Erməni nazir CNN-in sualları qarşısında aciz qaldı - VİDEO
Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra CNN-ə müsahibə verib.
Tanınmış xanım aparıcı Kristian Amanpurun qonağı olan Mnatsakanyan ona ünvanlanan çətin suallar qarşısında aciz qalıb.
Müsahibənin əvvəlində o, humanitar atəşkəsi kobud şəkildə pozan və mülki şəxslərə qarşı təcavüz edən Ermənistanı müdafiə etmək üçün hər cür yolla bəhanə tapmağa çalışıb. Lakin Kristian Amanpur Mnatsakanyanın çıxışına bir neçə dəfə müdaxilə edərək, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsini xüsusi qeyd edib.
Xanım Amanpur erməni nazirə, eyni zamanda 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamənin qəbulunu da xatırladıb.
9 bənddən ibarət bu qətnamə BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqeyini bir daha ifadə edir. Sənəd Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını özündə əks etdirir.
Erməni nazir xanım aparıcının bu sualı qarşısında özünü itirir və eynilə bir müddət əvvəl BBC-yə müsahibəsi zamanı çətin vəziyyətə düşən baş nazir Paşinyan kimi mövzunu dəyişməyə çalışır. Aparıcının növbəti sualı da Mnatsakanyanı çıxılmaz duruma salır.
Kristian Amanpur Paşinyanın açıq-aşkar Ermənistanın işğalçılıq siyasətini özündə əks etdirən “Qarabağ Ermənistandır” açıqlamasını yada salır. O, erməni nazirdən Paşinyanın bu millətçi və təxribatçı açıqlamasının nəyə hesablandığını soruşur. “Bu açıqlama Ermənistanın Qarabağı özünə birləşdirmək istəməsi kimi qəbul edilə bilərmi?” - deyən xanım aparıcı nazirdən izahat verməyi tələb edir.
Mnatsakanyan isə növbəti dəfə suala cavab verməkdən yayınır. O, iddia edir ki, bu cür bəyanatlar verməklə Paşinyan yalnız “Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyində Ermənistanın rolunu” düşünüb. Zohrab Mnatsakanyanın dilindən səslənən bu absurd cavab bir daha rəsmi İrəvanın qorxaq siyasət yürütdüyünü ortaya qoyur.
CNN-in canlı efirində çətin vəziyyətə düşən Ermənistanın xarici işlər naziri “Qarabağ Ermənistandır” deyən baş nazirinin əslində qeyri-səmimi və təhrif olunmuş, beynəlxalq qanunlara zidd açıqlama verdiyini etiraf etmiş oldu.
XƏBƏR LENTİ
Uşaq bezlərində təhlükə aşkarlandı
Kakaolu keks (foto-resept)
Ətli çörək (foto resept)
Qoruyucu maskalar həyatımızdan nə vaxt çıxacaq?
Giorgi Marqvelaşvili seçicilərin 65 faizinin dəstəyini qazanıb
Cadu, əməl varmı?
Keta ilə geyimləri necə kombinlənməli?
Avropalı bayrama nə qədər xərcləyir?
Namaz qılmayanın orucu qəbul olurmu?
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
Muratdan Handeyə jest
Putin Azərbaycana hərbi donanma ilə gəlir
2021-ci ildə Azərbaycanda doğulan ilk uşaq
Hava haqqında
“Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır” - Tanınmış professor
Ingilis dili-XXII-2 Dərs
Qida formasında bijuteriyalar
Dünyada bir ilk - hiss edilən protez (FOTO)
Petek Dinçöz Şəkiyə gəlir
Ölü dəriləri təmizləyən noxud maskası
Peçenye konfetlər(foto resept)
Qozlu tort (foto resept)
İlham Əliyevin oğlu imtahan verdi
Əncirli keks (foto-resept)
Qalın dabanlı ayaqqabı modelləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
Kişilərin saçı tökülürsə...
Uşağınız tez-tez ağlayırsa...
Marketlərdən alış-veriş edərkən buna diqqət edin
Bakıya yeni ikimərtəbəli qatarlar gətirildi
Arzularını gerçəkləşdirən yaşlılar
Yaponiyada güclü zəlzələ oldu
“Doğduğun Ev Kaderindir”də yeni aktyor
HAVA necə olacaq?-3 Yanvar
Beren Saat həftəyə 200 min qazanır
Dünyanın ən gözəl qadını seçildi, bu xəbərə güldü
2020-nin ən məşhur çantaları
Prezident yeraltı keçidin açılışında iştirak etdi (FOTO)
Yeni doğulan körpə ilə təmas
Hamilə xanımlar, oriental rəqs edin
Nəvəyə baxan nənələrə dövlət pul ödəyəcək
Məşhur müğənni üçüncü dəfə ana olacaq-FOTO
Daha hansı filmlərimiz rənglənməlidir?
Gicitkənin saçlara faydası
Yeni 10 manatlıq əskinaslardan qorxanlar var-FOTO
İsti havalarda idmana diqqət!
Şaftalı cemi ilə piroq (foto resept)
Bizim Tarla - ETİBARINIZ ADIMIZDIR!
Kitab rəfi modelləri