
Fevralın 5-də Bakıda Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının V iclası keçirilib.Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasda iştirak edib.Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyası “Bakı 2015” birinci Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirib.Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının iclasının əhəmiyyətindən danışıb, Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi məqsədilə burada güclü və peşəkarlardan ibarət komandanın çalışdığını bildirib.Mehriban Əliyeva iclasda çıxış edib: “Cənab prezident, təşəkkür edirəm. Sizin dəyərli fikirlərinizi eşitməyə çox şadam. Mən bütün qonaqlarımızı salamlamaq istərdimAvropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki, əlaqələndirmə komissiyasının sədri cənab Spiros Kapralos və komissiyanın dəyərli üzvlərini yenidən Azərbaycanda salamlamaqdan məmnunam. Çox şadam ki, sizinlə birgə “Bakı-2015” Avropa Oyunları Əlaqələndirmə Komissiyasının beşinci və sonuncu iclasını açırıq.Siz 2012-ci ilin dekabrında Bakını birinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün seçəndən ölkəmiz Avropanın qürur duyacağı yüksək səviyyəli beynəlxalq tədbiri təşkil etməklə məşğul olub. Bu oyunlar Avropa idmanında tarixi hadisə olacaq. Azərbaycan üçün bu, ölkəmiz, ənənələrimiz, mədəniyyətimiz və tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır.Biz ilk Oyunların keçirilməsinin şərəfli və məsuliyyətli iş olduğunu qəbul edirik. Siz bu gün və sabah bizə olan etimadınızın əbəs olmadığını görəcəksiniz. Baxmayaraq ki, qarşıdakı bir neçə ay ərzində planlarımıza son ştrixləri vurmalıyıq, ümidvaram ki, biz hamımız indiyədək əldə olunan əhəmiyyətli nailiyyətlərlə fəxr edə bilərik.Mən bizim həyata keçirdiyimiz planların bəzi əsas təfərrüatları barədə məlumat vermək istərdim. Bildiyiniz kimi, bir çox məkanlarımız hazırdır və Oyunlar üçün sınaqdan keçirilir. Sınaq bu yay idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq üçün hər bir detalın hazır olacağını təmin etmək məqsədilə təşkil olunur. İyunda Oyunların açılışı olanadək 35 sınaq tədbiri və sınaq yarışması keçiriləcək. Gimnastika, boks və güləş üzrə növbəti sınaq tədbirlərimiz mart və aprel aylarında baş tutacaq. Fevralın sonunadək biz bütün məkanların daimi bazasının tikintisini başa çatdırmaq niyyətindəyik. Bu, bizə aprel ayında lazımi quraşdırma işləri aparmaq üçün kifayət qədər vaxt verəcək. Müqavilələrimizin 84 faizinin gecə-gündüz bizim komandamızla birgə çalışan Azərbaycan şirkətləri ilə bağlanması müsbət haldır. Əminəm ki, bu gün məkanlara baş çəkərkən siz heyran qalacaqsınız. Bizim dünya standartlarına cavab verən atletlər kəndi 7300 çarpayısı olan 1000-dən artıq mənzildən ibarətdir”.Mehriban Əliyeva bildirib ki, birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. İyunun 10-da beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə də Oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləyə biləcəklər. Bundan başqa, könüllülərdən indiyədək 16 mindən artıq müraciət daxil olub.Mehriban Əliyeva hökumətin mövcud nəqliyyat infrastrukturuna böyük məbləğdə investisiya yatırdığını da diqqətə çatdırıb: “Mən qürur duyuram ki, hazırda Bakı Avropa Oyunları Əməliyyat Komitəsində 950 gənc çalışır. Bu, Oyunların ən dəyərli miraslarından biridir və əminəm ki, bu, onların gələcək həyatı üçün böyük təcrübə imkanıdır”.Mehriban Əliyeva açılış mərasimində unudulmaz şounun keçiriləcəyini də söyləyib. Təşkilat Komitəsinin sədri hər gün üçün xüsusi mədəni tədbirlər proqramının hazırlandığını, bağlanış mərasiminin də yaddaqalan olacağını bildirib.İdmanın və Olimpiya hərəkatının dəstəklənməsinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu vurğulayan Mehriban Əliyeva idmançılarımızın nailiyyətlərini qeyd edib, bu Oyunların bütün iştirakçıları birləşdirəcəyinə, yeni idman ənənəsi üçün güclü təməl yaradacağına əminliyini bildirib.Avropa Oyunları Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos isə Komitənin son aylarda əldə etdiyi yenilikləri yüksək qiymətləndirib. Azərbaycanda yaradılmış idman infrastrukturunu yüksək qiymətləndirən Spiros Kapralos Bakıda iki gün ərzində aparılacaq müzakirələrdə mühüm qərarların qəbul olunacağını söyləyib.Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə birinci Avropa Oyunlarında əsas diqqət mərkəzində atletlərin olacağını bildirib. “Bakı-2015” Oyunlarında uğur qazanan iştirakçılara xüsusi dizaynla hazırlanmış medalların təqdim olunacağını vurğulayan nazir deyib: “Bildiyiniz kimi, Təşkilat Komitəsi Oyunları təkbaşına təşkil etmir. Bizim 7 rəsmi tərəfdaşımız var. Oyunların yayımı ilə bağlı Avropa və dünyanın digər ölkələrindən olan şirkətlərlə müqavilələr imzalayırıq. Beynəlxalq medianın oyunlara olan marağı getdikcə artır. Biz yeni veb-saytımızı təqdim edəcəyik. Bizim könüllülər və səfirlərlə bağlı proqramlarımız davam etdirilir. Bu yaxınlarda biz Avropa Oyunlarının ulduz elçilərini elan etmişik. Onlar bizə Oyunları ölkədə və xaricdə təbliğ etməyə kömək edəcəklər”.“Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq hazırda işlərin gərgin qrafik üzrə davam etdiyini söyləyib. Onun sözlərinə görə, bu işlərdə beynəlxalq mütəxəssislərlə yanaşı, yerli peşəkarlar da iştirak edirlər.Tədbirdə “Bakı-2015”ə hazırlıqla bağlı videoçarx nümayiş olunub.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Restoranlarda qeyri-adi yemək servisləri
Azərbaycan milli uşaq oyunları-13
Erməni qadın Azərbaycan əsgərlərinə: “Evinizə xoş gəldiniz!” - VİDEO
2018-ci il bu telefonların ili olacaq - FOTO
Şeir əzbərləmək üçün üsullar
Yerin yeni əkizi tapıldı - FOTO
İlham Əliyev və xanımı Mehriban Əliyeva bir sıra görüşlər keçiriblər
Kafe və restoranların hansı tarixdə açıla biləcəyi açıqlandı - RƏSMİ + VİDEO
Ayaqqabılar
London Moda Həftəsi
Yaponiya Urmiya gölünün bərpasına kömək etmək istəyir
Moskvada hərbi parad
Cim Kerridən GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ-FOTO
Telefonla müraciət qaydaları dəyişdi
Ebola qapımızı döyə bilər...
"72 şəhid" ifadəsi nə qədər doğrudur?
Möcüzə içki, ağ çay
İsmayıllıda zona birinciliyi
Dəhşətli İSTİLƏR GƏLİR
Bu yay Azərbaycanda qıtlıq ola bilər: fermerlər təşvişdədir
"Bakı-2015"i Ermənistan televiziyası yayımlayacaq
Apple şirkətindən sensasion etiraf
Qar Adamı (özün düzəlt)
Azərbaycanda yağış yağacaq
Möcüzəvi minerallar - 2
Moruqlu piroq (foto resept)
Saat modelləri
Naringili, jeleli piroq (foto resept)
Toyuqlu,göbələkli börək (foto resept)
Bu kənddə cəmi 3 saat yarım oruc tuturlar
Vitaminli xörəklər - 5
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
15 yaşlı girov geri qaytarılıb
Göyçayda nişanlı qızın cehizləri oğurlandı
Axşam saat 20:00-dan sonra bunları yeməyin!
İranla AEBA arasında nüvə danışıqları başladı
Modelin evi özündən çox diqqət çəkdi-FOTO
2015 bürclərə nə vəd edir?
Həftədə 3 yumurta yesəniz bilirsiniz nə olacaq?
Beren Saat boşanması haqqında İLK DƏFƏ DANIŞDI
Yağ ləkəsini aradan qaldıran 2 üsul
Yayın qorxulu dəbi: gəlin arıqlayaq!
Rahat ev geyimləri
Məşhur reperi güllələdilər-FOTO
Manikürdə retro təsiri: Şəffaf dırnaqlar
Azərbaycanda "ASAN qatar" sistemi yaradılacaq
Ronaldodan 10 milyon avroluq jest
1 milyon dollarlıq qılınc
Sevdalı deyimlər
Qat qat xəmirdən içlikli bükmə (foto resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]