Şopenhauer dünyanı əzablarla dolu, dözülməz bir yer olaraq qavrayır. Bunun səbəbi insan iradəsidir. İradə insanı arzulamağa vadar edir. Arzulayan insan öz arzusu həyata keçmədikcə əzab çəkir, arzu həyata keçdikdə yaşadığı həzz isə qısa müddətlidir. Daha sonra yenidən iradə baş qaldırır və yenə arzulamağa başlayır və bu insan həyatı boyu onu tərk etmir. Bəzən insan öz iradəsinə qarşı dirənir. İradəsini yatırmağa, satikləşdirməyə çalışır, bu anda da insan ziddiyyət içində və yenə də əzablarla boğuşmalı olur. Bəzənsə insan heç nə arzulamır, iradə bəlli bir sürə üçün özünü göstərmir. Bu insanın iradənin yaratdığı əzablardan xilas olma anı deyil, əksinə bu daha böyük əzabın başladığı deməkdir. Çünki arzusuz, istəksiz insan darıxır, həyatına rəng qata biləcək, onun həyatı fəaliyyətinə təkan verə biləcək bir stimul tapa bilmir.
Şopenhauer iradənin təsirindən xilas yollarından biri kimi incəsənəti göstərir. Ancaq incəsənətlə məşğul olduzu zaman, ancaq yaradıcı fəaliyyət zamanı insan iradənin təsirindən xilas olur. Özünü öz işinə elə qapdırır ki, dünyəvi arzular yadından çıxır və bu anlarda o iztirablardan yaxa qurtara bilir. Şopenhauerin bu təlimindən təsirlənən filosof Nitşe yazdığı ilk kitabı olan “Musiqinin ruhundan faciənin doğuluşu” əsərini bu mövzuya həsr edir. Əsər Sokrataqədərki dövr antik yunan sənətinə, daha çox tragedya sənətinə həsr olunub. Sokrata qədər yunanların həyatının ən vacib ünsürü miflər və tragediya idi. Tragediya yunan incəsənətinin gəldiyi ən yüksək nöqtə idi. Sokrata qədər yunanlar dünyanı sənət vasitəsi ilə alqılayırdılar. Sənət yunan müdrikliyinin ifadəsi idi. Yunan incəsənəti Apollonsayağı və Dionissayağı olaraq iki fərqli və bir-birinə zidd istiqamətdə inkişaf edirdi. Apollonsayağı incəsənətə vizual və formaya sahib incəsənət növləri aid idi. Buna misal olaraq heykəltəraşlığı göstərmək olar. Dionis incəsənəti isə formasız idi. Buna musiqini aid etmək olar.
![](/uploads/posts/2014-09/1410175726_schopenhauer.jpg)
Şopenhauerin təsiri özünü bu yerdə göstərir. Yunanlar dünyanı incəsənətlə qavrayırlar və bu səbəbdəndir ki, yunanlar əzab çəkmirlər, Ancaq Sokratdan sonra mifin yerini ağıl, tragediyanın yerini isə komediya aldı və Nitşe bu nöqtədə yunan mədəniyyətinin çöküşünün başladığını iddia edir. Nəinki yunan mədəniyyətinin, ümumiyyətlə, bütün avropa mədəniyyətinin bir zilləti hesab edir bu yerdəyişməni.
Apollonsayağı incəsənətə xəyalqurma xasdır, xəyallar dünyanı dərk edərək ona görüntü verəbiləcəyimiz ən uyğun yerdir.
Apollon incəsənəti vasitəsilə dünyanın dərki yanılmadı, xəyal isə bu yanılmaların yarandığı yerdir. Xəyal şeylərin fərdi xüsusiyyətlərinin ən yaxşı təsvir oldunduğu yerdir. Nitşe bu məqamda hind fəlsəfəsində əxz etdiyi mayya anlayışından istifadə edir. Mayya dünyanın bir yanılma, illuziya olduğunu irəli sürür. Nitşeyə görə də Apollon incəsənəti dünya ilə insan arasında mayya pərdəsi salır.
Dionissayağı incəsənətə isə ekstaz halı, ruhi çoşğunluqla, özünü itirmə ilə bağlıdır. Dionis incəsənətində insan dünyaya yayılır, öz fərdiliyindən xilas olur, Apollonun yaratdığı mayya pərdəsini dağıdır.
Apollon və Dionis arasındakı bu qarşılıqlı əlaqəni Nitşe dialektik alaqə olaraq görmür. Nitşenin Sokrata yönəltdiyi tənqid bu əlaqəni öz fəlsəfəsi ilə dağıtmasıdır.
Saleh Mehdizadə
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Qorbaçov ölüm yatağında
İstanbul baş prokuroru: "İstintaqa təzyiq edilmir"
Toy üçün möhtəşəm tortlar
Filippində güclü zəlzələ ölüb, ölənlər var
Azərbaycanda iş saatı dəyişdirilir
BÜRCLƏR bizə nə vəd edir?-30 noyabr
Bakıda uşaq musiqi məktəbi açıldı
Boşanma dövrünü rahat keçirmək üçün ...
Şəhid bacısı: “Dedi ki, gəl, səni bir də öpüm, birdən şəhid olaram” - VİDEOREPORTAJ
Uşaqlar üçün bədii film çəkilir
Ukrayna-Aİ arasında vizasız rejim başlandı
Ermənistanın əsir və girovluğundan azad edilmiş 12 nəfər - SİYAHI
Məşhur ginekoloq Azərbaycan qadınının problemlərindən danışdı
Sualtı dəniz muzeyi
Aleyna Tilkinin oxşarı-FOTO
İsmayıllı rayonu
Hamilə olmağın bədənimiz üçün faydaları
Kremldə koronavirusa yoluxma faktı
Çin dollar satışını məhdudlaşdırıb
Bu mesajlara aldanmayın! - FOTO
"Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi"
Güclü külək Azərbaycanın bölgələrində bir sıra fəsadlar törədib
Özge Ulusoy
FİFA prezidenti istefa verdi
Göz yaşlarının intiharı
Ayaqlara qulluq
Ziyafət donları
Azərbaycanın dühalarından biri: Altov
Güllərin rənginə görə mənası
Paris qan içində: 7 terror aktı, 153 ölü
May ayının qalibləri!
Körpənin çənəsi niyə əsir?
Ağstafa şəhəri
Yedəkləmə üzrə rekordçu minik avtomobili
Demet Akalın izləyicisini belə sudurdu-FOTO
Düyünün içindən 3 milyon pul çıxdı – FOTO
Yaxın 16 ildə mən nə edəcəyəm?
Dollar yenə bahalaşdı
İpoteka kreditlərində YENİLİK
Selena Qomez reklam qiymətini açıqladı - FOTO
Azərbaycanda neft hasilatı 2,8 dəfə artıb
Tələbə qız bir ilə 90 kq arıqladı
Qırışlar üçün cirə maskası
2017-ci ilin ilk ayının hava proqnozu AÇIQLANDI
Daha bir idmançımız Avropa Çempionu oldu
Çox yaşamaq istəyirsən? Ətdən uzaq dur
İlk baxışdan məhəbbət yalandır?
Sürücü səhərədək sərnişini gözlədi-SƏBƏB
Bakının mərkəzi bazar oldu
Körpələri öpmək niyə zərərlidir?
![](/sfiles/img/icons/valuable-icon.png)
- ŞƏRHLƏR