Rəngin xüsusiyyətlərindən bacarıqla istifadə edərək, rəng qammasını düzgün seçərək, mənzili həqiqətən gözəl etmək olar.
Hər rəng çalarlarının bütün qamması ilə birlikdə öz xarakteri var, müəyyən əhval-ruhiyyə yaradır.
Qırmızı rəng - isti, şən rəngdir. Qırmızı rəngin çalarları çoxdur: zərif çəhrayıdan tünd bordo rənginə kimi. Çəhrayının solğun çalarları bir çox solğun çalarlarla uyğundur. Məsələn: solğun yaşılla, yaşılımtıl mavi ilə, solğun sarı ilə.
Narıncı rəng də isti rənglərə aiddir. Onun bir çox gözəl çalarları var. Solğundan isti qəhvəyiyə qədər, bej, şaftalı və mərcan.
Sarı rəngin bütün çalarları - krem rəngindən qəhvəyiyə kimi - otağın bəzədilməsi üçün isti rənglərdən ən yaxşısıdır. Xüsusilə də kifayət qədər işığı olmayan, günəşin az olduğu və yaxud da çiskin havanın tez-tez olduğu rayonlarda divarların rənglənməsi üçün açıq sarı rəng yaxşı görünər, çünki açıq sarı tonlar hətta çiskin havada günəş işığının təəssüratını yaradır. Divarlar üçün ən yaxşısı sarının açıq çalarlarıdır. Məsələn: krem, açıq sarı, solğun qızılı. Sarı divarlara qırmızı, yaşıl, mavi və qəhvəyi rəngdə mebel üzü və pərdələr yaraşar.
Göy və mavi rənglər - soyuq rənglərdir. Onlar genişlik və sakitlik təəssüratı yaradır, sanki əşyaları bizdən uzaqlaşdırır. Onların çalarları ən müxtəlif rənglərlə yaxşı uyğunlaşır. Solğun mavi rənglə günəşli otaqları boyamaq məqsədəuyğundur.
Yaşıl rəng sakit tonların müxtəlif çalarları ilə fərqlənir, hansılar ki, demək olar, bütün rənglərə uyğundur və başqa rənglər üçün yaxşı fondur. Divarları solğun yaşıl rəngə boyanmış otaq geniş görünür. Divar kağızı üçün yaşılımtıl-boz çalarlar da uyğundur. Xüsusilə də yaşıl rəng təbii boyalı ağacla uyğundur.
Bənövşəyi rəng göyümtül çalarlarda soyuq və qırmızımtıllarda isti görünür. Tünd bənövşəyi tonlar zəngin, lakin tutqun görünür, amma açıq tonlar - yasəmən, bənövşəyi-çəhrayılar sakit mühit yaradır. Göyümtül çalarlı bənövşəyi rəng yaşıl, boz, yaxud krem rəngləri ilə yaxşı uyğunlaşır. Özü-özlüyündə bənövşəyi rəng, xüsusilə də tünd bənövşəyi, divarların boyanması və üz üçün yaramır, hərçənd interyerin tərtibatında, müxtəlif birləşmələrdə o, əlavə kimi yaxşıdır.
Rənglərin müxtəlif uyğunluqlarını seçərək, neytral rəngləri və ən əvvəl ağ rəngi unutmaq lazım deyil. Onu müvəffəqiyyətlə divarların boyanması üçün istifadə etmək olar. Ağ rəng istənilən rəngə gözəl yaraşır, gözəl fon rolunu oynayır.
Qara rəngi məhdud miqdarda istifadə etmək lazımdır və yalnız parlaq rənglərin tonunu tündləşdirmək, təzadı yumşaltmaq üçün. Qaranı tünd bozla, yaxud tünd qəhvəyilə əvəz etmək olar.
Boz rəng müxtəlif ola bilər. Daha tünd çalarlar tutqun görünür, lakin açıq boz rənglər divarın boyanması üçün yarayır, çünki onlar gözəl fondur və onların fonunda parlaq pərdələr, mebel üzü, rəsmlər yaxşı görünür. Boz rəng açıq yaşılla, mavi ilə, moruğu və al-qırmızı rənglərlə yaxşı uyğunlaşır.
Bej rəngi də gözəl fondur. Onu qəhvəyi, tüng qırmızı, yaşıl rənglərlə uyğunlaşdırmaq olar. Bej rəngli divar kağızı, yaxud üz olanda, mütləq yastıq, balaca xalça, keramika vazası, güllər qismində parlaq əşyalar olmalıdır.
Mebelin rəng qammasının seçilməsini sizdə olan istənilən əşyadan başlamaq olar, məsələn: dəyişmək istəmədiyiniz yaxşı parça ilə üzlənən divandan, kreslolardan, xalçadan və ya pərdələrdən. İstənilən rəng uyğunluğunda rəngin biri üstün olmalıdır, yəni bu rəng ən böyük sahəni tutacaq. Üstün olan rəngi otağa, adətən, divarların rəngi verir. Mebel üzünün, pərdələrin, xalçanın rəngləri ahəngə əlavə olacaq, nəhayət, iki əsas rəngi bir-birinə bağlayan üçüncü rəng köməkçi rolunu oynayacaq. Köməkçi rəngləri bir-birinə bağlayan divan yasdıqları, vazalar ola bilər.
Yadda saxlamaq lazımdır ki, bütün rənglər gündüz işığında başqa cür görünür, süni işıqda başqa cür. Ona görə divar kağızlarını, pərdələri, mebel üzləri alarkən onların elektrik işığında necə görünməsinə diqqət yetirin. Təkcə hər rəngi yox, həm də onun başqa rənglərlə uyğun olmasını gündüz və süni işıqda yoxlayın. Əgər sizə rənglərin uyğunluğuna hansısa parlaq ton daxil etmək lazımdırsa, yaxşı olardı onu 2-3 dəfə, bir neçə xırda əşyalar üzərində təkrar edəsiniz: yastıqların, güldanların, xalçanın, pərdələrin naxışında xırda ləkələr kimi.
Hər kəsin sevdiyi rəng var. Lakin rəngi seçəndə və yaxud rəngləri uyğunlaşdıranda xoşladığınız rəngi ancaq uyğun olanda istifadə etmək olar. Məsələn: siz bənövşəyi, yaxud mavi rəngi xoşlasanız da, otağınız şimala baxırsa, onun divarlarını o rənglə boyamaq məsləhət deyil.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda orta məktəb niyə bağlandı?
Həftədə neçə saat idman etmək olar?
İmtahanlar yenidən təxirə salınır - RƏSMİ
Dəridəki ləkələri yox edən kakao yağı
Dollar yenə bahalaşdı
Google-un xəritəsində Azərbaycana qarşı növbəti təxribata yol verilib
Televizorsuz həyat varmı?
Dərini nəmləndirən təbii yağ
Azərbaycan klubunda səssiz qadağa
"Disney" 5 milyon bağışladı-FOTO
Beş gün evdə qalacağıq
Bu da internetlə bağlı statistika
Adriana Limaya əkizi qədər bənzəyir - FOTO
Bakıda 219 bina söküləcək: 11 min sakin köçürülür
Bu ilin ilk quş qripi ölümü qeydə alındı
"Taxt oyunları"nda yeni DİL
Sosyopatdan uzaq durmaq üçün nə etməli?
Ömrə yazılmayan bir saat
MilliÖn niyə işləmir? - FOTO
Güllü-naxışlı geyim və aksessuarlar
Uşaqlara xarici dili hansı yaşda tədris etmək lazımdır? - Alim cavab verib
Spinnerlər təhlükəlidir - ABŞ-dan XƏBƏRDARLIQ!
Azərbaycan ordusunun Zod qızıl yatağına tam nəzarət etməsi ilə bağlı AÇIQLAMA - VİDEO
Ən yaxşı planşet istehsalçıları seçildi
Korsetli donlar
Qadın xəstəliklərinin psixologiyası
Sinoptiklərdən Azərbaycan üçün hava müjdəsi
"Baku World Challenge" yarışında iştirak edəcək avtomobillər nümayiş etdirilib
Sürücülər, diqqət! - Sabah cərimələnə bilərsiniz
Zukerberqdən xəbərdarlıq: “ABŞ-da seçkidən sonra iğtişaşlar başlaya bilər”
Dəbli iş qadınları üçün kombinlər
Təhsil Nazirliyindən imtahanlarla bağlı AÇIQLAMA
Onlayn alıcılıq sahəsində Avropa lideri kimdir?
Uşaq ayaqqabıları
Konfet buketləri
Bu gün Aşuradır
İran kişiləri arvadlarının müdafiəsinə qalxır
Heç bir Papa bunu eləməzdi, amma o elədi...
30 gün ərzində necə gözəlləşmək olar?
Günün ulduz falı
Məşhur brendlər kürkdən imtina etdi - SƏBƏB
Vanqadan qan donduran proqnozlar
Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verildi
Azərbaycanın dövlət saytlarına erməni və yunan hakerləri tərəfindən edilən hücumların qarşısı alınıb
Hansı xəstələrə pulsuz dərman verilməlidir?
Fransa ordusu müharibəyə başlayır
Acun Cem Yılmaz və Serenayın qonağı oldu - VİDEO
Bu gündən xarici vətəndaşlar Azərbaycana vizanı 3 saat ərzində ala biləcəklər
Qırmızı Bazar istiqamətində düşmənin qərargahı atəşə tutulub - VİDEO
Çebureki və lobyalı aş














