətlərimiz pozulur, rəhbərliklə müəyyən problemlərimiz yaranır.
"Görəsən, günümün neçə saatını Facebook-da keçirirəm" deyə özünüzə sual verdinizmi? Ailənizə, işinizə daha çox vaxt ayırırsınız, yoxsa Facebook dostlarınıza? Öncəki illərlə müqayisədə canlı ünsiyyətimiz azalıb. Əlbəttə ki, sosial şəbəkələrin, internet dünyasının təsiri nəticəsində bu gün ailəmizə, yaxınlarımıza kifayət qədər vaxt ayırmırıq. İşimizi də lazımınca görə bilmirik... Bəzən iş saatının sonunda xəbər tuturuq ki, sən demə, bütün günümüzü Facebook-da keçirtmişik.
Psixoloq, mütəxəssis Elnur Rüstəmov Facebook “xəstəliy”indən yaxa qurtarmağın yollarından Milli.Az-a danışır. O deyir ki, sosial şəbəkələrdə kifayət qədər vaxt keçirmək zaman itkisinə səbəb olaraq işin keyfiyyətini aşağı salır: “Bir qisim insanlar Facebook-dan işinə görə yararlanır, gördüyü işləri, maraqlı məlumatları paylaşır. Etiraf edək ki, bu gün Facebook, o cümlədən də digər sosial şəbəkələrdə zamanını itirənlər də az deyil. Kifayət qədər sosial şəbəkədə olmaq insanın psixoloji durumuna mənfi təsir edir”.
Psixoloq deyir ki, uzun müddət sosial şəbəkələrdə əylənmək psixoloji gərginliklə yanaşı, ailədaxili, o cümlədən valideyn-övlad münasibətlərində də problemlər ortaya çıxarır. Zaman itkisinin iş həyatına mənfi təsirindən danışan ekspert Facebook-a daxil olan şəxslərə özləri üçün bəlli sistem yaratmağı tövsiyyə edir:
“Tövsiyyə edərdim ki, insanlar sosial şəbəkələrdə bəlli bir zaman çərçivəsində olsunlar. Facebook-da uzun müddət olmaq işgüzar həyatla yanaşı, ailədaxili, valideyn-övlad münasibətlərini də zərbə altına salır. Bu zaman insanların iş həyatında problemlər yaranır. Diqqətsizlik və s. bu kimi nüanslar görülən işin keyfiyyətini aşağı salır. Problemlərdən yaxa qurtarmaq üçün bəlli bir rejim yaratmalıyıq ki, günün yalnız bir hissəsini Facebook-da keçirək”.
Bu zaman kəsiyinin normalda bir-iki saat olduğunu deyən ekspert mövcud durumdan gileylənir. O, deyir ki, bu gün insanların böyük əksəriyyəti Facebook-da sadəcə olaraq vaxt öldürür, hər hansı bir faydalı işlə məşğul olmurlar: “Normalda bir-iki saat Facebook-da zaman keçirə bilərik. İnsan sosial şəbəkədən məqsədli şəkildə istifadə etməlidir - əgər buradan nəsə fayda ala biləcəksə, yaxud da faydalı məlumat ötürə biləcəksə. Amma təəssüflər olsun ki, Azərbaycanda bu gün Facebook-a daha çox vaxt keçirmək üçün daxil olurlar. Facebook-dan məqsədli şəkildə istifadə edilmədikdə gözlədiyimiz nəticə də uğursuz olur. İş adamları daha çox işlərini yönləndirmək, çalışdıqları sahə üzrə əlavə məlumat almaq məqsədi ilə sosial şəbəkəyə daxil olmalıdırlar. Bu baxımdan Facebook-un faydalı tərəfləri də var. Lakin təyinatına uyğun sosial şəbəkədən istifadə edilmədikdə gördüyümüz işin keyfiyyəti aşağı düşür, kollektiv münasibətlər pozulur, psixoloji gərginlik yaranır”.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
İşğaldan azad olunan Hadrut qəsəbəsi və Tuğ kəndi havadan görüntüləndi - VİDEO
Bədəni canlandırıb zehni açan düzgün nəfəs texnikası haqqında eşitmədikləriniz
Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi - RƏSMİ
Nikahdankənar münasibət yaşayanları gözləyən BÖYÜK TƏHLÜKƏ
1 iyun Uşaqların beynəlxalq müdafiəsi günüdür
Bütün noutbuklar üçün eyni...
Övladımıza cinsi təhsili nə vaxt verməliyik?
Azərbaycanda koronavirusa rekord yoluxma və ölüm
Azərbaycanda prestijli nömrələrin qiymətləri açıqlandı
Əslində zərərli olmayan qidalar
Qarderobunuzu qışa hazırlayın
Ayaqdakı qabarlara qarşı qulluq
Ermənistan üçün dərs olan aprel döyüşləri və ya geriyə yolu olmayan məğlubiyyət
Qanunsuz olaraq tutma və həbsə alma cinayətinə görə cəzanın minimum həddi qanunvericilikdən çıxarılır
Dənizi hədiyyə verirəm sənə...
Günün ulduz falı - 07.09.2013
Cansu Dere və Tuba Büyüküstün QALMQALI
Üz dərisini qorumağın 5 üsulu
4 addımda üz baxımı
5 yaşlı qız ayda 500 min qazanır
ÜST-dən COVID-19-un fəsadları ilə bağlı AÇIQLAMA
Salvador Dalinin oğurlanmış əsəri tapıldı!
Hamilə qadınların makiyajı
Rayonlara gediş-gəliş bərpa edilir? - RƏSMİ AÇIQLAMA
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
Keti Perri şahzadə Çarlz haqqında bunları dedi
Miqrenə çarə mətbəxdə
Güclü külək qayıdır: tempratur düşəcək
Ringelman effekti
İsrail atəşkəsi pozdu
Niyə təbii gülümsəməyi süni şəkildə edə bilmirik?
Azərbaycanda təqaüdçülərin sayı artacaq
Eliksirlə 10 yaş cavanlaş!
Serialların dillər əzbəri olan sevgiləri
Günün ulduz falı
Azərbaycana payız gəldi
Pensiyaçılara şad xəbər
Lavrov və Kerri Qarabağı müzakirə etdilər
Gülben Ergen xəstəxanalıq oldu - FOTO
Evdə "Hamburger" (foto-resept)
Ağciyərlərinizi qoruyun
Türkiyədə qəribə ayaqqabı hazırlandı: Süi-qəsdin qarşısını alır
Bilərzik hazırla(2)
Android-li noutbuk hazırlanacaq
Zehnin gücü ilə zəngin olmağın yolları
Azərbaycanda hava kəskin dəyişəcək
Dalay Lama müsəlmanları müdafiə etdi
Bu fotolara baxmağa dəyər
Fransada təcili yardım xidmətləri ödənişli olacaq
Günün qoroskopu: qətiyyətli, sərt və hətta aqressiv olun

- ŞƏRHLƏR