Qoç - O qədər də yaxşı gün deyil. Səhər ətrafınızdakılarla qovğa edəcək, mübahisələri ürəyinizə salacaqsınız. Bir çox Qoçlar bu gün yaman küsəyəndirlər. Yaxınları isə bunun fərqinə varanda artıq iş-işdən keçmiş olacaq. Sevgililər arasında mübahisələr çox xırda məsələlər üstündə yaranır.
Bürcün bir çox nümayəndələri bu gün yaxşıca qazana, maliyyə vəziyyətlərini qaydaya sala bilərlər. Digərləri isə uğurlu alış-veriş edəcək, sərfəli sövdələşmələr bağlayacaqlar.
Buğa - Bu gün dünənkindən yaxşıdır, amma o qədər də parlaq deyil. Emosional fon gərgindir, əhvalınız dəqiqəbədəqiqə dəyişir, heç özünüz də bilmirsiniz, nəyə sevinir, nəyə kədərlənirsiniz. Günorta ünsiyyət üçün ən çətin vaxtdır, özünüzdən baş açmadığınız üçün də ətrafınızdakılarla mübahisələr edirsiniz.
Axşam isə vəziyyət kökündən dəyişir. Bu vaxt gələcək üçün planlar qura, gününüzün yekunlarını analiz edə bilərsiniz. Həm özünüzün, həm ətrafınızdakıların hərəkətlərini düzgün qiymətləndirir, nə onların günahını öz üzərinizə götürür, nə də məsuliyyəti başqalarının üstünə atırsınız.
Əkizlər - Gələcək planlarınızı bir daha gözdən keçirmək üçün əla gündür. Çox güman ki, nələrisə dəyişmək qənaətinə gələcəksiniz. İşgüzar danışıqlar əla keçir, xüsusilə qadınlarla: onları sözsüz də başa düşür və özünüzün haqlı olduğunuza bir-iki dəqiqənin içində inandırırsınız.
Emosional fon xoşdur. Əgər hansısa çətinlik yaranırsa, təmkininizi pozmursunuz. Sakitliyiniz səbəbindən şəraitdən ən düzgün çıxış yolunu tapırsınız. Sizin üçün bir təhlükə var: tələsik qərar verir, faktlardan çox, hamının qəbul etdiyi yanlışlıqlara əsaslanırsınız.
Xərçəng - Bu gün sizə böyük müvəffəqiyyətlər vəd edir. Mürəkkəb məsələləri çox qısa bir zamanda həll edə bilərsiniz. Çoxdan üzərində düşündüyünüz plan və ideyalarınızı reallaşdırmağa başlaya bilərsiniz. Bunun üçün əla şərait yaranıb. Nüfuzlu şəxslərlə ünsiyyət qurmaq olar.
Şəxsi cəbhədə də işlər pis deyil. Yaxşılığa doğru qlobal dəyişikliklərdən danışmaq hələ tezdir. Amma siz düzgün istiqamətdə irəliləyir və yaxşı başa düşürsünüz ki, seçdiyiniz yoldan sizi kimsə çəkindirə bilməz.
Şir - İş üçün, xüsusilə də entuziazm və səy tələb edən iş üçün elə də münasib gün deyil. İşgüzarlığınız sıfır həddindədir, hərdən nəinki iş görməyə, hətta düşünməyə də tənbəllik edirsiniz. Amma cari işlərin öhdəsindən asanlıqla gəlirsiniz - sadəcə, vərdiş hesabına. Fikriniz isə başqa yerdədir.
Ünsiyyət zamanı bəzi çətinliklər, əzizlərinizlə fikir ayrılıqları mümkündür. Sizə adəti üzrə olduğundan daha çox sərbəstlik vıə müstəqillik gərəkdir, ətrafınızdakılar isə bunu başa düşmək istəmirlər. Sizin yarınız diqqətsizlikdən narazı olacaq, amma xoşbəxtlikdən, bu, uzun sürməyəcək.
Qız - Sözlərinizdə diqqətli olun. Nə qədər anlaşılmaz danışsanız, bir o qədər yaxşıdır. Birbaşa suallara konkret cavab verməkdən çəkinin. Bu gün ağzınızdan çıxan hər bir kəlmədən əleyhinizə istifadə edə bilərlər. Hətta tam etibarlı hesab etdiyiniz insanla da söhbət edərkən ehtiyatı əldən verməyin, sirlərinizi açmayın.
Doğmalarınıza qayğı və hörmətlə yanaşın, onların səbrini tükətməyin. Kimisə tənqid etməyin. Bu gün çətin şəraitə düşən insanlar məhz sizin dəstəyinizə ehtiyac duyacaqlar.
Tərəzi - Müsbət tendensiyaların təsiri bu gün çox güclüdür, amma onlardan istifadə etməyə tələsin. Çünki axşama doğru onlar tamamilə yoxa çıxa bilər. Bu günə istənilən xarakterli görüş təyin edə bilərsiniz. Ancaq bunların hamısına ciddi hazırlaşın. İti ağlınıza və improvizasiya etmək qabiliyyətinizə o qədər də güvənməyin, bu gün fikriniz "Bağdadda xurma dərir".
Hesablamalar və rəqəmlərlə bağlı işlər isə xüsusi diqqət tələb eir. Hər şeyi üç-dörd dəfə təkrar-təkrar yoxlayın. Xırdaca bir səhv sizə çox baha başa gələ bilər. Bahalı, gözlənilməz və bu səbəbdən də çox xoş hədiyyələr ala bilərsiniz.
Əqrəb - Cəsur və riskli ideyanız həddən artıq uğurlu alınır. Sizə bir zamanlar fantastik görünən bir planı reallaşdıra bilərsiniz. Rəqibləriniz paxıllıqdan çatlayır, tərəfdaşlarınız isə həvəslə sizin liderliyiniz altında çalışırlar. Müvəffəqiyyət başınızı azacıq gicəlləndirsə də, bundan sonranı düşünməyi də unutmursunuz. Yeni, daha yüksək və layiqli məqsədlər təyin edirsiniz.
Özünüzü qalib hesab edirsiniz, bu isə qarşı cinsdə sizə qarşı olan marağı gücləndirir. Sizinlə tanış olmaq, hətta bütün ömrünü ömrünüzə calamaq istəyənlərin sayı getdikcə artır. Ancaq bu gün sağlam düşüncəniz sizi darda qoymur, odur ki, özünüzü düşünülməmiş hərəkətlərdən sığortalanmış hesab edə bilərsiniz.
Oxatan - Düzgün qərarlar qəbul edərək onları həyata keçirməyin vaxtı gəlib çatdı. Hələlik gələcək uğurlarınız üçün baza yaradırsınız. Amma nə qədər vacib olduğunu nəzərə alaraq bunu ciddi şəkildə həyata keçirməkdəsiniz. Sənədlərin hazırlanmasında çox diqqətli olun: bu gün buraxdığınız cüzi bir səhv gələcəkdə çox böyük və ciddi problemlər yarada bilər.
Şəxsi həyatınızda nəyisə dəyişmək şansınız olacaq. Yeni tanışlıq da qura bilərsiniz. Sizdən tələb olunan - sosial aktivlikdir. İctimai tədbirlərdən qaçmayın, o zaman sizin üçün vacib olan insanların diqqətini qazana bilərsiniz.
Oğlaq - Hər şey əladır. Həvəslisiniz, çətin problemlərin öhdəsindən asanlıqla gəlir, bir çox suallara cavab tapırsınız. Bəzən başqalarının işlərini də görməli olursunuz, amma şikayət etmirsiniz, ətrafdakılara yardım etmək xoşunuza gəlir.
Maliyyə işlərini qaydaya sala, yeni gəlir mənbələri tapa, yaxud əla yatırım edə bilərsiniz. Sizi məhz məşğul olduğunuz işlər maraqlandırdığından bunların öhdəsindən tez gəlirsiniz. Tezliklə mükafat alacağınıza ümid edə bilərsiniz.
Dolça - Yaxşı olar ki, bu günü sakitlikdə keçirəsiniz, stresli şəraitlərdən qaçın, əsəb sisteminizi yükləməyin. Gününüzü planlaşdırarkən bu məqamları mütləq nəzərə alın: əgər hər dəqiqə tələssəniz, tamamilə lazım olmayan məqamda "partlaya" bilərsiniz. Dincəlmək və güc toplamaq üçün özünüzə vaxt ayırın.
Qadınların dəstəyi bu gün çox yerinə düşər. Məhz onlar sizi əla anlayır, sizə mənəvi dəstək verirlər. Teatra, konsertə, rəsm sərgisinə gedə bilərsiniz. İdmanla məşğul olmaq məsləhət deyil
Balıqlar - Romantik görüşlər, dostlarla bir yerə toplaşmaq, ziyafətlərdə iştirak üçün əsl məqamdır. Faydalı bir məlumat ala bilərsiniz. Yeni bilikləri tez qavrayırsınız. Əşyalara, hadisələrə qeyri-adi yanaşma tərzi tələb edən işlərdə irəliləyiş əldə edə bilərsiniz.
Təəssüf ki, əzizlərinizlə fikir ayrılıqları yaşaya bilərsiniz. Sizin hərəkətləriniz orijinal, bəzən hətta ekstravaqantdır və onları hamı təqdir etmir. Tənqidlərə ironiya ilə cavab verməyin, yoxsa münaqişədən qaçmaq çətin olacaq. Yumor hissini də bu gün unutmayın, o sizi çox çətin vəziyyətlərdən çıxara bilər.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Keyt Middltonun 14 ildir dəyişməyən çəkməsi-FOTO
Azərbaycan yenidən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqres Şurasının sədr müavini seçilib
4 gözəllik vərdişi sizdə bayram əhvali-ruhiyyəsi yaradacaq
Düşüncə ilə mesaj göndərilir
"Fənərbağça" "Qalatasaray" ilə fərqi 10-a çıxardı
Yaddaşımı bir külək vərəqləyə...
Böyrəkdə oksalat daşı zamanı pəhriz
2016-cı ilin bayram günləri SİYAHI
Barbadosda kraliçanın hakimiyyətinə son qoyulur
Qarabağın böyük tarixi abidəsi - Qaraköpəktəpə
Dünya Bankı Afrikaya 25 milyard ayıracaq-SƏBƏB
Polietilen torbalar və plastik mətbəx əşyalarının satışını qadağan edən qanun layihəsi qəbul edilib
Türkiyədən ordumuza yeni texnikalar gətirilib - VİDEO
Çində COVID-19-un ikinci dalğasının olmamasının səbəbi izah edildi
Dərini gözəlləşdirən ərzaqlar
Sürücülərə YAŞ MƏHDUDİYYƏTİ qoyulacaq
TBMM sədrindən Makrona sərt sözlər: “İslam düşmənliyi ən çirkin halı ilə ortaya çıxdı”
Azərbaycanın işğaldan azad olunan ərazilərində azan səsi ucaldı - VİDEO
Oqtay Kaynarca 25 yaşlı sevgilisiylə - FOTO
Dondurmalı Profiterol (foto resept)
Cəbrayılın işğaldan azad edilmiş daha bir kəndinin görüntüləri - VİDEO
Karantinin yeni mənfi nəticələri açıqlanıb
Sağlamlığa mənfi təsir edən geyimlər
Google-da işə katerlə gedirlər
Dəri sallanmasının qarşısını necə almaq olar?
Olimpiya yığmamız Braziliyaya yola düşdü
Koronavirusdan qorunmaq üçün ən sadə üsul açıqlandı
Xəzərdə zəlzələ oldu
Yol Polisindən bu sürücülərə sərt XƏBƏRDARLIQ
Sami Yusifdən Azərbaycana dəstək paylaşımı
Müəllimlər iki aydır maaş ala bilmirlər
Bakıda satılan qəribə "kukla"-VİDEO
Sənubər İskəndərli gözəllik sirlərini açdı
Məşhur cütlük boşanmadan 20 gün sonra EVLƏNİR
Emin və övladları işçini qorxutdular
Zəngilana rayonun adı yazılmış yeni lövhə vuruldu
Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO
Piyadaların smartfondan istifadəsi qadağan edildi
Neymar koronavirusdan sağaldı
Yaddaşı gücləndirməyin yolları
Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başladı
Neslihan və Kadiri otelə buraxmadılar-SƏBƏB
Şahzadə Harri Meqan Markla 1 milyon dollar xərclədi-FOTO
Altıaylıqsan?.. İşbilməz! - MÜZAKİRƏ
Ardanın xanımı bilərziyinin qiyməti ilə TƏƏCCÜBƏNDİRDİ-FOTO
Prezident İlham Əliyev kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı sərəncam imzaladı
Ərdoğan Putinə: “Dedim ki, Qafqazda bu işə son qoyaq”
Bakıda alış-veriş mərkəzləri bu qaydalarla işləyəcək - RƏSMİ
2015-də bu ölkələrə gedin
DİN-dən məlumat bazasına kiber-hüçum barədə AÇIQLAMA














