Son vaxtlar elektron ticarət yolu ilə ölkəyə gətirilən cihazlar, mobil telefonlarala bağlı ciddi problem yaranıb. İddia olunur ki, sosial şəbəkələr vasitəsilə sifariş edilərək poçt vasitəsilə çatdırılan elektron cihazlar yerli operatorlar tərəfindən qeydiyyata alınmır. Bununla bağlı redaksiyamıza bir neçə müraciət və şikayət də daxil olub.
Apardığımız araşdırma zamanı məlum oldu ki, bu məsələdə anlaşılmayan məqamlar var. Ekspertlər hazırda ölkədə mobil telefonların qeydiyyatı ilə bağlı problemin olmadığını vurğulayıblar. Bunun üçün mobil operatorlara 5 manat rüsum ödənilir və İMEİ kod bazasına daxil edilir. Beləliklə, həmin cihazın ölkədə işlənməsi təmin olunur.
İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) üzrə ekspert Cahid İsmayıloğlu ANS PRESS-ə bildirib ki, xaricdən elektron ticarət vasitəsilə sifariş verilən cihazlar ölkəyə poçt vasitədilə göndərilir. Poçtla göndərilən malları vergi, gömrük orqanları o qədər də yoxlaya bilmir və o mallar vergi, gömrük rüsumuna cəlb olunmur. Yəni xaricdən kütləvi şəkildə sifariş verilən və gətirilən cihazların dövlət rüsumuna cəlb olunması mümkünsüz hala gəlir. İndi Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi poçtlara nəzarəti artırmağı düşünür. Onlar sifarişlərin kütləviliyini nəzərə alaraq, bunu müşahidə edərək bunun qarşısını almağa çalışırlar.Onun sözlərinə görə, indi mobil operatorlarla bağlı problem yoxdur. Beş manatlıq rüsumu ödədikdən sonra mobil operatorlar İMEİ kodu bazaya daxil edir və onun ölkədə istifadəsini reallaşdırır. Məsələn, vətəndaş xaricdən özünə telefon alıb özü ilə gətirirsə, operator bunu İMEİ kodu ilə bazaya daxil etməyə məcburdur. Bu məsələdə operatorlara irad tutmaq doğru deyil. Yəni vətəndaşın cihazı hansı yolla gətirməsi önəmli deyil.
Amma operatorlar bəzi cihazların, o cümlədən lisenziyası olmayan, əsasən Çin istehsalı olan mallara İMEİ kodu vermir. Çünki onun ölkədə işlədilməsi qadağandır. Yəni müəyyən radiasiya məsələləri var, yaxud mobil cihaz standartlara uyğun gəlmir deyə onu İMEİ kod bazasına daxil etmir və nəticədə vətəndaş şikayət edir.
Ekspert deyib: "Burada əsas məsələ odur ki, poçtla göndərilən sifarişlərdən bəzi vətəndaşlar sui-istifadə edirlər. Yəni kimsə ucuz qiymətə 20 mobil cihaz sifariş verib, gətirib onu baha qiymətə satır. Bunlar, əsasən, sosial şəbəkələr vasitəsilə, elektron həyata keçirilir. Bir sözlə, mobil telefon alan vətəndaş hətta satan şəxsin üzünü belə görmür".
C.İsmayıloğlu yaranmış problemdə monopolyanın da rolunun olma ehtimalından söz açıb: "İndi ölkəyə mobil cihaz gətirən şirkətlər, şəxslər buna diqqət yetirməyə başlayıblar. Ölkəyə kütləvi şəkildə telefon gətirilməsi, təbii ki, bazara təsir göstərir. Ümumiyyətlə, son bir ayda ölkəyə elektron ticarət yolu ilə yanılmıramsa 6-8 min mobil cihaz gətirilib. Bunun çoxu eyni ünvana göndərilib. Hər hansı şəxs evdə oturub internet vasitəsilə sifariş verir, bir müddətdən sonra gedib poçtdan götürür, üstünə pul qoyub satır. Nə vergi, nə də gömrük rüsumu ödəyir. Asan gəlir əldə edir. Bu biznesi təşkil edən şəxslər, kütləvi sifariş verənlər vergidən, gömrükdən yayınmaq üçün müxtəlif bicliklər işlədirlər.
O, çıxış yolu kimi təklif edib ki, ölkədə elektron ticarətə vergi tətbiq edə bilmirlər. Bu da problem yaradır. İndi elektron ticarətlə məşğul olan saytların, sosial şəbəklərdəki müəyyən səhifələrin monitorinqi aparılmalı, onlar aşkarlanıb məcburi vergiyə cəlb etməlidirlər. Belə olmasa, vergidən müxtəlif yollarla yayınma yenə olacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə dəfələrlə bildirib ki, zavod istehsalı olan və saxta olmayan telefonların qeydiyyata alınmasında heç bir problem yoxdur. Saxta, sex istehsalı olan telefonlar qeydiyyata alınmır. Telefonun unikal İMEİ nömrəsi standarta uyğun gəlmədikdə, qeydiyyata alınması mümkün olmur. Bu kod 15 rəqəmdən ibarət, Beynəlxalq GSM Assosiasiyası tərəfindən tərtib edilmiş rəqəmlərdir. Bu rəqəmlər uyğun olmadıqda, qeydə almaq mümkün deyil.
Xatırladaq ki, Mobil cihazların qeydiyyat sistemi (MCQS) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində yaradılıb. Şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirilərək istifadə olunan hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Dişlərinizə hansı vərdişlər zərər verir?
Metroda şalvarsız gün
Qadın sürücülər
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
İstanbulu dolu vurdu - VİDEO
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Hande Yenerdən gözlənilməz irad
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Sarı saçlar üçün xüsusi maskalar
Türkiyə Azərbaycanla sərhədi bağladı - SƏBƏB
Kartof zənbilində balıq (foto resept)
Avqustun HAVA buraxılışı
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Bananlı pankek (foto resept)
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
Yeni süni mayalanma mərkəzi yaradılacaq
Alimlərdən inqilabi ixtira
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
İranda şok cəza
Prezidentdən mühüm qərar
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Qeyri-adi etiraz aksiyası
Cennifer Lopesin "əkiz"i tapıldı - FOTO
"Riçard" salatı (foto-resept)
Bakıda ucuzluq olacaq
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Facebook film çəkməyə başlayır
Ən məşhur fil öldürüldü
Geyim kombinasiyaları
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Möcüzəvi minerallar - 1
Arzularını gerçəkləşdirən yaşlılar
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Səs gigiyenası üçün bilməli olduqlarınız
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
2013-cü ilin gəlinlik modelləri
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Yumşaq tort keksi (foto resept)
Məntiqi test
"Microsoft" ucuz telefon nümayiş etdirib
ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub
Hamiləlik zəhərlənməsi
- ŞƏRHLƏR