Ötən gün isti hava şəraitindən sonra Azərbaycanda şaxtalı hava müşahidə edildi. Sərt hava şəraiti nəticəsində bəzi evlərin damı uçdu, bəzi yerlər qaranlığa qərq oldu. Lakin vətəndaşlar yaranmış və görünən problemlərdən çox, kənd təsərrüfatında sonradan yaranacaq çətinliklərdən narahatdırlar. Siyəzəndə fermerliklə məşğul olan Kərəm Məmmədov becərdiyi meyvə ağaclarının bu il bar verməyəcəyində qorxur. Kərəm Məmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, bəzi ağaclar artıq tumurcuqlamışdı. Fermer qardan sonra həmin ağacların donacağı və bütün çəçəklərini töküləcəyindən qorxur.
“Biz torpaq adamıyıq. Gözümüzü torpağa dikmişik və çörəyimiz ondan çıxır. İndi havanın bizimlə qorxulu zarafatı gələcəyimizi təhlükə altına atır. Ümidimiz ancaq Allaha qalıb. Ehtiyat edirik ki, bu il məhsullarımız az və keyfiyyətsiz olsun”, - deyə Kərəm Məmmədov bildirib.
Ekspertlər də, isti havadan sonra qəflətən havanın dəyişməsini xeyirli əlamət saymırlar. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov ANS PRESS-ə açıqlamasında bildirib ki, havanın kəskin şəkildə aşağı düşməsi kənd təsərrüfatında müəyyən problemlər yaradacaq. Onun sözlərinə görə, bu hal mütləq bitkilərin fizioloji durumuna təsür edəcək. Ekspert bunu kənd təsərrüfatının bir çox sahələrinə aid edir.
“Nəzərə almaq laızmdır ki, bəzi bitkilərin çiçəklənmə dövrü başlayıb. Bəzilərində bu yekunlaşmaq üzrə idi, digərlərində isə çiçəklənmə başlayırdı”, - deyə Vahid Məhərrəmov bildirib.
Ekspertin fikrincə, əgər bundan sonra da havanın tempraturu aşağı olarsa, daha da ciddi fəsadlar yaranacaq: “Allah eləməmiş yenə qar yağarsa, bu kənd təsərrüfatının faciəsi ola bilər. Lakin bu dəfəki qarın meyvə istehsalına necə təsir etdiyini bundan sonra aparılacaq müşahidələrdən sonra biləcəyik”.
Lakin Kənd Təsərrüfatı Nazirliyində vəziyyətin elə də ciddi olmadığını bildirirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin ANS PRESS-ə verdiyi məlumata görə, dünənki qarın fermerlərin işinə həm müsbət, həm də mənfi təsir edəcək.
“Kənd təsərrüfatı riskli bir sahədi. Yəni hava iqlim şəraitindən sığortalanmayıb. Son dövrlər havanın kəskin dəyişməsi, soyuq hava kütləsinin ölkəyə daxil olması kənd təsərrüfatına ham mənfi, həm də müsbət təsir edir. Bu hal taxılçılığa müsbət təsir edir. Çünki qarın yağması torpaqda münbütlüyü, nəmliyi artırır. Bu da taxıl bitkilərinin inkişafına müsbət təsir edir”, - deyə Murtuzəli Hacıyev bildirib.
Murtuzəli Hacıyev deyir ki, tərəvəz məhsulları adətən aprelin ikinci ongünlüyündə sahələrə köçürülməyə başlanır. Xüsusən də pomidor, xiyar məhsulları və digər bostan məhsullarının əkini aprelin ortalarından başlayacaq. Bu baxımdan bostan bitkilərinin inkişafına müsbət təsir edəcək.
Lakin qarın gözlənilmədən, isti havalardan sonra yağması meyvəçiliyə mənfi təsir edir. Murtuzəli Hacıyevin sözlərinə görə, xüsusən də çəyirdəkli meyvələrin, ərik, alça, badam və s. yetişməsinə ziyandır. Hansı ki, erkən çiçəkləyən ağaclar var, onların bar verməsinə mənfi təsir edir.
Murtuzəli Hacıyev fermerlərə belə hallarda bəzi ehtiyat tədbirlərinin görülməsini məsləhət bilir: “Fermerlər əlavə aqrotexniki tədbirlər həyata keçirtməklə məhsulu bərpa edə bilərlər. Xüsusən də meyvəçiliklə məşğul olan fermerlərə məsləhət görərdik ki, şaxtalı havadan sonra bəzi qabaqlayıcı tədbirlər görsünlər. Torpağa kompleks gübrələr verilsin. Torpaq yaxşıca bellənsin. Bir də, şaxta vuran budaqları kəsməklə don vuran tumurcuqları bərpa etmək olar. Bununla da, məhsuldarlığı müəyyən dərəcədə saxlamaq mümkündür”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 30-da hava şəraiti kəskin dəyişib. Hava yağıntılı olub, sulu qar, qar yağıb.
Qar örtüyünün hündürlüyü Qax 42, Xınalıqda 30, Kişçayda 26, Daşkəsən, Göygöldə 22, Ordubadda 21, Qubada 18, Lerikdə 16, Yardımlıda 14, Lerik, Altıağacda 13, Şəki, Kəlvəzdə 12 , Zaqatalada 11, Naxçıvanda 10, Ağdərədə 8, Şahbuzda 6, Qəbələdə 5, İsmayıllıda 4, Şərurda 3, Biləsuvarda 2, Salyan, Göytəpə, Bakıda 1 sm təşkil edib.
Havanın temperaturu martın 30-da iqlim normasından 6 dərəcə aşağı olub.
Mənbə:ANS PRESS
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR