Respublikada fəaliyyət göstərən məşhur supermarketlər şəbəkələrinin çoxu alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən filiallarını bağlayırlar. ANS PRESS-in məlumatına görə, dekabrın 21-dən manatın üzən məzənnəyə keçməsi mağazalarda bəzi məhsulların bahalaşmasına, bəzi obyektlərin isə bağlanmasına səbəb olub.
Bu vəziyyət özünü daha çox Bakıda fəaliyyət göstərən və ərzaq satışı ilə məşğul olan iri marketlərdə göstərir. Belə ki, məşhur mağazalar şəbəkələrindən aldığımız məlumata görə, onların satışlarının həcmi 3-4 ay bundan əvvəlki ilə müqayisədə xeyli azalıb.“Əvvəllər kassanın önündə saatlarla növbə olardı, amma indi belə hallara ancaq bayram günləri rast gəlmək olar, amma yenə də əvvəlki kimi deyil. Alıcılarımız xeyli azalıb. Bu da insanların maddi durumu ilə bağlıdır”, - deyə paytaxtda yerləşən supermarketlərdən birinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri bildirdi.Əlaqə saxladığımız digər marketlərin işçilərindən də eyni cavabı aldıq. Paytaxt sakini Xuraman Heybətovanın sözlərinə görə, marketlərdə satılan malların qiyməti devalvasiyadan sonra 2-3 dəfə artıb: “Mən dollar qalxmazdan əvvəl tez-tez marketlərdən alış-veriş edirdim. İndi isə ancaq yarmarka vaxtını gözləyirəm. Çünki dollar qalxan kimi marketlərdə qiymətləri elə qaldırdılar ki, ora girmək mümkün deyil. Səbəbini də soruşanda deyirlər, mallar xaricdən dollarla gəlir, ona görə qaldırmağa məcburuq”.Həqiqətən də paytaxtda fəaliyyət göstərən iri supermarketlərdə qiymətlərdə artım var. Məsələn, əvvəl 1 manata satılan xama indi 1 manat 85 qəpiyədir. Kənd təsərrüfatı məhsullarının qiymətləri yarmarkalarda satılan eyni məhsulların qiymətlərindən 2-3 dəfə yüksəkdir.Hətta bəzi iri supermarketlər alıcılara əlavə güzəştlər təklif etmək əvəzinə qiyməti ucuz olan məhsulları tək-tək satmaqdan imtina edirlər. Bu da alıcıların həmin mağazalardan alış-veriş etməkdən imtina etməsinə gətirib çıxarır.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Güləşçilərimizdən növbəti uğur
Əhaliyə xəbərdarlıq: bunları yməyin!
1 aya 4 kiloqram arıqlamaq üçün...
Daha top atmırlar...
Vəziyyət nəzarətdən çıxdı
İyulun havası: 43 dərəcə isti
Səhiyyə Nazirliyi 5 yeni elektron xidmət istifadəyə verdi
Ölən kaskadyorun ailəsinə 8,6 milyon ödəndi-FOTO
Həftə ərzində 49 saatdan çox işləyənlərə XƏBƏRDARLIQ
Batumiyə avtobusla getmək istəyənlərin nəzərinə
“Dərs vaxtı” üzrə teledərslərin sabaha olan cədvəli
Qış üçün geyim dəstləri
Bu boyunbağı olmadan evlənmirlər
Kuçma: "Dünya Qarabağ münaqişəsi ilə barışıb"
Ermənistan ordusu itki verdi
Dəniz Çakır bir çox saytların bloklanmasını tələb edib
Məhkəmə Cem Yılmazın iddiasını rədd etdi - VİDEO
Sabahın HAVAsı
Günün qoroskopu: maliyyə fonu uğursuzdur
Uşaqlar niyə oğurluq edirlər?
Facebook-a mobil telefonlarla daxil olanlara ŞAD XƏBƏR
Günün qoroskopu: məqsəd və hədəfləri konkretləşdirin
İrina Şeyk məşhur brendin siması oldu-FOTO
Fındıqlı gilas mürəbbəsi (foto resept)
Xəzərin səviyyəsi 2 metrədək qalxa bilər
BÜRCLƏR bizə nə vəd edir? -26 MAY
Azercell-dən gənc musiqiçilərə daha bir töhfə
Mayın 30-da səmada baş verəcəklər...
İynə ilə rəsm çəkən tibb bacısı
İstirahət günü çimərliyə getmək istəyənlərə pis xəbər
"Qarabağ"-"İnter" oyununun nəticəsi dəyişə bilər
İranın ali dini lideri ABŞ-ı tənqid etdi
Müdafiə Nazirliyi: “Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir”
Ramazan bayramınız mübarək!
Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara start verilir
Xoşbəxtliyin sirri
Günün ulduz falı - 13.09.2013
Forvardın bu hərəkəti ölkə futbolunu bir-birinə qatdı
Vadoma qəbiləsinin sağalmaz XƏSTƏLİYİ
Kosmosda peçenye bişirdilər - VİDEO
Akupunktur müalicə
Can Yaman Demetlə münasibətinə aydınlıq gətirdi-FOTO
Şeron Stoun hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Orucluqdan sonra qidalanmağa diqqət
Azərbaycan çətin sözdür?
"Əti də mənim, sümüyü də..."
Gülben Ergen “YouTube” kanalı açdı - FOTO
Suyun faydaları
Mədəniyyət naziri Sami Yusifi təltif etdi
Şeyma Subaşı İllər sonra ilk dəfə ETİRAF ETDİ














