Bu cür hallar dəfələrlə baş verib. Lakin manatın devalvasiyasından sonra bu cür hallara daha çox rast gəlinir. Hazırda marketlərdə olan bütün malların qiymətində artım var. Bəzi marketlər ucuz qiymətlərlə alıcı cəlb etməyə çalışırlar. Lakin bu zaman müştəriləri aldadırlar. Vitrindəki qiymətlərlə kassadakı qiymətlər uyğun gəlmir. Bunu isə diqqətli olan, malı aldıqdan sonra qəbzdəki qiymətlə tutuşduran alıcılar aşkar edə bilir. Marketlər bunun izahı kimi deyirlər ki, qiymətlər dəyişdiyindən bu cür yanlışlığa yol verilib. Market sahibləri bunu sırf texniki problemlə izah edirlər. Amma bütün hallarda alıcı maddi zərər görmüş olur.
Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, belə hallardan biri də "Favorit" marketdə baş verib. Vitrində qiyməti 16,56 manat olan yağın kassadakı qiyməti 20,29 manatdır.Bu cür halla rastlaşan müştəriyə market əməkdaşları belə cavab verib: "Qiymət artımından sonra malın qiymətini vitrində dəyişməmişik".Lakin market əməkdaşlarının bu dediyini yalanlayan sübut elə vitrindəki qiymətin üzərində olan tarixdir. Həmin tarix 22 dekabrı, yəni devalvasiyadan bir gün sonranı göstərir. Bu o deməkdir ki, malın yeni qiyməti devalvasiyadan sonra vurulub. Müştəri pulunun qaytarılmasını istəsə də ondan artıq alınan 3,73 manat qaytarılmayıb.
Bəs belə olan halda müştəri nə etməlidir?İqtisadçı ekspert Qadir İbrahimli deyir ki, belə olan halda alıcı ən aşağı qiyməti ödəyərək istədiyi malı almalıdır: "Müştəri marketdə malların çeşidlərinə baxır və öz büdcəsinə uyğun qiymətdə olan malı seçir. Alıcı əlbəttə ona sərf edən qiymətdə olan malı almaq istəyir. Və belə halla rastlaşan alıcı ən ucuz qiyməti ödəməlidir".Ekspert bu cür hallarla rastlaşan alıcıları müvafiq qurumlara müraciət etməklərinin vacib olduğunu bildirdi: "Bu istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır. Manatın devalvasiyasından sonra bəzi marketlər alıcılara göstərmək istəyirlər ki, guya onlarda qiymət artmayıb. Ancaq mallarını baha qiymətə satırlar. Buna görə də vitrindəki qiymətlə, kassadakı qiymət fərqli olur. Belə olan halda alıcı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidir. Bu sırf həmin ticarətçilərin spekulyasiyasıdır".Qeyd edək ki, dövlət xidmətinin çağrı mərkəzi ilə bu nömrə ilə əlaqə yaratmaq olar: 195-2
Mənbə:Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Android-də viruslar azalıb
Yad planetli olmaq üçün 50.000 dollar xərclədi
90 min uşağın həyatını xilas edən qadın
Soğan kababı (foto resept)
Rusiya hərbi gəmiləri Xəzərdə hazır vəziyyətə gətirildi
Övladımızın sevdikləri və sevmədikləri
Sinəsini böyütmək istəyirdi həyatı kabusa döndü-FOTO
Uşaqlar yay tətilində nə etməlidirlər?
Azərbaycanda bəzi ərzaq məhsulları bahalaşdı
Gülben Ergen və Yeşim arasında qalmaqal
Badam yağının 6 faydası
Ermənilərin qərargah rəisi və tabor komandirinin müavini məhv edildi: Düşmən mövqelərini qoyub qaçır - RƏSMİ
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
Yeni il tortları-2
Qaymaqlı sosuda dadlı dairəciklər(foto resept)
Depressiyadan qorunmağın yolları
Aran rayonlarının əhalisi pulsuz müayinə olunacaq
Serialdakı eşq gerçək oldu?
Bir vücudda iki insan
Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təklifinə cavab verməyib
Nizami Gəncəvidən ibrətamiz kəlamlar (II hissə)
Uşaqlar texnologiyadan necə istifadə etməlidirlər?
Ağıllı uşaqların valideynlərinin nəzərinə!
Messi Raulu geridə qoydu
Prezidentdən qanuna dəyişiklik
Toyuq ətində Ebola: Azərbaycana böyük təhlükə
4 ay sonra reanimasiyadan çıxan COVID-19 xəstəsinin ilk sualı: "Niyə hamı.."
“Qarabağ”da şok itki
Necə “aldanırıq” – MARKETOLOQLARIN AДћILLI HİYLƏSİ
"Halal" standartı almaq üçün müraciət etmiş şirkətlərdə yoxlamalar aparılır
Azərbaycanda 50 minə yaxın insanın qan problemi
Avropada tərk edilmiş binalar
16 yaşlı qızın mədəsindən 300 qramlıq tük topası çıxarıldı
Deyl Karnegidən 12 məsləhət (1)
Bayram namazı necə qılınacaq?
Çox yemək istəyinin qarşısını almaq üçün 3 qayda
Günün ulduz falı - 04.02.2014
"Eurovision 2012"-nin qalibi İsveç oldu!
Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ - RƏSMİ
Hamiləlik psixologiyası
“Wi-Fi” şəbəkəsini necə genişləndirmək olar? - Yeni kəşf
Sıla milyonluq maşını ilə gündəmdədir-FOTO
Qeyri-adi üzüklər
MDB ölkələrinin vətəndaşları üçün Rusiyada qalma müddəti məhdudlaşdırıla bilər
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü: 44 yeni yoluxma
Neslihan:"Qorxularımla üzləşirəm"
Adriana Limanın bu FOTOsu diqqət çəkdi
Hipersəsli silahların yeni erası: Rusiyada daha bir “Avanqard” hazır vəziyyətə gətirildi - VİDEO
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Geomaqnit qasırğasının səviyyəsi yüksəlib















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]