İlk qeydiyyatdan keçənlərin bəziləri bəlkə də nə vaxtsa, "Facebook"un bu dərəcədə şəbəkənin populyarlaşacağını düşünməmişdilər. Lakin həmin şəxslər hazırda "Facebook"da ilk qeydiyyatdan keçənlər olaraq texnologiya tarixinə düşüblər.
Qadin.Net Milli.Az -a istinadən ilk qeydiyyatdan keçən həmin 20 nəfərin siyahısını sizə təqdim edir:
Mark Zukerberq
Zukerberq Facebookun yaradıcısıdır. Hazırda da "Facebook"da fəaliyyət göstərir.
Kris Hyuz
Hyuz Facebookun həmtəsisçilərindən biri və Markın otaq yoldaşı olub. Hazırda Hyuz dünyanı dəyişdirmək üçün sosial mediadan istifadə etməyə çalışan Jumo start-up-ın banisidir.
Dastin Moskovits
Dastin Harvarddakı tələbəlik illərində Zukerberqin otaq yoldaşı olub. O, hazırda "Asana"nın həmtəsisçisidir və texnoloji start-up-ların maliyyələşdirilməsi ilə məşğuldur.
Arie Hasit
Hasit hal-hazırda İsraildə yaşayır və yerli dini qruplardan birinin mənəvi lideridir.
Endryu Makkolam
Endryu da Harvardı bitirmiş və Markla birlikdə "Əməliyyat sistemləri" dərslərinə girib. Zukerberq Makollamdan "Facebook"un ilk loqotipini hazırlamağı xahiş edib.
Kolin Kelli
Kelli son üç ili vəkil kimi fəaliyyət göstərib.
Mark Kaqanoviç
Kaqonoviç Zukerberqlə birlikdə riyaziyyat dərslərinə girirdi. 2013-cü ildə Kaqanoviç Stenford Universitetinin doktorluq dərəcəsini alıb. Hazırda Mark SolveBio şirkətinin təsisçisi və icraçı direktorudur.
Andrey Boros
Andrey hazırda Londonda yaşayır və "Capeview Capital" şirkətində işləyir.
Manuel Antonio Aqilar
Manuelin otaq yoldaşı Mark Kaqanoviç Mark Zukerberqlə riyaziyyat dərslərinə girirdi, o da Manuelin "Facebook"a qoşulmasında vasitəçilik edib. Hal-hazırda Manuel iki start-up-ın banisidir. Eyni zamanda o, "Cassa" tikinti şirkətinin prezidentidir.
Zak Berku
"Facebook" haqqında ilk dəfə AEPİ-dəki keçid vasitəsilə öyrənib. Harvardı bitirdikdən sonra Zak bir il İsraildə yaşayıb. Hazırda Zak Nyu-Yorkda rentgen şöbəsində işləyir.
Samur Layne
Samur Zukerberqin otaq yoldaşı idi. O, idmançı idi. Samur və Mark bəzən bütün gecəni PlayStation oynamaqla keçirirdilər. Layne 2012-ci il Londonda Olimpiya oyunlarında iştirak edib. Hal-hazırda o, kitab yazır və Haitida uşaq evlərinin tikilməsinə kömək edir.
Sara Qudin
Sara Facebooka qoşulmuş ilk qız idi. Sara da Harvardda təhsil almış, Markın otaq yoldaşı, Samur Layne ila dostluq edib. Hazırda Sara Kaliforniya İncəsənət Kollecində fəaliyyət göstərir.
Kang-Xing Jin
Jin də Harvardda təhsil alıb və Zukerberqlə ən azı iki eyni dərsə girirdi. O cümlədən, Jin Facebookun hazırlanmasında Marka kömək edib. Jin "Facebook"a universiteti bitirdikdən sonra, 2006-cı ildə qoşulub. Hazırda Jin "Facebook"da texniki direktordur.
Kolin Cekson
Cekson Facebook haqda ilk dəfə şəxsi qrupu AEPİ-dən xəbər tutmuşdur. Zukerberq özü də bu qrupun üzvü idi. Cekson Rokfeller Universitetində elmi işçi olmuşdur. Hal-hazırda isə "Tufts"da tibbi öyənir.
Devid Cekus
Cekus da 2006-cı ildə Harvard Universitetini bitirib. Bundan sonra o, Nyu-Yorka köçmüş və "Aquiline Advisors"da analitik kimi işə başlayıb.
Devid Hammer
Devid Harvardın keçmiş tələbələrindən idi və Facebookun digər istifadəçiləri, o cümlədən, Zukerberqlə tanış idi. Harvardı bitirdikdən sonra Devid "Google"da işə başlayıb. Eyni zamanda o, "Emissary.io" şirkətinin əsasını qoyub.
Alana V.Devis
Devis də həmçinin, Zukerberqlə Harvarddan tanış idi, odur ki, o da Eboni kimi ilk istifadəçilərdəndir. Hal-hazırda Alana "Google"da işləyir.
Eboni Hazl
Eboni 2002-2006-cı illərdə Harvardda təhsil alıb. O, Mark Zukerberqlə elə həmin vaxtlarda dostluq edirdi. Buna görə də Eboni şəbəkədə qeydiyyatdan keçmiş ilk insanlardandır. Hazırda Eboni "Gibson Dunn & Crutcher"in əməkdaşıdır.
Eduardo Saverin
Saverin Zukerberqin varlı dostu idi. O, ilk vaxtlar Zukerberqə şirkətini maliyyələşdirməkdə kömək edirdi. Eyni zamanda Eduardo "Facebook"un reklamı ilə məşğul olurdu. "Facebook"da həmtəsisçi statusunun saxlanılması ilə bağlı məhkəmə işini udduqdan sonra Saverin start-up-ların maliyyələşdirilməsinə başlayıb.
Co Qrin
Qrin əvvəldən "facebook"la bağlı olub. O, Zukerberqə "Facebook"un ilkin forması olan "Face Mash"-in hazırlanmasında kömək edib. Lakin sonralar "Face Mash" Co və Zukerberq üçün problemə çevrilib. Buna görə də Conun atası oğlunun Zukerberqlə işləməsinin əleyhinə idi. Buna baxmayaraq, Co Mark hazırda bütün dünyada məşhur olan şəbəkəni istifadəyə buraxdıqda onun yanında olan azsaylı insanlardan biri idi. Hazırda Co "FWD.us"-ın həmtəsisçisidir.
XƏBƏR LENTİ
Azərbaycan tarixindən yüz şəxsiyyət-42
Uzun ziyafət donları
“Mona Liza” 3D olarsa
Bu yerə gedən adamlar ölür-FOTO
Qəza keçirdi, hamilə qaldı
Demet Akalın Amerikaya getdi-FOTO
Azərbaycanda nə qədər qadın sürücü var?
Gənclərin xalçaçılıq sənətinə marağının azalmasının səbəbi nədir?
“Simpsonlar”da koronavirus izləri aşkarlandı - VİDEO
Yaşlıları yalnız buraxmayın!
Rusiya prezidenti Putin tətildədir-FOTO
Bu sezonun rəngi müəyyənləşdi
Heyvanlara divan tutulan yer: zoopark, yoxsa ölüm məkanı?
Murat Hande üçün oxudu-FOTO
Qlobal istiləşmə - Afrikada rekord istilər
Gəlin, birlikdə gülək
Azərbaycanda qeyri-adi toy karvanı
Yay hamilələrinə tövsiyələr
Günün ulduz falı
Bakıda təhlükəli prospekt: hər an başınıza düşə bilər.
Sinan Özenin yeni doğulan qızı iki dəfə əməliyyat olundu
Putinə yenə "yox" dedilər
Əvəlik haqqında bilmədiklərimiz
Sumqayıtda başlayacaq, Lənkəranda bitəcək
Google Chrome-da valideyn nəzarəti olacaq
Hindistanda ikibaşlı ilan aşkar edilib - VİDEO
Qəribə geyim və aksesuarlar
Göbələkli içliklə doldurulmuş qabaq(foto-resept)
Hadisə bu fotolara görə lağa qoyuldu
Bədəndəki toksinləri atmaq üçün çay
Meqanın atası qızının bədbəxt olduğunu dedi-VİDEO/FOTO
Milli Məclis bu qanunları dəyişdirir - SİYAHI
Gələn il Qarabağa səfər təşkil ediləcək
Həftə sonunun HAVAsı
ABŞ-dan Azərbaycana jest
Cazibədar görünüşün 6 elementi
Beşinci dəfə Ceyms Bond olacaq-FOTO
Reynmendən ACUNA AДћIR SÖZLƏR-VİDEO
Ağ şokoladlı truff (foto resept)
Neslihan və Kadiri otelə buraxmadılar-SƏBƏB
Zəngilan şəhərinin kosmosdan çəkilmiş görüntüsü yayıldı - FOTO
“Samsung” parçalana bilər
Gəlinlik modelləri
Azərbaycanda daha bir pivə təhlükəsi
Bakıda 4 gün satış yarmarkaları keçiriləcək
Putin ümid verdi: "İki ildən də tez!"
Xəmirdə plov (foto-resept)
Gəlinlik modelləri
CeyLonun bu hərəkəti türkləri əsəbiləşdirdi
Şahzadənin toyundan FOTOlar














