"Son günlər ərzində havanın qeyri-sabit keçməsi ölkədə ərik ağaclarının məhsuldarlığının aşağı düşməsinə səbəb olacaq".
Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun elmi işlər üzrə direktor müavini Vahid Əliyevdeyib.
Onun sözlərinə görə, havaların qeyri-sabit keçməsi ərik ağaclarının çiçəklərinin tozlanma olmadan məhv olmasına gətirib çıxarıb.
Hazırkı hava şəraitinin daha çox çəyirdəkli meyvələrin məhsuldarlığına təsir göstərəcəyini deyən institut rəsmisi qeyd edib ki, çəyirdəkli meyvələrdən olan alça artıq tozlanma prosesini keçirib: "Buna görə də onun məhsuldarlığının azalması ilə bağlı problem yaranmayacaq. Lakin soyuq, yağıntılı hava şəraiti davam edərsə, digər çəyirdəkli meyvələr - şaftalı, albalı və gilasın da məhsuldarlığı azala bilər. Ərikdən sonra şaftalı, şaftalıdan sonra isə albalı, gilas, daha sonra isə alma və armud ağacları çiçək açır, tozlanır. Əgər yağıntılı hava şəraiti davam edərsə, onda bu meyvələrin də məhsuldarlığı azalacaq”.
V.Əliyev qeyd edib ki, əgər rütubətli hava şəraiti davam edərsə, ağaclarda göbələk xəstəliyi olan dəmgil də yarana bilər.
Meyvəçilik təsərrüfatının sahibi, fermer Həsən Həsənov isə Trend-ə bildirib ki, yağışın yağması rayonlarda, xüsusilə şimal bölgəsində yetişən çəyirdəkli meyvələrin - gilas, albalı, alça, o cümlədən armud ağaclarında dəmgil xəstəliyinin əmələ gəlməsinə şərait yaradır. Bu xəstəlik yarpaqların, meyvələrin üzərinə ləkə salmaqla həm onların zahirini görünüşünün, həm də dadının pisləşməsinə, keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu xəstəlik meyvədəki vitaminləri də azaldır.
Fermer deyib ki, hava rübutətli, temperatur isə 8-9 dərəcədən yuxarı olduqda ağaclarda göbələk xəstəliyinin yaranması üçün əlverişli şərait yaranır: "Belə hava şəraitində yağış yağması isə göbələyin əmələ gəlmə riskini daha da artırır. Qışda bu xəstəliyin yaranması üçün baza olmur. Amma indi ağaclar ciçəklənməyə, yeni yarpaq açmağa başlayır. Yarpaqların üzəri və ciçəklərin qönçələri göbələk üçün baza rolunu oynayır. Xəstəlik əvvəlcə yarpaqlardan və qöncələrdən başlayır. Sonra meyvə formalaşdıqca ona da təsir etməyə başlayır. Meyvələr kiçik olanda bu xəstəlikdən daha çox ziyan görürlər. Bu xəstəliyi dərmanla müalicə etmək olar, amma onu da hər kəs ala bilmir”.
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının baş aqronomu Asif Mehrəliyev Trend-ə bildirib ki, əgər şaxtalı hava müşahidə edilibsə və bundan sonra da müşahidə ediləcəksə, onda meyvələrin məhsuldarlığı azala bilər. Bunlar, əsasən, çəyirdəkli meyvələr ola bilər. Amma baş aqronom belə hava şəraitinin taxılçılığa və tərəvəz bitkilərinin məhsuldarlığına təsir göstərməyəcəyini də söyləyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova isə Trend-ə bildirib ki, ötən gecə Gədəbəydə və Böyük Qafqazın yüksək dağlıq ərazilərində şaxtalı hava müşahidə edilib. Bu gecə də ölkənin yüksək dağlıq ərazilərində şaxtalı havanın müşahidə ediləcəyi gözlənilir. G.Məmmədova ötən illərdə də aprel ayı ərzində yüksək dağlıq ərazilərdə qarın yağdığını və şaxtalı havanın müşahidə olduğunu söyləyib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Günün ulduz falı - 25.10.2013
Məktəbli formaları böyüklərin kostyumu qiymətinə...
Yay üçün müxtəlif geyim kombinasiyaları
Bu avadanlığa görə 3 il gömrük rüsumu alınmayacaq
Azərbaycanlı həkimlər unikal əməliyyat həyata keçiriblər
Yazı, xəbərlər üçün yeni QN sistemi
Gecə aclığının qarşısını alan qidalar
Erməni jurnalist: "Ağdərədə taleyimiz həll olunur"
Hava haqqında
Şakira izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Müəllimlərə gül aparılmasın - Valideynlərin nəzərinə
17 ildən sonra ilk dəfə onu seçdilər-FOTO
Bu gün Olimpiya çempionumuzun ad günüdür
Azərbaycanlı kişi ilə erməni “kişi”nin fərqi - VİDEO
Məktəblilərarası V Məntiq Olimpiadası keçiriləcək
Moda ikonasından xoşbəxt evliliyin sirri
Soyuducular
Məşhur hind aktyorlarının bu günü
Modern dünyanı əks etdirən illüstrasiyalar
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Həyatın xoşbəxtliyini sadə şeylərdə axtaraq
Qədim şəhər, gözəl diyar Gəncə
Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib
Qarabağda erməni komandir güllələndi
50 yaşından yuxarı qadınlar üçün makiyaj
Sadə qələmlə çəkilmiş şəkillər
Sualtı Wi-Fi şəbəkəsi olacaq
Böyük hərbi əməliyyatların başlayacağı tarix
Küçə sənəti - 2
Günün qoroskopu: Bədxərclik etməyin!
Prezident İlham Əliyev və Mehriban Əliyeva açılış mərasimində iştirak edib-FOTO
Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır
Koronavirusla bağlı ŞAD XƏBƏR
Bu ərazilər nəzarətə götürüldü - Yoluxma halları artıb+VİDEO
Evdə toz hissəcikləri və allergiyadan qorunma üsulları
Dəbli çantalar
Gəncə də ağ örpəyə büründü
Karantin qaydalarının pozulması halları ilə bağlı AÇIQLAMA
"ASAN xidmət" mərkəzlərində işləmək istəyənlər üçün müsahibə elan edildi
Kendal atası ilə -FOTO
Dəbli geyim nümunələri
İlin mühərrikləri seçildi
28 min abituriyent arasında maksimum bal toplayan Səbinə - FOTO
Motorola yeni smartfon göstərəcək
İdeal bədənə sahib olmaq üçün pəhriz
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Neft bahalaşıb
Məşhur aktrisa xərçəngə qalib gəldi
Putindən NATO-ya təklif
Şahzadə aktirsa ilə toy tortunu paylayacaq
- ŞƏRHLƏR