Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ) 70 illik yubileyini qeyd edir. ANS PRESS-in məlumatına görə, bununla əlaqədar, Moskvada MDBMİ məzunlarının II Beynəlxalq Forumu keçirilib. Universitetin yubileyinə həsr olunmuş tədbirdə dünyanın 50-dən çox ölkəsindən mindən yuxarı məzun – tanınmış dövlət və ictimai xadimlər, görkəmli iş adamları, akademik dairələrin nümayəndələri bir araya gəliblər. MDBMİ-nin görkəmli məzunlarından biri də Azərbaycan prezidenti İlham Əliyevdir.Oktyabrın 14-də Kreml Sarayında bu adlı-sanlı ali məktəbin yubileyi münasibətilə konsert olub.Heydər Əliyev Fondunun vitse-prezidenti, MDBMİ-nin Azərbaycan Məzunları Assosiasiyasının sədri Leyla Əliyeva tədbirdə iştirak edib.Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın MDBMİ məzunlarından ibarət mötəbər nümayəndə heyəti də Kreml Sarayında olub.Təbrik nitqi ilə Forum iştirakçılarına müraciət edən Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, dünyada münaqişə potensialının artdığı, köhnə ziddiyyətlərin kəskinləşdiyi, yeni böhranların yarandığı bir vaxtda MDBMİ məzunları bu ali təhsil ocağında öyrətdikləri kimi, öz işini mükəmməl bilərək, savadlı, səmərəli və ləyaqətlə fəaliyyət göstərirlər:
“Siz fundamental və dərin biliklərə məhz universitet divarları arasında yiyələnmisiniz. Bu da ən mürəkkəb danışıqları səmərəli aparmağa və həmişə zirvədə olmağa imkan verir”.Universitetin rektoru Anatoli Torkunov vurğulayıb ki, Forum 2013-cü ildə Bakıda başlanan ənənənin davamıdır. O vaxt Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə MDBMİ məzunlarının birinci Forumu keçirildi. Rektor Forum iştirakçılarına universitetin son illərdə qazandığı uğurlardan - yeni müasir tədris korpusunun açılmasından, yeni fakültə və kafedraların yaradılmasından, MDBMİ Məzunları Assosiasiyasının və İnkişaf Fondunun fəaliyyətinin modernləşdirilməsindən söz açıb.“Hazırda MDBMİ universitet statusu daşıyır, onun məzunları isə təkcə diplomatiyada deyil, həm də humanitar elmlər, biznes, jurnalistika və hətta kəşfiyyat sahələrində müvəffəqiyyət qazanırlar. Moskvaya səfər edən xarici siyasətçilərin çoxu universitetdə çıxış etmək fürsətini əldən vermir. MDBMİ-də dünyanın hər hansı digər ali məktəbindən daha çox - 54 dil tədris olunur”.Rəsmi hissədən sonra Rusiya və xarici estrada ulduzlarının iştirakı ilə qala-konsert olub. MDBMİ-nin yaradılması və inkişafı tarixini əks etdirən film nümayiş etdirilib.Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və Rusiyanın digər tanınmış siyasi və ictimai xadimləri təntənəli gecənin qonaqları arasında olublar.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Bakıda müəllimlərin dərs bölgüsü elektron formada aparılacaq
Azərbaycan müharibə anonsu verdi
Eyvandan atılmış alma üç aylıq körpəni komaya saldı
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Vergilər Nazirliyi daha 74 nəfərin ölkədən çıxışına qadağa qoyub
Büşra Pekinin son halı təəccübləndirdi - FOTO
Meqan Markl və şahzadə Harri körpələri ilə-FOTO
Xəstəliklərin psixoloji səbəbi var!
"WhatsApp"da yenilik
Polyaklar dilimizi öyrənəcəklər
Təyyarələrdə telefona icazə verildi
Koronavirusa görə səhnəyə nəhəng balonda çıxdı - VİDEO
Kür çayı buz bağladı
İstirahətdən sonra iş rejimini necə bərpa edək?
Ən ucuz qızıl dəsti neçəyədir? - VİDEO
ABŞ-ın Enerji Nazirliyinə hücum olub
Həkimlərdən valideynlərə ciddi xəbərdarlıq: Qızılca epidemiyası sürətlə yayılır
Emin Əmrullayev özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb.
Google Mail-də yenilik var
Türk təyyarələri qəzaya düşdü
Yağış yağacaq - Sabahın HAVASI
Aleksandr Samedov: "Azərbaycan mənim vətənim deyil"
Məşhur ulduzlar məhkəməyə verildi-SƏBƏB
Cemli ürək pryanikləri (foto resept)
Bayden zənginlər üçün vergiləri artıracağını elan etdi
Motorola yeni smartfon göstərəcək
Fransız dili-Dərs 7
İnsan
Artıq küçəyə elektron icazə aldıqdan sonra çıxa biləcəksiz
Hava haqqında
Qəlbinizdə hiss edəcəyiniz xoşbəxtliklər
Nəfəs
Məşhur aktrisa 12 kq arıqladı-FOTO
Saç maşası
Uşaqların dəstəyə daha çox ehtiyac duyduğu dövr
Azərbaycanda yaxın üç gündə hava necə olacaq?
Sabah qar yağacaq
Cennifer Lopez növbəti dəfə villa aldı-FOTO
Günün ulduz falı - 26.09.2013
Günün qoroskopu: Pozitiv olun!
32 min həkimimiz var, amma...
Prezidentə məktub yazan azyaşlı general olmaq istəyir - VİDEOREPORTAJ
Cadu, əməl varmı?
Adelin oğlu əlindən alına bilər-SƏBƏB
Sinem Kobal Ana olmağa hazırlaşır-FOTO
Günün qoroskopu: mövqelərinizi möhkəmləndirin
Jirinovskidən ermənilərə tərs şillə
Boyunumuz yaşımızı göstərir
Malayziyanın ən gənc milyarderi - FOTO
Göbələkli kartof damlası ilə şorba (foto resept)

- ŞƏRHLƏR