Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filminin uğuru mövzusundakı reportajımızla həm də azadlıq və müstəqilik mövzumuzu davam etdiririk. “Qanlı Yanvar” filmi Monreal festivalından mükafatla dönüb.
ANS TV-nin məlumatına görə, Azərbaycanın “Qanlı Yanvar” filmi dünyanın üç ən nüfuzlu festivalından birindən - Monreal festivalından xüsusi diplomla qayıtdı və bu uğuru filmin müəllifi Vahid Mustafayev bütünlüklə Azərbaycan kinematoqrafının ayağına yazdı:
“Hesab edirəm ki, bu xüsusi diplom mənim üçün yox, bütün Azərbaycan üçündür. Azərbaycan kinematoqrafıyasının diplomudur. Fəxr edirəm ki, Azərbaycan kinematoqrafıyası belə yüksəklərə gəlib çatıb. Düşünürəm ki, “Qanlı Yanvar” filminin burada, yəni Kanadada Amerika qitəsində nümayiş etdirilməsi Azərbaycan həqiqətlərini insanlara çatdıracaq. Məhz Azərbaycan kinematoqrafıyasının burada olması çox vacib bir məsələdir”.
Əlbəttə, bu sözlərdə böyük həqiqət də, müəllifin təbiətindən irəli gələn təvazökarlıq elementləri də var, amma mən başqa bir məsələdən bəhs edəcəyəm. “Qanlı Yanvar” filmi dünyaya qəhrəmanlıqları və böyük tarixi olan Azərbycanı təqdim etdi.
Müəllif hələ “Xoca” filmini çəkəndə demişdi ki, öz tanıdığı, özü gördüyü, özü iştirak etdiyi tarixi prosesləri, şəxsən əlini sıxdığı qəhrəmanları filmə gətircək və gətirir. Bu baxımdan “Qanlı Yanvar” Vahid Mustafayevin film fəlsəfəsinin eyni məntiqə və məzmuna hesablanmış davamı idi. Və sadəcə maraqlı, sadəcə dramatik, sadəcə tamaşaçı baxsın deyə çəkilmiş filmciklər və kinocığazları basıb üstündən keçən monumental bir iş idi.
Bu filmin sonunda tamaşaçının katarzisinə hesablanmış müqəddəs ideya da var idi, körpə uşaqların bənzəmək istəməsi üçün ideal da. Bu gün Azərbaycanı uzaq Kanadada adına və özünə layiq tanıdan, bu ölkə və onun insanı haqqında ilk dəfə eşidənlərə az qala vikinq cəngavərliyi təəssüratı buraxan “Qanlı Yanvar”dan sonra bəzi köhnə yanaşmalardan, bizi yazıq və aciz, zavallı və köməksiz kimi tanıdan üslub və bol materiallardan imtina etmək lazım gələcək. Çətin olacaq. Amma lazımdır. Biz aciz deyilik və heç vaxt da olmamışıq. “Qanlı Yanvar” bunu etmək istəyirdi və etdi.
Bu əcnəbi tamaşaçılara gəlin birlikdə qulaq asaq və özümüzü onların tanıdığı azərbaycanlılar kimi hiss etməyə çalışaq.
Tamaşaçı Filip Pruqs Azərbaycan tarixi haqqında çox şey bilmədiyini deyir: “Yalnız onu bilirdim ki, onlar Sovet İttifaqının tərkibində bir respublika olub. Film mənə maraqlı gəldi. Həm də kifayət qədər qanlı film oldu”.
Tamaşaçı Mari Bimmens: “Məncə, bu, fantastik idi. Film bizə xəbərlərdə gördüyümüzdən fərqli müstəvidə hadisələri göstərir. Qəhrəmanları, azadlığı əldə etmək üçün çalışanları bizə göstərir. Mən cənab Lozikə də təşəkkür etmək istərdim. O, bizim üçün bu cür filmlər gətirir və biz dünyada nələrin baş verdiyini görürük”.
Tamaşaçı Gi Pelan: “Bu, çox gözəl, güclü və həmçinin ağır film idi. Bu film mənə 90-cı illərin əvvəllərində baş verən tarixi hadisələr barədə informasiya verdi. Gözəl film idi, mənim çox xoşum gəldi”.
Fəxr etməmək mümkün deyil. İndi təsəvvür edək. Bu filmə baxandan sonra Azərbaycanı tanıyan və ya yenidən tanıyan insanlar bizim ölkəmiz və xalqımız, onun tarixi və əxlaqi dəyərləri, böyük çətinliklər və böyük qanlar bahasına əldə etdiyi müstəqilliyi, azadlığı barədə hansı faktiki və emosional məlumatlar əldə ediblər.
Mən hələ ondan danışmıram ki, Azərbaycan hələ tam müstəqil dövlətə malik olmayan, Britaniyadan qismən asılı qalan Kanadanın tamaşaçısına öz azadlığı uğrunda vuruşmağın əsrarəngizliyi barədə gözəl bir hekayə danışdı.
Azərbaycan anşlaqla keçən iki seyr günü ərzində nə qədər əcnəbiyə öz azadlığı və müstəqilliyindən bəhs etdi, azərbaycansayağı mübarizə barədə qəhrəmanlıq dastanı təqdim etdi.
Təsəvvür edirsiniz: heç demə, elə bu əcnəbi qadına bu sözləri dedizdirməkdən ötrü düz 25 il lazımmış. Vahid Mustafayevin “Qanlı Yanvar”ı lazımmış.
Fəxr etdim. Həm dostum kimi, həm bir vətəni bölüşdüyüm vətəndaş kimi, həm də əla rejissor kimi. “Qanlı Yanvar” əslində, qısa desək, bəşəriyyətə, tarixə bir təkzib teleqramı idi. Bu teleqramın altından bütün azərbaycanlılar imza atmışdı. Bu titrlər isə həmin imzaların sadəcə kiçik qrupu idi.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Hər növ saç düzümü
Putinin Qarabağ şərti açılır
Vahid geyim dəyişə bilər
Meyvələrin faydaları
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
18 övladı, 60 nəvəsi, 52 nəticəsi var… - İki dəfə "Qəhrəman ana" adı alan 80 yaşlı Rəfiqə Qəhrəmanova
Kıvançdan 5 milyonluq müqavilə
Doğulduğumuz fəslin xasiyyətimizə təsiri
General-mayor Ramil Əsgərov vəzifəsindən azad edildi
Qadin.Netlilərlə səyahət (3-cü hissə)
Fransalı rahibə Avropanın ən yaşlı qadını oldu
Çəyirtkələr şəhərləri işğal etdi - VİDEO
Leyla Əliyeva Nəsiminin büstünün açılışdında
Məşhur aktrisa açıqlaması ilə diqqət çəkdi
Bakıda belə yollar da varmış
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİR-FOTO
Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ: bu qidaları almayın, ölümcül xəstəlik yarada bilər - SİYAHI
Ronaldo ilə necə tanış olduğunu danışdı-FOTO
Çürümüş meyvədən “sərxoş olan” arılar Böyük Britaniyanı “istila” etdi - VİDEO
Aktrisanın açıqlaması hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
2014-cü ilin yay kombinləri
Prezindent İlham Əliyev Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
Facebook-un bu gün "axsaması"nın səbəbi bilindi
Çanta peçenyesi (foto resept)
Elçin yeni seriala çəkilir-FOTO
Facebook-da "təmizlik" başlanır
Uşağa süd vermək inadcıl mərəzdən qurtarır
Koronavirusla bağlı son STATİSTİKA
Yol hərəkəti qaydalarında dəyişiklik
Bakıda xəstəxanaların dolmasının 85 faizə çatdığı günlər olub - RƏSMİ
"Azərsu" sakinlər qarşısında şərt qoydu
Bu sözlərin yazılış qaydası DƏYİŞDİRİLİR
Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı -VİDEO
Şeyma Subaşı İbizada-FOTO
9-cu siniflərin NƏZƏRİNƏ!
BÜRCLƏR bizə nə vəd edir?-5 Fevral
"Səkkizinci qitə"yə dair yeni dəlillər tapıldı
Ətli badımcan (foto-resept)
Çağatay Ulusoy mahnı bəstələyir-FOTO
Rusiyanın canlı efirində sensasiya: "Ermənistan itin quyruğudur, Azərbaycan isə qüdrətli ölkədir"
Nəm salfetlərin ziyanı
Bakı avtovağzalının qarşısındakı sürüşmə sahəsi aktivləşdi
Böyük Vətən Müharibəsi əlillərinin avtomobillərlə təmin olunmasına 3,5 milyon manat ayırdı
Bakıya 10 vaqonluq müasir qatar gətirildi - FOTO
“Eurovision” yeni formatda keçiriləcək
Nigar Rəfibəyli anıldı
Sevdiyi qıza evlilik təklif etmək istədi, ancaq evini yandırdı
HAVA necə olacaq?
Tərəvəz bitkilərinin müalicəvi əhəmiyyəti (2-ci hissə)
Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]