2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi başlayıb.
Milli.Az bildirir ki, TQDK-dan APA-ya verilən məlumata görə, boş qalan yerlərə qəbul 6 mart və 5 iyun 2016-cı il tarixlərində keçirilmiş iki mərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
Cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub qeydiyyatdan keçən bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2016-cı il 8 avqust saat 10:00-dan 14 avqust saat 23:59-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (eservices.tqdk.gov.az/erizemag/ixtisas2) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.
Bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.
Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.
Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.
Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.
Bakalavrlar TQDK-nın nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək kredit kartı vasitəsilə ödəniş etməklə "Magistr" jurnalının 6-cı sayının elektron versiyasını (http://eservices.tqdk.gov.az/ejurnal/) da əldə edə bilərlər.
Milli.Az
XƏBƏR LENTİ
Aylıq HAVA proqnozu açıqlandı-FEVRAL
"Sevən ürək" tortu (foto-resept)
Kıvanç Tatlıtuğun “Hadi Be Oğlum” filmi hər kəsi göz yaşlarına boğacaq - VİDEO
İT şirkətlərində maaş niyə yüksəkdir?
Bilərziklər
Xanımlar üçün üzüklər
Qat-qat perojki (foto resept)
İlin ən yaxşı müğənniləri onlar oldu-SİYAHI
Üzünüz üçün möcüzəvi baxımı kəşf edin
Dağlıq Qarabağ münaqişəsinin təşkilatçıları Ermənistandan Xankəndinə gəldilər
Atatürk adını qoymaq olmaz?
Dövlət Xidmətindən istehlakçılara XƏBƏRDARLIQ
Leyla Əliyeva tibb müəssisələrində - FOTO
Əl işlərim
Kökəlmək üçün bunlar vacibdir!
Kişiləri qıcıqlandıran 8 əsas səbəb
Çimərlik geyim modelləri
Ən pis parol hansıdır?
Azərbaycanda qeyri-ərzaq məhsulları bahalaşdı
Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
Məşhur aktyor reklamdan 1,2 milyon qazandı
Bank 3,5 milyon dəyərində olan evini əlindən alır
Kömək gözləyən sevimli heyvanlar
Fəlakət robotu ən güclü oldu
Gəncə mətbəxinin unudulmaqda olan yeməkləri...
Yanvarın 20-dən 22-dək Azərbaycanda havanın temperaturu 6 dərəcəyədək enəcək
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Qafqaz Müsəlmanları İdarəsi Məhərrəmliklə bağlı qərar verdi
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
Şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı MÜHÜM XƏBƏR
""Analar! Qızlarınızı oxudun!"
Qorxulu vərəm statistikası: necə qorunaq?
Leyla Əliyeva atasının oxuduğu institutda
Çöpçülər: Uşaqların dərdlərinin əlacı onlardadır?
Soğan həvəskarlarını əbədi cavanlıq gözləyir
İyulun 20-dən bərbərxana və gözəllik salonlarının fəaliyyətinə icazə verilir - RƏSMİ
Sılaya görə Ahmet Kuralın filminə baxmadılar-FOTO
Həkim Bergüzar Korelə qadağa qoydu-SƏBƏB
Noutbukun ömrünü necə uzatmaq? - 9 məsləhət
Azərbaycanda 4 otelin lisenziyası dayandırıldı
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Hamiləlik zamanı qrip
Arda Turan Türkiyəni faciədən necə xilas etdi?
Məşhur cütlük evləndi
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Bürclərə görə ev dekorasiyası (2)
Ev qiymətinə telefon
Moskvadan Azərbaycan və Ermənistana Qarabağ çağırışı
Üzüklər














