Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Xətai rayonunda salınan idman-əyləncə park kompleksində yaradılan şəraitlə tanış olublar.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, idman-əyləncə park kompleksi Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrini əhatə edən ərazidə salınıb.
Görülən işlərlə tanışlıq zamanı Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan idman-əyləncə park kompleksi barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, yeni park kompleksinin ümumi sahəsi 36833 kvadratmetrdir. Parkın salındığı ərazi geoloji araşdırmalar nəticəsində aşkar edilən neft və mərmər tozu tullantılarından təmizlənib, torpaq münbitləşdirilib, yaşıllıq zolağı salınıb, onlarla ağac və dekorativ kollar əkilib, müasir işıqlandırma sistemi və müşahidə kameraları quraşdırılıb. İdman-əyləncə park kompleksində təbii daşlardan və metaldan düzəldilən heykəllər landşaftla vəhdət təşkil edir. Buradakı heykəllər xüsusi dizayn və üslubu ilə fərqlənir. Parkda müxtəlif daş heykəllər, o cümlədən ürək formasında heykəllər və "Love" kompozisiyası quraşdırılıb. Park kompleksinin ərazisində örtülü şahmat pavilyonu da var. Bundan başqa, iki futbol meydançası, voleybol, həndbol və basketbol oyunları üçün universal idman meydançası və trenajor meydançası qurulub. Burada kafe də fəaliyyət göstərəcək.
Qeyd edildi ki, idman-əyləncə park kompleksi ilə 2016-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Sevirəm" parkını asfaltlanmış sahə, avtodayanacaqlar və müasir metal körpü birləşdirir.
Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeniləri yaradılır. Bu istirahət məkanlarında idmanın təbliğinə və vətəndaşlarımızın fiziki sağlamlığına xüsusi diqqət ayrılır. Bütün bunlar sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir.
Yeni parkların və istirahət məkanlarının yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirir. Bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi baxımından olduqca əhəmiyyətlidir. Müasir üslubda, orijinal dizaynda qurulan bu idman-əyləncə park kompleksinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha bir ünvan əlavə olundu. Belə layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və yüksək keyfiyyətlə yerinə yetirilir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
Uşaqlar üçün ən böyük təhlükə
DiKaprio partidə - FOTO
Yaponlardan növbəti yenilik - Uçan ağaç!
Antibiotiklərdən əvvəl həyat necə idi?
Mematini heç vaxt belə görməmişdiniz - FOTO
Dövlət orqanlarının saytlarının dağıdılması barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi
İspan dili 8-ci dərs
Qozlu, şokoladlı peçenye (foto resept)
Azərbaycanda hərəkətin tam məhdudlaşdırılması rejimi yaradılır - RƏSMİ
5 rayonda əmək yarmarkaları keçiriləcək
Artıq çəkiyə səbəb olan faktor
Qızlar üçün avatarlar
"WhatsApp"a kamera gəlir
Yeni il üçün manikür
Olimpiada qalibləri bu ixtisaslara imtahansız qəbul olunacaqlar - SİYAHI
Abituriyentlərin nəzərinə!
Alimlər beyin skaneri yaratdılar
Moskvada Azərbaycan rejissorunun filmi göstəriləcək
Kim Çen In yeni nüvə silahını sınaqdan keçirmək niyətindədir
Kişmişli-qozlu peçenye (foto resept)
Bu il nələr dəbdədir?
İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya
Yay üçün hündür daban ayaqqabılar
"Erməni atəşlərindən zərərçəkmiş bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar"
Nar şərbəti (foto resept)
Yataqxanada güclü yanğın
Zehni açan qidalar
Cəlilabadda yeni yaşayış məskənləri aşkar olunub
5 min dollarlıq planşet satılacaq
Davut Güloğluya MƏHKƏMƏ CƏZASI-SƏBƏB
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Qurban bayramında qeyri-iş günlərinin sayı açıqlandı
Məktəblərə qrantların ayrılması ŞƏRTLƏRİ təsdiqləndi
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək
Onlar tənhadırlar...
Ebola barədə nikbin xəbərlər
Yaradılış möcüzəsi canlılar
Neft yenidən bahalaşıb
Yalançı toyuq budları (foto resept)
Quba sakinlərinə pis xəbər
Semyon Peqovun növbəti yalanı ifşa olundu - FOTO
Dünyanın ən bahalı qoyunu fantastik qiymətə satıldı
Ölümcül virusun yeni yoluxma növü barədə XƏBƏRDARLIQ
Diananın yolundan gedən Keyt Middlton
Mübariz Mənsimov QƏRAR VERDİ - "Xəzər Lənkəran" fəaliyyətini dayandırdı
NASA xəbərdarlıq etdi-FOTO
Mehriban Əliyeva Albaniyanın birinci xanımı və Latviyanın sabiq birinci xanımı ilə görüşüb
Sizi sakitləşdirəcək nəfəs məşqləri