Esmiralda
Mən fərqli yerlərdə olmağı, ən çox fərqli mədəniyyətlərlə tanış olmağı sevirəm. Azərbaycanda bir çox bölgələrdə: Balakən, Qax, Şəki, Qəbələ, Gəncə, Daşkəsən, Xanlar, Mingəçevir, Lənkəran, İmişli, Bərdə, Yevlax dəfələrlə olmuşam. Qubada olmağı isə çox istəyirəm, inşAllah. Arzum ölkəmizin bütün bölgələrində olmaqdır..
Xarici ölkələrdən Gürcüstan, Türkiyə, İran və Hollandiyada olmuşam. Olmaq istədiyim xarici ölkə isə Yaponiyadır.
Seli
Mən səyahət etməyi yalnız sevdiklərim yanımda olanda xoşlayıram. Tək və ya başqa şəxslərlə ləzzət eləmir. Səyahətlərim həmişə qısa sürüb, ən çox 3 gün Gəncədə qalmışam. Ümumiyyətlə Azərbaycanın bütün bölgələrində olmaq istəyirəm, ancaq yalnız yaz və yay aylarında. Səhhətimlə əlaqədar iqlim dəyişikliyi mənfi təsir etdiyinə görə məcburiyyət olmadıqda payızda və qışda səyahət etməyi sevmirəm. Səyahətlərim arasında ən xoş xatirələrlə yadımda qalan Quba rayonuna getməyimiz olub. Demək olar ki, bütün sevdiklərim, qohumlarım hamısı orda idi. Düz 6 maşın adam getmişdik. Bizimkilərin çox deyib-gülən olduğunu da nəzərə alsaq, ordakı məzəli əhvalatları əminəm ki əyləncəni sevən hər kəs yaşamaq istəyər.
Vətənimin elə səfalı yerlərində sevdiklərimlə birlikdə olmağı dünyanın heç bir yerinə dəyişmərəm. Çünki məni xoşbəxt edən qəlbimin zövq almasıdır.
๑۩۞۩l_BEST MODEL_๑۩۞۩๑
Azərbaycanın hər bir guşəsi gəzməli-görməli yerlerdi. Mən də çox yerdə olmuşam, məsələn Qəbələdə, Şəkidə, Astarada, Lənkəranda, Neftçalada, Salyanda. Çox gözəl, gəzməli yerlərdir. Olduğum ölkələr isə Rusiyadır. İndi hal-hazırda ordayam, demek olar ki gəzməyə gəlmişəm. Olmaq istədiyim ölkələr Turkiyə, İtaliya, Braziliya, ABŞ-dır. Bu yerləri görməyi çox istiyərəm. İnsallah qismət olar. ![]()
Tatlim
Canım, ilk öncə sənə təşəkkür edirəm məni xəbərinə dəvət etdiyin üçün. Olduğum ölkə Rusiyadır. 2 il yaşamışıq orda. Getmək istədiklərim Türkiyə (İstanbul), Fransadır (Paris). İnşaAllah qismət olar, gedib gəzərik.
Melek
4 yaşımda Rusiyanin Sankt-Peterburq şəhərinə getmişik ailəmlə birlikdə, 5-6 yaşımda orda bağçaya getmişəm. Bağçamızı hələ də xatırlayıram, çox gözəl idi, müəllimələrimiz çox mehriban, çox gözəl insanlar idi. Sonra 7 yaşımda orda 1-ci sinifə getdim və çox şükür məktəbimiz, müəlliməmiz və uşaqlarımız da yenə çox mehriban, çox yaxşı insanlar idi. 8 yaşımda 1-ci sinfi bitirdim və Vətənə qayıtdıq, 2-ci sinifdən təhsilimi burada alib bitirdim. InşAllah gələcəkdə yenə gətmək istəyərəm Sankt Peterburqa, ordakı yerləri, məktəbimizi yenidən görmək istəyərəm. Başqa ölkələrə də marağım çoxdu, bir çox şəhərlərdə. Və əlbəttə ki qardaş ölkəmiz Turkiyədə də olmaq, onun bir-birindən gözəl şəhərlərini görmək istəyərəm. Lakin ən sonda öz vətənimə qayıdıb və Vətənimdə yaşamaq, iş sahibi olmaq istəyərəm.
L.M
Mən səyahət etməyi çox sevirəm. Demək olar ki, Azərbaycanın çox yerində olmuşam. Xarici ölkələrdən də Gürcüstanı və Rusiyanın bir neçə şəhərini gəzmişəm. Deyərdim ki, Azərbaycan kimi səliqəli-səhmanlı və təmizi yoxdu. Bəlkə də mənə elə gəlir, amma doğrudan da elə gəzməli, görməli yer varsa, o da elə öz vətənimizdi. Çox istərdim Lənkəran tərəflərə gedəm, Allah qismət etsin, oranı da görüm. Hamıya səyahət arzulayıram, özümə də.![]()
GulenaY
Demək olar səyahət hobbimdir, gəzməliyəm, görməliyəm. Başlayaq Azərbaycandan, körpə olarkən Qarabağda Cəbrayılda olmuşam, hərdən yadıma nə isə düşür, danışıram, nənəm deyir canın yanmasın yadında qalıb ki.
Heyif ki Qərbi Azərbaycanda ola bilməmişəm, çünki o vaxt heç dünyada proyektim də yox idi, hələ dünyaya gəlməmişdim.
Azərbaycanın çox yerlərində olmuşam, Şəmkir, Gəncə, Tovuz, Quba, Şabran, Nabran, Xaçmaz, təzəlikcə Şəkidə, Oğuz, Əli-Bayramlı, Saatlı, Sabirabad, Beyləqan, Ucar, Cəlilabad, Ağcəbədi-bu rayonlarda olmuşam, Zaqatalada, Qaxda, Qusarda olmaq istəyirəm, heç olmamışam. Xaricdə isə Türkiyə, İtaliya, Fransa, Lüksemburq, Polşa, Çexiya, İspaniya, Almaniya, London, Dubay, Maldiv adalarında olmuşam, olmaq istədiyim ölkələr var təbii ki. Məsələn, Hindistan, Braziliya ve Gürcüstanda Batumi və Borjom-orda olmaq istəyərəm. Braziliya karnavalları öz gözümlə canlı görmək istəyirəm, Fransa gəziləsi ölkə deyil, İtaliya, Çexiya zəngin ölkədir hər cəhətdən. İspaniyada İbiza adasında olmaq istəyirəm. Amerikada bir yer var, demek orda meşə var, həmin ərazidə daim yağış yağır, kənarda yağış yoxdu, amma o əraziyə daxil olanda orda daim yağış yağır, havada günəşli ola-ola, bax orda da olmaq istəyirəm. Getdiyim hər ölkədən çay gətirmişəm dəmləyib içməyə, çünki demək olar ən çox elə çay həvəsi ilə yola çıxıram hər zaman.
Təbii hamısından başda Məkkədə olmaq arzumdur. Bilirəm ki, bu bir çoxlarının arzusudur, təki arzusunda olanlara Allah qismət eləsin. Səyahət yaxşı bir şeydir, amma sağlıq və pul olandan sonra.
в‚ЄKristal KéLébékв‚Є (Nezrin.M)
Mən də səyahət etməyi xoşlayıram. Azərbaycandan kənara çıxmamışam. Axı bizim vətəndə gəzməli yerlər çoxdu. Ən çox Qəbələni sevirəm. Xarici ölkələrdə olmamışam. Amma ən çox Türkiyəyə, Quş Adasına getmək istəyərəm. İnşALLAH gedərik oranı da gəzərik
SəRRaS
Canım, ilk öncə mən də bu gözəl xəbərində yer ayırdığın üçün sonsuz təşəkkürlər, Allah arzularına çatdırsın səni, yubatdığım üçün də haqqını halal et. Səyahət etmək istədiyim yerlər əlbəttə hamı kimi məndə də var.. Mən Naxçıvan Muxtar Respublikasında böyüsəm də oranın bəzi yerlərini görməmişəm, ilk öncə elə anadan olduğum yerin hər qarışını, hər rayonunu, kəndini görmək istəyərəm. Sonra Azərbaycanın bütün hər yerini uşaqlıqdan görmək arzum olub. Bir söz deyim, mən balaca olarkən dədəmə deyirdim məni xarici ölkəyə apar bir dəfə, mənə dedi səni aparacam xarici ölkəyə, mən də uşaq ağlı sevindim, apardı məni İrana, dedi xarici ölkə istəmirdin, buyur İran bizimlə sərhəddir, yəni elə piyada keçib o tərəfə gəlirik, buna baxmayaraq ora belə sayca 2 dəfə getmişəm, gözəl yerdir. amma əlbəttə bizim yurdumuza çatmaz. Sonra Azərbaycanımızın gözəl yerlərindən olan Qubaya, Qusara, Şabrana getmişəm.Hal-hazırda Ukraynadayam ki buranın neçə şəhərin gəzmişəm. Bir də illərdir arzumdur ki bir Ramazan ayın büsbütün Türkiyədə olum, ondan sonra istəyərəm Gürcustana, bir də Dubaya getmək, amma bunların hamısından çox Müqəddəs torpaqları dünya gözüylə görmək istərdim, təbii ki Allahın izniylə, amma onu da deyim ki, hər insan kimi gəzməyə o qədər də həvəsim yoxdur. Düşünürəm ki günüm xoş keçdikdən sonra ailəm, sevdiklərim sağlam, yanımda olduqdan sonra bu mənə dünyanın hər yerini gəzməkdir...
Allahdan hər kəsə xoş günlər, gözəl səyahətlər arzu edirəm.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Rihanna ərəb şeyxindən ayrıldı - ŞOK SƏBƏB
Riyazi məntiq - 12
Birləşmiş Krallıqda ilk dəfə - QADIN ƏSGƏRLƏR - FOTO
Əkizlər bürcü qadını
2020-ci ilə Azərbaycanda alternativ enerjinin ümümi həcmində Günəş enerjisinin payı 40 faizə çatacaq
10 ildir kəsdirmədiyi saqqalını kəsdirdi-SƏBƏB
Uşaqla alış-veriş etmənin qaydaları
Günün ulduz falı
"Neftin ucuzlaşmasının yaratdığı fəsadları minimuma endirməyə çalışacağıq"
20 yanvar Azərbaycanda qeyri-iş günüdür!
Demet Akalın yeni FOTOsu ilə diqqət çəkdi
Nazirlik mobil operatorları məhkəməyə verməkdə israrlıdır
Mahsun Kırmızıgül qızının FOTOsunu paylaşdı
“ASAN xidmət” mərkəzləri sabahdan müvəqqəti bağlanır
Düşmən gecə saatlarında qəbiristanlıqları hədəfə alıb - VİDEO
Qəribəlikdə sərhəd tanımayan trendlər
Ürək-damar xəstəliklərinin təbii yolla müalicəsi
Pul əskinaslarını rəsm tablosuna çevirdi
Qeyri-adi fotoşop nümunələri
Xəz geyimlər
Öldürücü istilər GƏLİR - insanların 74 faizi...
Hava necə olacaq?
Hadise anasını belə təbrik etdi-FOTO
Alimlərə görə 4 tip yaşlanma var
Uzun və sağlam saçlar üçün
Qarın piyləri ilə mübarizə
Təhsil üzrə Komissiya daha 79 namizədin xaricdə oxumasına razılıq verdi
Müəllimlərin əməkhaqqının verilməməsi ilə bağlı rəsmi açıqlama gəldi
"İstanbullu gəlin"də üç məşhur çəkiləcək-FOTO
Məşhur aktrisa övladı ilə-FOTO
Rayonlara qar yağacaq
Tramp yenidən prezidentliyə namizəd oldu
Rusiya vətəndaşlarına qadağa
Qənirə Paşayevanın "Qarabağ" sevdası
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
1 həftəyə 3 kiloqram arıqladan su
İsti hava şəraiti nə vaxta kimi davam edəcək?
Keçmiş sevgilisindən gözlənilməz rəy-FOTO
Dəstəmaz almış adam pişiyə əl vura bilərmi?
İnanılmaz makiyajlar
Günün ulduz falı
Cəbhədə nə baş verir?
Azərbaycan MN və DTX Ermənistana xəbərdarlıq etdi
Novruz Məmmədov: “Aprel hadisələri zamanı Sarkisyan Moskvaya müraciət edərək yalvarıb”
HAVA necə olacaq?-8 Sentyabr
Qadınların günlük qəbul etməsi lazım olan qidalar
Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - TAM VİDEO
BÜRCLƏR bizə nə vəd edir? - 27 APREL
Çağatay Ulusoy, Gizem Karaca HƏBS EDİLDİ - FOTO
Bu diktator lap ağını çıxardı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]